Itabın üz qabığında şəkilləri verilmiş gənc qadınların hər ikisi müsəlmandır. Onlar



Yüklə 477.13 Kb.
PDF просмотр
səhifə1/3
tarix16.12.2016
ölçüsü477.13 Kb.
  1   2   3

K

itabın  üz  qabığında  şəkilləri  verilmiş  gənc 

qadınların  hər  ikisi  müsəlmandır.  Onlar 

çoxsaylı ərəb mənşəli amerikalıların yaşadığı 

icmada,  Miçiqanda  –  Detroyt  (Michigan,  Detroit) 

yaxınlığında  yaşayırlar.  Onların  hər  biri  inamlarını 

özünəməxsus  tərzdə  –  biri  müasir,  digəri  isə 

ənənəvi  geyimləri  ilə  ifadə  edir.  Burada  –  basket-

bol meydançasında onlar çılğıncasına yarışırlar. Bu 

idman  növü  həm  fərdi  qabiliyyət,  həm  də  bütün 

komandanın  səyini  tələb  edir.  Onlar  bu  kitabda 

digər kişilər, qadınlar və uşaqlarla birlikdə Amerika 

müsəlmanlarının  gündəlik  həyat  tərzini  nümayiş 

etdirirlər. 



c

United States Department of State/ 

Bureau International Information Programs

Being Muslim 

in America


Elmi redaktor  və layihənin 

koordinatoru

Nailə Süleymanova 

İlahiyyat üzrə fəlsəfə doktoru

Tərcüməçi

Xumar Hüseynova

Redaktorlar

Elza İsmayılova

Xəzər Universitəsi filologiya üzrə 

fəlsəfə doktoru 

Cabir Məmmədov

Kompüter dizayn

Zakir N. Yusifoğlu

Korrektor

Günay İsrafilova

Bu layihə Amerika Birləşmiş Ştatlarının səfirlyi ilə bağlanmış 

qrant sazişi əsasında həyata keçirilib

This project was funded through a Grant Agreement with the Embassy of 

the United States of America

İlkin nəşriyyat Global Publishing Solutions  tərəfinin icazəsi ilə 

tərcümə edilmiş və nəşr olunmuşdur

 

İngilis dilindən tərcümə



© Khazar University Press, 2010 

ISBN 978 - 9952- 20-060-7

Amerika müsəlmanları. - Bakı: Xəzər Universitəsi Nəşriyyatı, 2010. - 60 səh.

1. İslam. 2. Müsəlmanlar - ABŞ.

297.0973 - dc-22

Birləşmiş Ştatların Dövlət Departamenti/ 

Beynəlxalq İnformasiya Proqramları Bürosu


1

Giriş

“Mən müsəlman ruhlu amerikalıyam”                             2



Fotooçerk

Amerikada həyat qurmaq                                                    4



Profillər

Gənc müsəlmanlar öz sözlərini deyirlər                          30



Mənbələr

Statistik  portret 

                                                           48

Yaxınlıqdakı məscidlər 

                                                52

Mühüm tarixi hadisələr                                                  56

Biblioqrafiya                                                                         60

Əlavə

Bilirdinizmi? Miniafişa 

       

AMERİKA 


MÜSƏLMANLARI

M

ən  Amerikanı 

x ə y a l l a r ı m d a 

olduqca  gözəl 

təsəvvür  etdiyimə  görə  de-

yil, onun mənə – Hindistan-

dan olan müsəlman övladına 

Amerikanın 

inkişafında    

iştirak  etməyə,  onun  çiçək-

lənməsi  yolunda  izlər  qoy-

mağa,  həyatında  nə  isə  bir  rol  oynamağa  im-

kan verdiyinə görə sevirəm. 

Amerikada ilk məskunlaşan avropalılar ailəsinə 

mənsub  Con  Vinsrop  (John  Winthrop)  bu  fik-

ri  dəstəkləyir.  Amerikanın  həyatındakı  rolu-

nu  həmvətənlərinə  göstərərkən,  Con  onların 

cəmiyyətinin  yüksəklikdə  yerləşən  və  bütün 

dünyaya  mayak  olacaq 

bir  şəhərə  bənzəyəcəyini 

deyirdi.  Bu  ümidin  kökü 

onun  xristian  olmasında 

idi.  Şübhəsiz  ki,  Con  öz 

şəhərini  mərkəzində  hün-

dür qülləli kilsəsi olan bir 

şəhər  kimi  təsəvvür  edir-

di.Çoxmillətli olmamışdan 

əvvəl  Amerika  əsrlər  boyu  son  dərəcə  dini  bir 

ölkə  olmuşdur.  Doğrudan  da,  biz  Qərbdə  di-

nə  ən  sədaqətli,  eləcə  də,  müxtəlif  dinlərə 

ən  çox  etiqad  edildiyi  bir  ölkəyik.  İndi 

yüksəklikdə  olan  şəhər  kilsəsinin  qülləsi  mü-

səlman  məscidlərinin  minarələri,  yəhudi  si-

naqoqlarının  ibrani  əlyazmaları,  buddist  san-

qaların zümzüməsi, hindu məbədləri ilə əhatə 

“Mən müsəlman ruhlu amerı̇kalıyam”

Əbu Patel

2


olunmuşdur.  Bu,  bir  faktdır  ki,  hazırda  Ameri-

kada  müsəlmanlar  amerikalıların  təsis  və  et-

iqad  etdiyi  Yepiskopal  kilsənin  üzvlərindən 

daha çoxdur. 

