buruğundasan. Gecə saat dörddə qorxulu deyilmi?
Aylı gecə idi. Dəniz elə sakit İdi ki...
Aralıqda sükut oldu. Deyəsən Qüdrət dünənki küləyi unutmuşdu.
- Qüdrət, çaynikin yoxdurmu?
- Bu saat... - Qüdrət o biri otağa keçdi, toz basmış elektrik çayni
kini haradansa tapıb gətirdi.
- Neçə gündür çay içməmisən?
- Səhər içmişdim...
•Aralığa yenə sükut çökdü. Lalə çaynikin üstündəki tozu görüb gü
lümsündü. Onun əlində qəzetə bükülmüş bir şey vardı. Deyəsən
Qüdrət onu da görməmişdi.
- Haradan belə? - deyə Qüdrət soruşdu.
- Evdə idim...
- Bu ne üçündür, əzizim? Mən ac deyiləm...
- Trestin kəsirdən çıxan günə qədər özüm sənə yemək gətirəcə
yəm... - deyə Lalə bağlamanı açdı. - Geriliyə səbəb nədir?
Qüdrət idarədə olmasaydı, Laləni bərk-bərk qucaqlar, o yanağın
dan - bu yanağından öpüb deyərdi:
- Fəxr edirəm ki, məni bu qədər sevirsən.
Amma heyf ki, o, balkonda ayaq səsləri eşitdi, bu səslərdən hara
da isə yenə bir hadisə üz verdiyini aydın başa düşdü.
46 ( 2 V
- Yoldaş Səmədov?
- Beli, menəm, yoldaş İsmayılzadə? 1090-cı buruğu dem əyə gəl
mişdim.
O, içəri girmək istəyirdisə de, evlərindən yenicə qayıtmış katibə
onu içəri buraxmır, “dayan, arvadı ilə söhbət eləyir” deyirdi.
- Gəl, gəl, - deyə Qüdrət onu çağırdı.
Mədən müdiri qapının ağzında, şax dayanmış halda raport verdi:
- Buruq işə salınıb. Pəncərədən baxa bilərsiniz. Qüdrət baxmadı.
Mədən müdirini yem əyə dəvət elədi:
- Buyur, qonağım ol, - dedi.
Səmədov ise dabanı üstə dönüb çıxdı. Qüdrət Laləni başa saldı:
- Qızıl kimi oğlanlardır. H eyf ki, fəhlə qüvvəmiz azlıq eləyir.
Amma men bunu heç yerdə dem əyəcəyəm . Trest kəsirdən çıxacaq,
Dostları ilə paylaş: |