“C.Cabbarlı” kitabını tutmuş qız, utancaq tərzdə gözlərini yerə zillə mişdi. Ancaq o, Tahirin baxışlarım öz üzündə hiss edir və başım yuxa rı qaldırmağa ele bil cəsarət eləmirdi. Onunla gələn oğlan isə əlindəki iş qovluğunu stolun üstünə qoyub gah Cəmilə, gah Səməndərə, gah da Tahirə baxırdı. O, saçlarım maşında vurdurmuş, bığ yerində nazik bir xətt qoydurmuş, arıq, uzun v ə bozumtul üzünü yenicə qırxdırmışdı, - H ə, uşaqlar, - deyə o hamıya müraciət elədi, - heç yaxşı iş gör mürsünüz... - N ə olub ki? Heç kəs dillənmədi, amma hamının gözlərindən bu sual oxundu. Belə getsə, heç kim sizə leksiya deməyə gəlməz. - Axı nə olub? - deyə Səməndər soruşdu. - Daha bundan artıq nə olacaq? Beynəlxalq vəziyyətdən məruzə çi yollayırıq, o qədər üstünə düşürsünüz ki, yazıq gəldiyinə peşman olur... Yan tərəfdə çarpayısına söykənmiş Biləndər tab gətirmədi: - Bilirsən, yoldaş Dadaşlı, son gərək razı olmayasan ki, bizə yanlış fikirli adam gəlib leksiya deyə... - N ə yanlış? - Dadaşlı boynunu yana əyib təəccüblə Biləndərə baxdı. - Başlayıb ki, Qızıl Ordu müttəfiqlərin ciddi köməyi sayəsində qalib gəldi. Biz də ona dedik ki, əgər müttəfiqlərdə kişilik vardırsa, niyə əvvəldən kömək eləmirdilər? - Biləndərin iri gözləri qəzəblə parıldadı, - Mənim beş qardaşım gedib, özüm də gecə-gündüz mə dəndə can qoymuşam. Heç insafdır ki, biznən ingilisə təfavüt qoyul masın? M ən etiraz elədim, lektor başladı ki, müttəfiqlərin rolunu danmaq olmaz. Axı onlar neyləyiblər ki, danırıq? Biləndər əsəbi halda Dadaşlıya yanaşdı. Elə bil o, qarşısında lek siya deyən adamı görür, dünən axşamkı mübahisəni yenidən təkrar etmək istəyirdi. Heç vaxtı razı olmarıq ki, bizi savadsız bilib ağızlarına gələni de