Yüz  il  bundan  əvvəl  Afrika  mənşəli  görkəmli 

Amerika  alimi  U.E.B.Du  Bois  (W.E.B.  Du  Bois

əsrin  əsas  probleminin  rəng  problemi  olacağı 

barədə  xəbərdarlıq  etmişdi.  21-ci  əsrdə  isə 

onun  yerini  dini  inancların  tutacağı  ehtimal 

olunurdu. Mənim ölkəmi – Amerikanı,  mənim 

dinimi – İslamı və Allahın himayəsində yaşayan 

bütün  insanları  narahat  edən  məsələ  bunlar 

ola  bilərdi:  Müxtəlif  dinə  mənsub  insanlar 

bir-biri  ilə  necə  ünsiyyət  quracaqlar?  Kilsə 

qülləsi,  minarə,  sinaqoq,  məbəd  və  sanqalar 

yüksəklikdə  yerləşən  yeni  şəhərdə  bölüşməyi 

öyrənə biləcəklərmi?

Düşünürəm ki, dözümlülük və hörməti özündə 

toplayan  Amerika  ənənəsi  bu  məsələnin 

həllinə xüsusi bir töhfə verəcəkdir.   

Amerika  daha  çox  başqa  yerlərdən  olan 

insanların  böyük  bir  toplusudur.  Bu  insanlara 

özlərinə  məxsus  dəyərlər  əsasında  Ameri-

ka  ənənəsinə  töhfə  verməyə  və  Amerika 

musiqisinə  yeni  notlar  əlavə  etməyə  icazə 

verməsi Amerikanın böyüklüyüdür. 

Mən  müsəlman  ruhlu  amerikalıyam.  Mə-

nim  ruhum  qəhrəmanlıqlar,  hərəkatlar  və 

inkişaflardan  yoğrulub  və  Allahın  iradə-

sinə  tabedir.  Mənim  ruhum  Məhəmməd 

Peyğəmbərin  (s.)  təbliğ  etdiyi  İslamın  əsas 

təlimlərini  –  təzaqa  və  tövhidi  –  haqqı, 

rəhmdilliyi  və  Tək  Allahı  dinləyirdi.  Mənim 

ruhum  orta  əsrlərdə  Şərqdən  Qərbə  yayıldı, 

məscidlərdə dua etdi, dövrün böyük müsəlman 

şəhərləri  olan  Qahirə,  Bağdad  və  Kordovanın 

kitabxanalarında  təlim  aldı.  Mənim  ruhum 

Rumi  ilə  gəzib  dolaşdı,  İbn  Rüşdlə  Aristoteli 

oxudu, Nəsir Xosrovla Mərkəzi Asiyaya səyahət 

etdi.  Mənim  müsəlman  ruhum  müstəmləkə 

dövründə  haqqa,  ədalətə  can  atdı.  Mənim 

ruhum Əbdül-Qaffar Xan və Xudai Xidmatqars-

la  birgə  Hindistanın  azadlığı  uğrunda  yürüşə 

çıxdı.  Mənim  ruhum  çoxmillətli  Cənubi  Afri-

ka  uğrunda  mübarizədə  Fərid  İshaq,  İbrahim 

Musa,  Rahid  Ömər  və  Müsəlman  Gənclər 

Hərəkatı ilə birgə əzəmətlə durdu.

Bir tərəfdən, mən qədim müsəlman baxışlarımı 

plüralizmə  gətirirəm.  Digər  tərəfdən  isə  Ame-

rikanın  inkişafında  iştirak  edirəm.  Ürəyimdə 

bir  niyyətin  həyata  keçməsi  üçün  dua  edirəm: 

Fərqli dini icmalara məxsus insanların yaşadığı 

yüksəklikdə  yerləşən  bir  şəhərdə  insan-

lar  bir-birinə  hörmətlə  yanaşsın  və  ümümi 

məqsəd  naminə  bir  yerdə  çalışsınlar.  Müxtəlif 

millətlərin  birgə  yaşadığı  dünya  qardaşlıq  və 

ədalət  ruhunda  olsun.  Elə  bir  əsr  olsun  ki,  in-

sanlar  ümumi  məqsədlərinə  çatmaq  yolunda 

birlikdə addımlasınlar.

Müəllif  Əbu  Patel  (Eboo  Patel)  İllinoys  ştatının 

Çikaqo  (Illinois,  Chicago)  şəhərində  fəaliyyət 

göstərən  Dinlərarası  Gənclər  Mərkəzinin  icraedici 

direktorudur. O, dinlərarası hərəkatın lideridir. 

3


4

Amerikada həyat qurmaq



5

Y

er  kürəsinin  hər  bir  guşəsindən  Amerikaya 



mühacirlər  gəlmişlər.  İnsanlar  müxtəlif  ol-

salar  da,  onların  buraya  gəlmə  səbəbləri 

oxşardır: Bəziləri köhnə həyat tərzindən qurtulmaq, 

digərləri yeni həyat tərzi tapmaq üçün. Bəziləri zülm-

dən,  bəziləri  isə  adətlərin  qandalından,  kasıbçı-

lıqdan  qurtulmaq  və  ya  sadəcə,  bəxtlərini  sınamaq 

məqsədilə gəliblər. Onların çox böyük hissəsi 19-cu 

əsrdə Avropadan, 20-21-ci əsrlərdə isə Asiya, Afrika, 

Yaxın Şərq, Mərkəzi və Cənubi Amerikadan gəlmişdir. 

Mühacirlər  buraya  ümidlə  üz  tuturdular.  Çox  vaxt 

onların ümidləri cüzi, ilkin təəssüratları isə qarışıq olur-

du. Bu yeni amerikalılar yerləşdikləri yerdə  onların 

işçi  qüvvəsinə  kəskin  ehtiyac  olduğunu  görürdülər. 

