Tahir trest müdirindən cavab almaq əvəzinə sual eşitdiyinə mat
qalmış kimi, bir an duruxdu, sonradan-sonraya dilləndi:
- Çoxalır, yoldaş İsmayılzadə. Keçən baharda inəklərimizin hamı
sı balaladı. Bir az quraqlıq oldu. O t-ə lə f azdı. Qonşuluqdakı “Marks”
kolxozunun ehtiyatı varmış, bizə xeyli borc verdilər. Payızda Özümüz
yonca əkdik, İndi borcumuzu da vermişik, ehtiyat da yığmışıq.
- Atan nəçidir?
“Anket soruşur” deyə düşünən Tahir, bir qeder özünü yığışdırdı.
Cavab verməyə hazırlaşanda, Qüdrət onun könlündən keçəni duymuş
kimi, əlavə etdi:
- Elo-belə, maraqlanıram. Ürəyine başqa şey gelməsin.
- Atam müharibə başlanan günlərdə vəfat elədi... Kolxozun baş
mehtəri idi.
Qüdrot heyfsləndi:
- Bu yaxşı olmayıb... Bizim torpaq komissarı həmişə yaxşı mehtə
rin azlığından şikayət eləyir... Atan çoxdan xəstə idi?
- Vallah, əvvəlləri çox gümrahdı. Müharibə olan kimi ah-uf elə
m əyə başladı. Atlan səfərbərliyə alınan gündən yorğan-döşəyə düşdü.
- Deməli, atların dərdindən naxoşladı, hə?
- Xeyr, xeyr. Həmişə durub-oturub deyərdi ki, dava vaxtı gərək
mənim atlarım bütün Sovet İttifaqında birinci yer tuta. Naxoşlamamış
dan bir-iki gün qabaq Budyonm yoldaşa kağız yazırdı ki, olmaya-olma
ya mənim atlarımı topa, arabaya qoşduralar. Yaxşı olar, qızıl süvarilər
üstünə minib qılınc oynatsınlar.
Qüdrət kimi, onun dostu da Tahirin hekayəsini derin bir maraq
içində dinləyir, papirosunu bərk-bərk tüstülədirdi.
- Atamın naxoşluğuna səbəb deyəsən, ayrı şey oldu,
deyə Tahir
əlavə etdi.
- N ə ?
- Əvvəl günlər cəbhədən ağır xəbərlər gəlirdi. Zarafat deyil, o
Dostları ilə paylaş: |