Boyuna boz ip ölçüm! Çörəyimi boğazımdan kəsib onlara vermə yəcəyəm ki? Şah yenə de vəzirin üzünə baxıb acı-acı gülümsəyir. Qüdrət nağılını danışıb qurtaranda onun dostu da başını tərpədə- tərpədə, mənalı bir tərzdə qımışdı: - Məlum oldu, - dedi. - B elə görünür ki, sənin də yaxşı işləm əyi nə, cavan qalmağına səbəb arvadın Lalədir, hə? - Əlbəttə! - deyə Qüdrət təsdiq edəndə, kabinetin qapısı açıldı və bir nəfər kişi içəri girdi. İsmayılzadə ilk dəfə gördüyü bu adama zənlə baxdı. Üzünü bozumtul tük basmış bu arıq və gödək kişinin əyri qılça ları, azacıq donqar beli, sağ gözünün uc tərəfindəki iri xalı Qüdrətin diqqətli nəzərini dərhal cəlb etdi. Nazik sifətinə nisbətən uzun görünən fətir qulaqları ona çox nataraz bir görkəm verirdi. Lakin adamları çirkin sifətinə görə qiymətləndirmək Qüdrətin xasiyyəti deyildi. Kişinin ya xalığı çirkdən lək ə-lək ə idi, hülqumu görünən uzun boğazı qapqara ol muşdu. Belə natəmiz adamlar Qüdrətin heç xoşuna gəlmose də, yenə onu nəzakətlə qarşıladı. Kişi trest müdirinin xoş sifətini görüb cəsarət ləndi, ucadan salam verdi, kef-əhval bilmək istədi. Qüdrət də, nadir hallarda üzündən silinib gedən, sadə, səmimi, yumşaq və bir azca da is tehzalı kimi görünən təbəssümü ilə gülə-gülə onun salanımı aldı: - Çox sağ olun! - dedi v ə öz trestində işləyən xidmətçilərdən ol duğunu yəqin edib soruşdu: - Siz nəçisiniz, adınız nədir? Kişinin dodağı qaçdı, seyrək, düz və sarımtıl dişləri göründü:
- Adım Qonaq, familyam Qonaqovdur, - dedi, - trestin nəqliyyat işlərinə baxıram. İzin verin, sizi təbrik edim, Qonaqovun bir balaca irəliyə doğru əyilm iş bədəninə və üzündə