Lakin bəziləri – yeni gələnlərin adət və ənənələrinə 

bələd olmayanlar,  onlarla yad adamlar kimi davranır 

və  onların  nə  vaxtsa  əsl  amerikalı  olacağına  inan-

mırdılar.  Onlar  yanılırdılar.  Azadlıqları,  dinləri,  zəh-

mətkeşlikləri  ilə  hər  bir  mühacir  dəstəsi  Amerika 

cəmiyyətinə  fərqli  töhfələr  verir,  cəmiyyətimizi  və 

mədəniyyətimizi  zənginləşdirir,  həmişə  dinamiklik, 

inkişaf mənasını bildirən, bizi bir-birimizə bağlayan 

bir sözü formalaşdırırlar: amerikalı. Bu gün bu həm 

də amerikalı müsəlmanların hekayəsidir.  

Abdül və Məcdə Əlsaadi  (Abdul and Majda Alsaadi) Vol-Mart mağazasında.  Dearborn, Miçiqan.



1

965-ci  ildə  immiqrasiya  haqqında  qəbul 

olunmuş yeni qanun yeni amerikalıların mə-

lum  axınında  böyük  dəyişikliklər  yaratdı. 

Artıq  milli  mənşəyə  görə  müəyyən  olunmuş  bölgü 

kimlərin buraya gələ biləcəyini müəyyənləşdirmirdi. 

Onun yerini ailə münasibətləri və iş bacarıqları üzrə 

kateqoriyalar tutdu. Bu dəyişikliklə də Mühacirlərin 

sayı artdı. Cənubi Asiya və Yaxın Şərqdən ilk nəzərə 

çarpacaq  dərəcədə  böyük  bir  müsəlman  qrupu 

Birləşmiş  Ştatlara  daxil  oldu.  Onlar  19-cu  əsrdə 

gələn  Amerika  immiqrantlarından  fərqlənirdilər. 

Amma bugünkü yeni amerikalılar da Amerikanın so-

sial, iqtisadi və siyasi həyatında öz yerlərini tapmaq-

da köhnə immiqrantların problemləri ilə üzləşdilər. 

İki  bacıya  –  Asiya  və  İman  Bondaiyə  (Assia,  Iman 



Boundaoui)  diqqət  yetirin.  Onların  valideynləri 

Əlcəzairdəndirlər və qızlar İllinoysda, Çikaqo yaxınlı-

ğında  müsəlman  amerikalılar  kimi  boya-başa  çat-

mışlar.  Milli  İctimai  Radionun  (National  Public  Ra-



dio  (NPR))  verdiyi  məlumata  görə,  Asiya  və  İman 

həm uşaqlar üçün olan “Naykloden” (Nickelodeon), 

həm  də  “Əl-Cəzirə”  xəbərlər  kanallarına  baxaraq 

böyümüşlər.  Onlar  yemək  üçün  bəzən  “Kentukki 

Tabakası”  yeməkxanasını,  bəzən  isə  sevimli  falafel

1

  



restoranlarını seçirdilər.

1   Yaxın Şərqə aid lobyadan və ya digər paxlalı bitkilərdən 

hazırlanmış ədviyyatlı yemək. red.

Gündəlik həyat

Foto

Qalereya


6

Üzbəüz səhifədə. Yuxarıda solda: Sədəf Butt (Sadaf 

Butt) hicabını səliqəyə salarkən. Aşağıda solda: Kon-

qresin  müsəlman  üzvləri  Vaşinqtonda  Kapitolidə 

fasilə  vaxtı.  Bu  səhifədə.  Yuxarıda:  Dizayner  Bruk 

Səməd (Brook Samad) fabrik nümunələrini müqayisə 

edərkən.  Sağda:  Təhqiq  Abbasi  (Tahqiq  Abbasi)

özünün  Nyu  Cersidə  –  Yunion  Sitidəki  (Union  City, 

New Jersey) parça dükanında.

7


8

20 yaşlı Asiya Milli İctimai Radioya müsahibəsin-

də  demişdir:  “Amerikada  deyə  bilərik  ki,  biz,  hər 

şeydən əvvəl, müsəlmanıq. Mənə elə gəlir, bizi əsas 

fərqləndirən də budur. Lakin başqa ölkədə, məsələn, 

hər  hansı  bir  müsəlman  ölkəsində  isə  biz  amerikalı 

olduğumuzu deyə bilirik”.

Onların hekayəsi həm diqqətəlayiqdir, həm də o 

qədər yox. Etnik və dini kombinasiyanın vəhdətindən 

yaranmış  bu  yeni  nəsil  özünü  daha  çox  amerikalı 

hesab edir. 

“Ateizmin  qəbul  edilməsi:  Qərbə  yollanan 

müsəlmanların  əhvalatları”  əsərinin  müəllifi,  İran 

mənşəli amerikalı Behzad Yağmaiyan (Behzad Yagh-



maian)  müşahidələrinə  əsasən  demişdi:  “Amerika 

həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar üçün 

həmişə  ümidlər  məkanı  olmuşdur.  Hələ  də  onların 

buraya  gəlməsinin  səbəbi  Amerikanın  onlara  öz 

ölkələrində tapmadıqlarını təklif etməsidir”. 

Müsəlman  amerikalılar  ailə  ənənəsini  davam 

etdirirlər. Lakin onlar fərd olaraq, bir nəslə mənsub 

ölkəyə deyil, hər kəsə azadlıq, imkanlar və bərabər 

hüquqlar  ideyası  üzərində  qurulmuş  bir  ölkəyə 

müqayisəedilməz dərəcədə böyük töhfələr verirlər.

