hara isə getdi. İstəyirsiniz gözləyin. İndi saat on birdir. Özü dedi ki,
harada olsam, iki saatdan sonra mütləq qayıdacağam”. - O, Cəmillə
Tahirin, nə isə, ciddi bir m əsələ üçün gəldiklərini yəqin edib, stol üs
tündəki bloknotunu götürdü. - Siz telefonunuzu verin, gələn kimi sizə
xəbər verərəm.
Lakin Cəmil qızın bu ehtiramına qarşı təşəkkür elədi:
- Çox sağ olun, niyə sizə zəhmət verək? Özümüz bir de gələrik.
Tahir yeddiillik məktəbdə rus dilini o qədər de yaxşı öyrənmədi
yindən, bu qızm tez-tez dediyi sözləri aydın başa düşə bilmədi.
Amma, doğrusu, katibənin yumru sifəti, danışanda inci kimi parılda
yan xırdaca ağ dişləri Tahirin çox xoşuna gəldi. Cəmil dostunun
qulundan tutaraq:
- Gedək, - dedi, - trest müdiri qaydanacan da biz şəhəri gəzib do
lanarıq.
Onlar ikinci mərtəbədən enib, ortasında gül-çiçək, göy-göyərti
əkilmiş və dövrəsi məhoccərlonmiş asfaltlı həyətə düşəndə, isti sent
yabr günəşi hələ dəniz üzərindəki saf, mavi səmada üzürdü. Hava
sakit və bürkülü idi. Yalnız arabir dənizdən əsən x ə fif meh bu bürkü
nü dağıdır, həmişə sərin dağ havasına öyrənmiş Tahirin tərli alnını sə
rinlədirdi. O, fikirli-fikirli Cəmilin üzünə baxır, “işdir, birdən qəbul
31
eləm əsələr, kənddə biabır olacağam” demək istəyir, ancaq könlündə
dolanan bu şübhəni tez də Özündən rədd etməyə çalışır, Cəmilin ya
nında qürurunu pozmurdu.
Trest idarəsinin yanından uzanıb gedən asfalt yol sola tərəf əy ilə
rək, yoxuşa qalxır v ə dostlar irəlilədikcə, Bakının sahilə bitişən tərəfi
aydın görünməyə başlayırdı.
Tahir gözlərini dolandırıb uzaqdan-uzağa sahiio baxanda, tünd
mavi tüstü buraxaraq limandan uzaqlaşan böyük bir gəmi gördü.
Dostları ilə paylaş: |