- Elə dastan var? - deyə Lətifə balaca bir uşaq marağı ilə xəbər
aldı.
- Var. Özü də lap çoxdanın dastanıdır. Mənim rəhmətlik babam
danışardı. Azərbaycanda hansı aşıqdan soruşsan əzbər deyər.
Cəmil bu söhbetə qəribə bir ürək çırpıntısı ilə qulaq asır,
Səməndər isə altdan-altdan qımışıb dinmir, gec gəlib tez öyrənən
Tahirin qələbəsindən Cəmilin nə hala düşdüyünə diqqət yetirdi:
“Aşnam bir yerdə dincələ bilmir, bax, bax, gör nə fısıldayır!..”
Bu anda Dadaşlı ayağa qalxdı:
- Doğrusu, bərk yorulmuşuq. Gecə növbəsindən indicə qayıdırıq.
- Yaman gerisiniz, Öz aramızdır... - deyə Səməndər arada komo-
somol təşkilatçısının işlədiyi mədəni pislədi.
- Mənim briqadam planı dörd yüz faiz doldurur.
- Bir gülnən bahar açılmaz...
- Görək də. Cücəni payızda sayarlar... Gedək Lətifə, o biri yoldaş
lara da xəbər verək.
30 C H V .
Onlar qapıya yanaşanda Tahir bir də diqqətlə Lətifəyə baxdı:
“Yaxşıca qızdır” deyə surətlə xəyalından keçirtdi.
- Gedək, Tahir, - deyə Cəmil də ayağa qalxıb dostunun qoluna
girdi.
“Yaxşıca qızdır” deyə bir de düşünən Tahir, Lətifənin xəyalından
ayrılmadan, elə bil, qeyri-ixtiyari Cəmilin dalınca eşiyə çıxdı.
- İndi İsmayılzadə yerində olarmı?
Tahirin sualına dəhlizlə gedən Dadaşlı cavab verdi.
- Bu saat maşınla buruqdan qayıdırdı...
5
Cəmillə Tahir trest idarəsinə gələndə, müdirin qəbul otağında, stol
arxasında oturub kitab oxuyan rus qızından başqa heç kimi tapa bilm ə
dilər. Sarı saçlarını başınm ortasında yumurlamış, mavi iri gözlərilə
mehriban bir tərzdə baxan, nazik əndamlı bu qız, trest müdirinin kati
bəsi idi. O, Cəmilin sualına cavab olaraq bildirdi ki, “Qüdrət yoldaş bir
az buııdan əvvəl gəlmişdi, ancaq işi olduğu üçün yenə maşına minib
Dostları ilə paylaş: |