Tarixçi Hasia Dinər (Hasia Diner) yazır: “Birləşmiş 

Ştatların  tarixi  boyunca  hər  bir  əsrdə  dünyanın 

müxtəlif  guşələrindən  qadınlar  və  kişilər  Amerika 

təcrübəsinə  meyil  ediblər.  Onlar  həmin  dövrdə 

Amerikaya  yad  olan  əcnəbilər,  dil,  mədəniyyət  və 

din təmsilçiləri kimi daxil olurdular. Zaman keçdikcə 

Birləşmiş  Ştatların  mədəniyyəti  haqqında  ideyalar 

da  dəyişdi,  mühacirlər  və  onların  törəmələri 

etnik  icmalarını  qurmaqla  yanaşı,  eyni  zamanda 

Amerikanın  ictimai  həyatında  yaxından  iştirak 

edərək, ölkəyə öz töhfələrini verirdilər”.


9

Saat  əqrəbi  istiqamətində  solda:  Abdi  Məhəmməd  

(Abdi Mohamed) Nebraskadakı (Omaha) baqqaliyyə 

dükanında axşam namazını qılarkən; ailə İnternetdə 

axtarış  apararkən  –  Nyu  York  ştatı,  Bruklin  (New 

York,  Brooklyn);  Süsən  Fəzlullah  (Susan  Fadlallah) 

Ramazanda  iftar  yeməyi  hazırlayarkən.  Mərkəzdə: 

Qəssab  Nəhmi  Mənsur  (Nehme  Mansour)  halal  əti 

ət maşınından keçirərkən – Miçiqan.


10

11

Saat  əqrəbi  istiqamətində  solda:  Doktor  Maya  Ham-

mud  (Maya  Hammoud)  ərəbcə  yazdığı  tibbi  qeydlər 

kitabçasını  əlində  tutub;  Nyu  York  şəhərinin  illik  “Ən 

Yaxşı  Küçə  Yeməyi  Satıcısı”  mükafatının  qalibi  Samiul 

Haqq Nurdur (Samiul Haque Noor); Məhəmməd Atvinin 

(Mohamed  Atwi)  kartında  Vol-Mart  dükanının  adı  iki 

dildə qeyd olunub.

M

üsəlman  amerikalılar  Amerika  stan-



dartlarına  görə  hədsiz  dərəcədə 

müxtəlifdirlər. 

Onlar 

Amerikadakı 



digər  mühacir  qruplardan  kəskin  fərqlənirlər.  Belə 

ki,  müsəlman  amerikalıları  irqlərinə  və  millətlərinə 

görə  müəyyən  etmək  olmur.  Bu  baxımdan,  on-

lar  kökləri  İspaniyadan,  daha  çox  Latin  Amerikası 

ölkələrindən  və  Karib  adalarından  olan,  ispan 

mənşəli amerikalılara daha yaxındırlar. 

Əgər  biz  Cənubi  Asiya,  Yaxın  Şərq,  Cənub-Şərqi 

Asiya, Avropanın Balkan regionu, Afrika və az sayda, 

lakin artmaqda olan ispan müsəlmanlarını da əhatə 

etsək,  müsəlman amerikalılar daha da müxtəlif ola 

bilər.

Birləşmiş  Ştatlarda  əhalinin  sayı  insanların 



dinlərinə  görə  müəyyən  edilmədiyindən  müsəlman 

əhalinin  sayı  haqqında  rəsmi  məlumat  yoxdur. 

Təxmini hesablamalara görə, onların sayı 2 milyon-

dan  7  milyona  qədərdir  və  ya  daha  çoxdur.  Bunlar-

dan  34  faizi  Pakistan,  yaxud  Cənubi  Asiya  mənşəli 

müsəlmanlar və 26 faizi isə ərəblərdir.  

Müsəlman  amerikalıların  25  faizi  isə  yerli  mü-

səlmanlar, əsasən də Afrika mənşəli amerikalılardır. 

Bu  da  müxtəlif  mənşəli  müsəlman  amerikalıların 

tərkibcə  daha  da  zənginləşməsinə  gətirir.  Başqa 

sözlə,  müsəlman  amerikalıların  tarixi  haqqında 

hekayə  təkcə  immiqrasiya  və  amerikalılaşmadan 

ibarət deyil. Bu hekayə Amerika tarixində ən mühüm 

mövzunun – irqi bərabərlik uğrunda mübarizənin bir 

hissəsidir.  

Ö

lkənin hər yerində – həm şəhər mərkəzlə-



rində,  həm  də  şəhərdən  kənar  ərazilərdə 

məscidlər,  müsəlmanlara  mənsub  sosial 

və mədəni qurumlar var. Birləşmiş Ştatların ilk İslam 

tarixi  muzeyi  –  Beynəlxalq  Müsəlman  Mədəniyyəti 

Müzeyinə  getmək  istəyirsinizsə,  Nyu  York,  yaxud 

Vaşinqtona  səyahət  barəsində  düşünməyin.  Bu-

nun  əvəzində,  ərəb  mənşəli  amerikalıların  sıx  məs-

kunlaşdığı Missisipiyə (Mississippi) – Ceksona (Jack-



son); Miçiqana – Dearborna gedin. Cənubi Asiya və 

Karyera


Foto

Qalereya


Afrikadan  olan  müsəlmanlar  Nyu  York  –  Nyu  Cersi 

ərazisində seçilən və inkişafda olan bir icma qurublar. 

Böyük  sayda  somalililər  Minneapolis  və  Minnesota 

ştatının  St.Paul  şəhərində  məskunlaşıblar.  Cənubi 

Kaliforniya  ölkədə  olan  İran  mənşəli  amerikalıların 

ən çox məskunlaşdığı  yerdir.

Bununla  belə,  bu  etnik  icmalar  heç  də  mono-

lit  deyil.  Dearbornda  və  digər  yerlərdə  yaşayan 

ərəblərin  çoxu  müsəlman  deyil,  xristiandır.  Los 

Ancelesdə  yaşayan  iran  mənşəli  amerikalıların  bir 

hissəsi isə yəhudidirlər.

Müxtəliflik  haqqında  bu  cür  ümumi  danışılma 

vəziyyəti  aydın  təsəvvür  etmək  əvəzinə,  daha  çox 

çaşqınlıq  yaradır.  Onların  nümayəndələrinin  təc-

rübələrini öyrənmək daha yaxşı olardı.

Afrika  mənşəli  amerikalı  şairə  Maya  Ancelou 

(Maya  Angelou)  deyir:  “Biz  bilməliyik  ki,  Ameri-

kada  müxtəliflik  xalça  üzərindəki  saysız-hesabsız 

naxışlara  bənzəyir.  Biz  başa  düşməliyik  ki,  xalçanın 

bütün  ipləri  rəngindən,  naxışından  asılı  olmayaraq, 

eyni dəyərə malikdir”.

Məsələn,  çikaqolu  İman  Bondai  bilir  ki,  azadlığı 

sayəsində  baş  örtüyünü  rahat  bağlaya  bilər.  O, 

Fransada  – Parisdə ali məktəb səyahətində olarkən 

özəl  müsəlman  məktəbində  təhsil  alan  bir  qrup 

qızla  görüşünü  xatırlayaraq  deyir  ki,  Fransa  qa-

nununa  görə  dövlət  məktəblərinə  baş  örtüyü  ilə 

gəlməyin  qadağan  edildiyini  biləndə  o  və  dostları 

12


Saat  əqrəbi  istiqamətində  solda:  Milli  Səhiyyə 

İnstitutunun  (National  Institute  of  Health)  keçmiş 

direktoru  Dr.İlyas  A.Zərhuni  (Dr.  Elias  A.  Zerhouni) 

təqdimat  edərkən;  komik  aktyor    Meysun  Zayid 

(Maysoon Zayid) uğurlu çıxışı zamanı; “Sakramento 

Kinqs”in hücumçusu Şərif Əbdur-Rəhim (Shareef Ab-

dur-Rahim)  rəqiblərini  qabaqlayaraq  topu  atarkən; 

Serjant Maqda Xəlifə (Magda Khalifa) ABŞ ordusuna 

məxsus hərbi geyimdə.

“Biz bilməliyik ki, Amerikada müxtəliflik xalça üzərindəki saysız-

hesabsız naxışlara bənzəyir. Biz başa düşməliyik ki, xalçanın 

bütün ipləri rəngindən, naxışından asılı olmayaraq, eyni dəyərə 

malikdir”.

13

–Maya Ancelou–



Xidmət

Foto


Qalereya

14


Saat əqrəbi istiqamətində aşağıdan solda: Müsəlmanların 

könüllülüyə  dəstək  yürüşləri;  gənc  müsəlman  fəalları 

icmalarının problemlərini həll etmək üçün fikir mübadiləsi 

edərkən; Faruq Əbulzəhəb (Farooq Aboelzahab) məsciddə 

müxtəliflik haqqında çıxış edərkən; din xadimlərinin sülh 

və dözümlülüyü qeydetmə toplantısı; Sara  Əltantavi (Sara 

Eltantawi) mətbuat konfransında suallara cavab verərkən.

bir-birinə  baxmış  və:  “Allaha  şükür  ki,  biz  Amerika-

da yaşayırıq”, – demişdir. İman Bondai Milli İctimai 

Radioya verdiyi bu müsahibəyə əlavə edərək: “Küçə 

ilə başı örtülü gedərkən, mən məktəbə daxil olanda 

yaylığımı  açmalı  olacağım  haqda  fikirləşmirəm”,  – 

deyə bildirmişdir.

Pakistanlı mühacir Nur Fatimə isə azadlığı başqa 

cür  qəbul  edir.  Fatimə  anlayırdı  ki,  amerikalılar  so-

sial  və  dini  seçimlərə  şəxsi  məsələlər  kimi  baxır. 

O,  Nyu  Yorka  –  Bruklinə  köçəndən  sonra  başını 

örtməkdən  imtina  etmişdir.  “Nyu  York  Tayms” 

qəzetinə müsahibəsində Fatimə demişdir: “Bura im-

kanlar məkanıdır. Burada hər kəsə bərabərlik verilir. 

Mən Birləşmiş Ştatlara özümü inkişaf etdirmək üçün 

gəldim. Bu, mənim dünyaya ikinci gəlişimdir”.

Bu  gün  müxtəlif  şəraitlərdə  saysız-hesabsız  İs-

lam dininə mənsub amerikalılar öz varislərini forma-

laşdırdıqları  kimliyin  mühüm  hissəsi  kimi  qəbul 

edirlər.  Onlar  formalaşdırdıqları  kimliyin  içərisində 

bu  torpağın  bütün  vətəndaşlarına  verilmiş  azadlığı 

seçirlər. Bu imkanları müəyyənləşdirməklə özlərinin 

də amerikalı olduqlarını üzə çıxarırlar.

“Biz  amerikalı  müsəlmanların  kimliyini  vurğu-

layanda  babalarımızın  dəfn  olunduğu  yeri  deyil, 

nəvələrimizin  böyüyəcəyi  məkanı  nəzərdə  tu-

turuq”,  –  sözlərini  Müsəlman  İctimai  Məsələlər 

Konsulluğunun  icraçı  direktoru  Salam  əl-Mərayəti 

(Salam Al-Marayati) Kaliforniyanın “Sakramento Bi” 

qəzetinə verdiyi müsahibəsində deyib.

