- Bu neco şeydir, vəzir? N ə təhər olur ki, xarratın nacağı zindana dəymir? Vəzir deyir: - Şah sağ olsun, yəqiıı xarrat evdə arvadı ile mehriban dolanır. Bu cavab hökmdarı çox düşündürür. O, qaş qaralanda vəzirlə bə rabər təğyir-Iibas edib, xarratın evino getməyi qərara alır. Şahın xid- mətkarları xarratın yerini öyrənirlər. Şahla vəzir cındır kondli libası geyib oraya yola düşür. Qapını döyəndə, xarrat gülərüzlə onların qa- bağtna çıxır, soruşur: - Kimi istəyirsiniz, qardaşlar? Vəzir cavab verir ki: - Yol adamıyıq, qonaq istəmirsənmi? Sənin evində gecələm ək olarını? Xarrat deyir: - Buyurun, gözlərim üstündə yeriniz var. Onlar içəri girəndə xarrat arvadına üz tutur, sevinə-sevinə deyir: - Ay arvad, qoııaq gətirmişəm. Arvad da onları gülərüzlə qarşılayır: - Əziz qonaqlara gözüm üstündə yer var, a kişi. Xoş gəliblər; səfa gətiriblər. Allah verəndən nə varsa onlara qurbandır. 38
Şah vəzirə baxıb mənalı-mənalı gülümsəyir. Onun ehtimalının düz çıxdığını görüb, dorin fikrə gedir... Onlar mahalları gəzib, paytax ta qayıdandan bir-iki il sonra yenə səyahətə çıxmalı olurlar. Həmin şəhərə gələndə yenə də şahın yadına o xarrart düşür, gəlib onun dü kanının qabağından keçondə görür ki, o, bu iki ildə en azı iyirmi il qo calıb, beli ikiqat olub, saqqalı ağarıb. İndİ qaşqabaqlı oturub, yenə taxta yonur amma nacağı hər dəfə taxtadan ötüb dəmir zindana toxunur... Şah vəzirin üzünə baxıb soruşur: - Buna nə olub görəsən? Vəzir cavabında deyir: - Şah sağ olsun, yəqin indi arvadı onu pis yola verir, Onlar yenə təğyir-Iibas edib axşamüstü xarratın evino yola düşür lər. Xarrat qonaqları içəri çağıranda, arvadı onun üzünə çımxırır: