Cəmil bu sualı verəndə, onlar tramvayın duracağına çatmışdılar. Küçədə gedib-gələnlərin sayt-hesabı yox İdİ. Dirəkdən asılmış iri fə nərlərin işığı asfalt yolu parıldadırdı. C əm illə yoldaşlarının gözü tahir də idi. Ondan cavab gözləyirdilər. Bunu hiss edən Tahir x ə fif-x ə fif gülümsəyir, nə üçünsə, cavab verməyə tələsmirdi. Səməndər də səbir edə bilməyib xəbər aldı: - Hə, necədir, dost? - Əlbəttə ki, bura hara, kənd hara? - deye Tahir sağ əlini yuxan qaldırıb nəhayətsiz görünən düz küçəni gösterdi. - Elə burada bizim kənddən on dəfə çox adam olar. Həm işə belədir? - Əşi indi ne var ki? Bayram olanda adam əlindən keçib gedə bil mirsən. Bu söhbət zamanı, yan tərəfdə tramvay gözləyən fəhlo gənclər ki minsə qarmonda çaldığı oyun havasının ahənginə uyaraq, əl vurmağa başladılar v ə bir an içində dairə düzəltdilər. Tahirin də gözləri onlara zillendi. Ortalığa çıxan bir nəfər cavan rus, əllərini dizinə çırpa-çırpa, sarımtıl uzun saçlarım titrədə-titrədə böyük bir həvəslə oynayırdı. Onun ayaqları altından qopan səs, oyun havasının ahənginə görə vu rulan d ə f səsini xatırladırdı. * - Onlara bax, dördüncü mədənin fəhlələridir! Ey, Mişa, görünür planın dolandan bəri qudurmusan!.. - deye Səməndər qarmonçalan tə rəfə qışqırdı v ə yoldaşlanna üz tutdu: - Bəri gəlin, mən də bir qayta ğı oynayım... - O rus balası bizim havamızı bilir? Tahirin bu sözləri Səməndərə qəribə göründü: - Bilər de, hələ o yana da ötər. N iyə bilməsin? Onlar Tahiri də dartıb apardılar, dəstəyə qoşuldular. Oynayan oğlan get-gedə qızışır, Mişanın dolub boşalan qarmonu qarşısında ayaqlarının bütün məharətini ə l vuran qızlara, oğlanlara göstərirdi. Bu