D

urmadan  artan  sayları,  etibarları  və  təş-



kilatları  ilə  müsəlman  amerikalılar  biznes 

və  təqaüd  proqramlarından  tutmuş,  id-

man və incəsənətədək hər bir sahədə öz töhfələrini 

verirlər.  Bu  müxtəlifliklərin  hekayəsi  Nyu  York 

15


İmam  Haşim  Rza  (Imam  Hashim  Raza)  Nyu  York-

da,  Kolonidə  (Colonie)  yerləşən  “Əl-Fatimə”  İslam 

Mərkəzində  Əfqanıstanda  bombardman  zamanı 

həlak olmuş, ABŞ ordusunun əsgəri Möhsin Nəqvinin  

(Mohsin Nagvi) cənazə namazını qıldırarkən.

16


küçələrində  satılan  ədvalı  halal  xörəklərinə 

görə  2006-cı  ildə  “Ən  yaxşı  küçə  yemək  satıcısı” 

mükafatına  layiq  görülmüş  pakistanlı  Samiul  Haqq 

Nurdan  başlayaraq, 2002-ci ildən 2008-ci ilə qədər 

Milli Səhiyyə İnstitutunun direktoru olmuş əlcəzairli 

Dr.  İlyas  Zərhuniyə;  “Nyusuik”in  (“Newsweek”) 

şərhçisi və redaktoru Fərid Zəkəriyədən (Fareed Za-

karia) aktyor və hip-hop musiqiçisi Mos Defə; “Hyus-

ton  Rokets”in  (“Houston  Rockets”)  peşəkar  basket-

bol ulduzu Dikembe Mutombodan ABŞ Konqresinin 

ilk müsəlman nümayəndəsi minnesotalı Keyt Elisona 

(Keith Ellison) qədər dəyişir. 

Yeni  nəsil  müsəlman  amerikalıları  Amerika  tib-

bini,  elmini  və  ədəbiyyatını  zənginləşdirirlər.  Ma-

ma-ginekoloq  Nəval  Nur  (Nawal  Nur)  Sudanda 

doğulmuş,  Misirdə  boya-başa  çatmışdır.  Qadınların 

sağlamlıq  problemi  ilə  məşğul  olan  bu  xanım  öz 

sahəsinin  pionerlərindəndir.  Nəval  Nur  Massaçu-

sets  ştatının  Boston  şəhərində  Afrika  Qadınlarının 

Sağlamlıq  Mərkəzinin  yaradıcısıdır.  O,  2003-cü  ildə 

nüfuzlu  “MacArthur  Fellowship”  təqaüdünə  (Bu 

təqaüdü “Dahi təqaüd” də adlandırırlar) və 2008-ci 

ildə Stanford Universitetinin müsəlman alimlər üçün 

təsis etdiyi mükafata layiq görülmüşdür.

İran  mənşəli  amerikalı,  Vaşinqton  Univer-

sitetinin  alimi  Babək  Pərviz  (Babak  Parviz

müstəqil  yığılan  və  təmir  edilən,  çox  kiçik  cihazlar 

daxil  olan  nanotexnologiya  sahəsində  son  dərəcə 

qiymətli  nailiyyətlər  əldə  etmişdir.  Bunlar  nüvə  və 

molekul  səviyyəsində  ultrakiçik  elektron  və  bioloji 

tətbiqlərdir.  

Hələ  uşaq  yaşlarında  Suriyadan  gəlmiş,  yazıçı 

Moca Kef (Mohja Kahf) Amerika mədəniyyətini ümu-

mi  olaraq,  amerikan  müsəlmanlarını  isə  müşahi-

dələrinə  əsaslanaraq  xəfif  ironiya  və  bir  qədər  də 

sərt  şəkildə  öz  poeziyasında  (“Şəhrizaddan  gələn 

e-məktublar”)  və  İndianada  nəşr  olunan  avtobio-

17


18

Yuxarıda:  Tələbələr  və  reklamçılar  Pensilvaniyanın 

Filadelfiya  şəhərində  dini  müxtəlifliyi  dəstəkləyən 

divar  rəsmləri  çəkərkən.  Sağda:  Yasmin  Əsfur 

(Yasmine Asfoor) Arizona ştatının Foeniks (Phoenix) 

şəhəri yaxınlığında, Mountain Pointe ali məktəbində 

(Mountain Pointe High School) idarəetmə dərsində 

suallara cavab verərkən. 

qrafik  “Narıncı  şərfli  qız”  (The  Girl  in  the  Tanger-

ine  Scarf)  romanında  təsvir  etmişdir.  Bu  kitablar, 

xüsusilə də gənc müsəlman amerikalı qızlar arasında 

çox rəğbətlə qarşılanmışdır. 

Moca Kef İnternet səhifələrində gənc müsəlman 

amerikalıların  münasibətləri  və  seks  haqqında  açıq 

məqalələr də yazır. O inanır ki, “Malkom İksin (Mal-



com X) tərcümeyi-halı” və Xalid Hüseyninin (Khaled 

Hosseini)  “Çərpələng  uçurdan”  (The  Kite  Runner

kimi əsərləri müsəlman-amerikan ədəbiyyatında bir 

janr kimi qəbul edilməlidir.

