sinlər. Çörçildən bizə dost olar? O ki, köhnə qurddur. Görmədin necə İtaliyadan yuxarı gəlirdi? Bunu elə nənəm də bilirdi ki, Balkanları caynağına keçirmək istəyir. Yoxsa niyə ikinci cəbhəni açmırdı? Dadaşlı onun coşduğunu görüb sözünü kəsdi: - Bilirəm, bilirəm. Bu barədə raykomda danışaram, bir də elə qə ləti eləm əz. Biz indi ayrı işdən ötrü gəlmişik. Sosyanşm nəticəsini > 28 ( 2 V
yoxlayırıq. Axşam saat səkkizdə klubda olarsınız. Hə, Cəmil, kənddə nə var, nə yox? - Sağlıqdır... Elə orada da bərk başlayıblar. Bizim kənd qonşu kəndin “Marks” kolxozunu yarışa çağırıb. Bu il gərək cins heyvanla- im sayı birə iki artsın... Bizim Tahirlə tanış deyilsən? Onu mən gətir mişəm, Dadaşlı yenə Tahirin üzünə baxdı: - Burada işləmək istəyir? N ə olar ki? - dedi. Tahir onun sərt baxışlarını heç bəyənmədi. Komsomol təşkilatçısı elə bil nə üçünsə Tahiri hədələyən bir ifadə ilə baxdı: - Davadan sonra bizə çoxlu kadrlar lazımdır... Hə, yoldaş, komso molda varsan?- deyə Dadaşlı birdən oturduğu yerdə qurcalandı, - Bəli, varam. Tahir də bu sözü komsomol təşkilatçısı kimi sərt və rəsmi dedi. - Niyə belə tərs cavab... - Tərs niyə? - deyə Tahir onun sualını yarıda kəsdi. Lətifə bir anlığa başını yuxan qaldırıb, tez də aşağı saldı. Tahirin nəzərindən qızın bu ani hərəkəti də yayınmadı. Lətifənin uzun kirpik ləri arasından baxan iri gözləri, onun çox xoşuna gəldi. Əgər Tahir köhnə aşıqlar kimi gözəllərə söz qoşsaydı, Lətifənin xurmayı gözləri ni bir cüt piyaləyə, uzun, gur hörüklərini ıse kemendo bənzədərdi. - Komsomol işini gətirmisən? Dadaşlı Tahirin qıza dikilmiş nəzərindən qısqanmış kimi səsini bir az da sərtləşdirdi.