şeyləri anlamağa qadir deyilsən” deyə düşünmüşdü, amma utandığın dan bu sözləri onun üzünə deməmiş, mülayim bir ifadə işlətmişdi. - Bilirsənmi, əzizim, mən Qüdrətin məziyyətini də, qüsurunu da eyni dərəcədə sevirəm. Əgər sən deyən doğru olsa, o yəqir) bunu da məni çox sevdiyindən eləyir... Lalənin rəfiqəsi qaqqıldayıb gülmüş, onun bu qəribə məntiqini is tehza ilə qarşılamışdı: - Deməli, onda ya sən onu sevmirsən, ya da sənin özün... Lalə bu qaba cümləni sərt bir hərəkətlə yanda kəsib, xudahafiz ləşmədən rəfiqəsini tərk edib getmişdi. Budur, Lalə Qüdrətin qarşısında dayanmış, Qüdrət də ayaq üstün də durub ona baxırdı. Ərlə-arvadın gözü bir-birinə sancılmışdı. Bəs onlan düşündürən nə idi? Lalənin ilk sözü bu oldu: - Qüdrət, katibənə de, bir stəkan çay gətirsin! Qüdrətin də ilk sözü bu oldu: - N ə üçün ayaq üstündə durursan? > E > 45
Lalə düşünürdü: “Sənsiz mətıim üçün çətindir, Qüdrət... Amma belə görünür ki, məni görməyəndə də sənin həyatından heç bir şey ok- silmir” . Qüdrət isə düşünürdü: “Yox, əzizim , arxamda sən durduğunu bil m əsəm, hər addımda büdrəyərəm”. - Katibən hanı7 - İstirahət vermişəm. Lalənin gözləri yorğun idi. İrəlidə gedən trestlə, geridə qalana is tirahət eləmək çətindi. Biri kəsirdən çıxmaq, o birisi kəsirə düşməmək üçün çalışırdı. Lakin Qüdrət Lalənin kölgələnmiş üzünə, yanaqların- dakı solğunluğa diqqət yetirəndə onun da ağır işdən yorulduğunu aydın hiss edirdi. - Bİlİrəm yorğunsan, Lalə... - Yox, mən dünən evdə idim... - Elə isə gözünə yuxu getməyib... - Doğrudur, yata bilmədim. Sənə zəng elədim. Dedilər ki, doniz