Texasda  doğulmuş,  burada  böyümüş  və  hazırda 

Hyustonda  təcili  yardımda  həkim  kimi  fəaliyyət 

göstərən  Fədi  Cəvdəhin  (Fady  Joudah)  valideynləri 

fələstinlidirlər.  O,  Sərhədsiz  Həkimlər  Təşkilatının 

tərkibində  Zambiya  və  Sudanın  Darfur  bölgəsində 

qaçqın  düşərgələrində  də  xidmət  etmişdir.  Fədi 

Cəvdəh  həm  də  gənc  şairdir  və  “Yer  kürəsi  çardaq-

da” (The Earth in the Attic) toplusuna görə nüfuzlu 

Gənc Şairlərin Ənənəvi Yeyl Şeir müsabiqəsinin qa-

libi olmuşdur.

Şair  və  tənqidçi  Luis  Qlük  (Luiz  Glück)  Fədi 

Cəvdəhın  kitabının  girişində  yazır:  “Bunların  ək-

səriyyəti  kiçik  şeirlərdir.  Lakin  onların  əzəmətli 

cazibəsi  inkarolunmazdır.  Atalar  və  qardaşlar  pey-

ğəmbərlərə,  hipotezlər  arzulara,  mənzərənin  adi 

detalları  rəmzlərə  və  işarələrə  çevrilir.  Kitab  fərqli, 

məntiqli  və  sərtdir.  Onu  bir  kənara  qoymaq,  unut-

maq qeyri-mümkündür”.

 

11



  

sentyabr 2001-ci il hücumundan sonra 

Amerika  azadlığının  imkan  verdiyi 

yeni,  əsl  Amerika  İslamı  meydana 

gəlir.  Tribuna  Tədqiqat  Mərkəzinin  (Pew  Research 

Center) apardığı və digər sorğulara görə müsəlman 

amerikalılar  orta  hesabla  digər  müsəlmanlardan 

daha  yaxşı  təhsil  almış,  daha  çox  inkişaf  etmişlər. 

Bundan başqa, bu hücumu planlaşdıranlar və həyata 

keçirənlər  qeyri-amerikalıdırlar.  Bu  hadisələr  digər 


19

Təhsil


Foto

Qalereya


20

Bu səhifədə. Saat əqrəbi istiqamətində solda: Miçiqanda Halə Hazimi (Hala Hazimi) (ayaq üstə) bacısı Zeynəb 

Qanimə (Zeinab Ghanem) riyaziyyat məsələsinin həllində kömək edərkən; Adnan Qasım (Adnan Kasseem) Nyu 

Meksikada namaz qaydaları dərsində; Tələbələr səyahət zamanı Missisipi ştatının Cekson şəhərindəki Beynəlxalq 

Müsəlman  Mədəniyyəti  Muzeyinə  baş  çəkərkən.  Qarşı  səhifədə.  Saat  əqrəbi  istiqamətində  yuxarıdan:  Ali 

məktəbin  basketbolçuları  Miçiqandakı  oyuna  hazırlaşarkən;  Şimali  Karolinada  Ruhi  Brelvi  (solda)  və  Həbah 

Sədaq (Hebah Sedak) basketbol paltarlarını oyun gününə hazırlayarkən; Leyla Alkalut (Laila Alkahlout) (öndə) və 

Saşa Xaffəd (Sasha Khaffed) Floridada basketbol üzrə keçirilən milli gənclər turnirində mübarizə zamanı.



21

22

amerikalılar  tərəfindən  müsəlman  amerikalılara 

qarşı  şübhə  yaratdı.  Nəticədə  isə  bu,  onların 

müəyyən dərəcədə təcrid olunmasına gətirib çıxardı. 

Təəssüflər  olsun  ki,  bu  cür  şübhələr  həm  Birləşmiş 

Ştatlarda,  həm  də  başqa  ölkələrdə  müharibə  və 

kənardan  hücum  qorxusu  olduqda  yaranır.  Lakin 

2008-ci il dəhşətli qorxunun və şübhələrin ən zirvədə 

olduğu 2002-ci il deyil. Mahiyyət də çox mühümdür: 

Birləşmiş  Ştatlarda  hər  bir  mühacir  qrupu  müəyyən 

dərəcədə diskriminasiya və qəzəblə rastlaşmış, onun 

öhdəsindən gəlmişdir. 

Məsələn,  “Nyu  York  Tayms”ın  yazdığına  görə, 

bir  neçə  il  əvvəl  11  sentyabrın  nəticəsi  olaraq, 

dəhşətli  qorxunun  hökm  sürdüyü  bir  zamanda  – 

biznes    müəssisələri  və  məktəblərinin  bağlandığı  

vaxtda Nur Fatimə Nyu Yorkdakı Pakistan icmasında 

yeni  əldə  etdiyi  azadlığını  qeyd  edirdi.  Fatimə 

buraya  gəlməzdən  əvvəl  yerli  biznesmen  Moe 

Razvinin  rəhbərliyi  ilə  “Kiçik  Pakistan”    yaradılmış, 

onun  köməyi  ilə  ingilis  dili  və  kompüter  kursları 

başlanmış,  icma  mərkəzi  açılmış,    icma  rəhbərləri 

İnam

Foto


Qalereya

ilə federal rəhbərlik arasında görüşlər təşkil edilmiş, 

münasibətlər yaxşılaşdırılmışdır.

“Tayms”  (The  Times)  yazır:  “Hər  il  Pakistanın 

Müstəqillik  Günü  münasibətilə  keçirilən  nümayiş 

Amerika bayraqları ilə bəzədilir. Bu, müsəlman mü-

hacir  icmasının  millətlər  ətrafında  görünən  trans-

formasiyasıdır”.

Terror  hücumunun  yaratdığı  gərginliyi  aradan 

qaldırmağın ən yaxşı yolu Birləşmiş Ştatlarda dinlə-

rarası dialoqların genişləndirilməsidir.

“Hər dəfə yerləşdiyin məkanı başqa mədəniyyətə 

mənsub  insanla  bölüşəndə  özün  də  bir  şəxs  kimi 

formalaşırsan,  hadisələrə  başqa  nöqteyi-nəzərdən 

baxmağı öyrənirsən”.


23

Saat  əqrəbi  istiqamətində  solda:  Məhəmməd  Ham-

mud  (Mohamad  Hammoud)    Miçiqan  ştatının 

Dearborn  şəhərindəki  Amerika  İslam  Mərkəzinin 

məscidində  ibadət  edir;  Məryəm  Motala  (Mari-

am  Motala)    (sağda)  Kaliforniyadakı  Houton  İslam 

Mərkəzində  (Islamic  Center  of  Hawthorn)  dua  edir; 

Nyu  Cersi  ştatının  Brunsvik  şəhərində  (Brunswick) 

balaca  oğlan  namaz  qılanlara  qoşulduğunu  güman 

edir;  Ohayo  ştatının  Parma  şəhərindəki  Kleveland 

İslam Mərkəzi (Islamic  Center of  Cleveland) 300-dən 

artıq dindarın evidir.



24

Yuxarıda. Üstdə: Uşaqlar axşam namazında; qadınlar Kaliforniyada “Əl-Rəhman” (Masjid Al- Rahman) məscidində 

namazda.  Qarşı  səhifədə.  Yuxarıda:  Müsəlmanlar  Vaşinqton  şəhərində  Linkolnun  abidəsi  qarşısında  ibadət 

edərkən. Aşağıda: Kişilər Şimalı Amerika İslam Cəmiyyətinin (Islamic  Society of North  America) illik yığıncağında  

– İllinoys ştatı, Çikaqo. 


25

Bu  sözlər  Corctaun  Universitetinin  (George-



town  University)  ərəb  dili  və  ədəbiyyatı  ixtisası 

üzrə  Doktorantı,  Dövlət  Departamentinin  könüllü 

vətəndaş  səfiri  kimi  xidmət  etmiş  Kərimə  Davuda 

mənsubdur:  Davud: “Müxtəliflik gözəllikdir”, – deyə 

fikrini tamamlayır.

11  sentyabr  hücumu,  müsəlman  amerikalıların 

ictimai  və  siyasi  işlərdə  daha  da  fəallaşmasına, 

problemlərin  həllində  daha  yaxından  iştiraklarına, 

qeyri-müsəlman  təşkilatları  ilə  ittifaq  qurmağa, 

dözümsüzlüyə  və  zorakılığa  qarşı  çıxışda  qorxu 

elementlərinin  aradan  qalxmasında  daha  maraqlı 

olmalarına  da təkan verdi. 

Harvard Universitetindən olan redaktor və yazı-

çı  Nafis  Syed  (Nafees  Syed)  www.altmuslim.com 

İnternet səhifəsində gedən müstəqil müzakirədə be-

lə söyləmişdi: “Bu bir faktdır ki, üzərinə məsuliyyət 

götürməsi  və  siyasətə  qoşulması  amerikalı  müsəl-

manların  Amerika  sosial  həyatının  bir  parçası  ol-

masına  eyni  zamanda,  onların  vətənpərvərlik 

duyğularına təsir edir”. 

Prezident  Con  F.Kennedinin  ifadəsini  xatırlada-

raq  Syed  davam  edir:  “Məsələ  təkcə  Amerika  mü-

səlmanlarının  ölkənin  siyasi  həyatında  iştirakının 

onlara  necə  kömək  edəcəyində  deyil,  həm  də 

Amerika  müsəlmanlarının  bu  ölkəyə  necə  kömək 

edəcəyindədir”.

Böyük  bir  toplum  olaraq,  Amerika  müsəlman-

larının  əksəriyyəti  sünnilərdir,  lakin  burada  xeyli 

sayda  şiələr  və  sufi  ənənələrinə  sadiq  qruplar  da 

yaşayırlar. Bu müxtəlifliyə baxmayaraq, 2007-ci ildə 

nəşr olunmuş “Amerika İslamı: Dinin əsası uğrunda 

cihad” (American Islam: The Struggle for the Soul of 



a  Religion)  kitabının  müəllifi  Paul  Baret  (Paul  Bar-

rett) deyir: “Bu müxtəlifliklər başqa bir yerdə daha 

bariz  üzə  çıxardı,  lakin  onlar  Amerika  cəmiyyətini 

xarakterizə  edən  plüralizmin  içərisində  itib-

batmışdır…  Mühacirlərin  çoxu  ambisiyalı  bir  addım 

ataraq,  qitələri  və  okeanları  keçib  köhnə  dünyanın 

ziddiyyətlərindən  qurtulmaq,  mükəmməl  təhsil 

almaq,  iqtisadi  vəziyyətlərini  yaxşılaşdırmaq  və 

uşaqlarının gələcəyini daha gözəl qurmaq məqsədilə 



26

Xüsusİ günlər

Foto

Qalereya


buraya gəlirlər”.

İnamın  təkmil  forması  –  qadınların  rolunun 

daha  da  artması,  yevangelist  xristian  kilsələrinə 

bənzər  möhtəşəm  məscidlərin  sayının  çoxalması 

müntəzəm inkişaf edən, bənzərsiz Amerika İslamının 

xüsusiyyətləri arasındadır.

“Mən  müəyyən  etdim  ki,  Amerikada  müsəlmanlar 

öz  inamlarını,  etnik  mənşələrini  və  milli  ənənələrini 

çox  müxtəlif  formalarda  məskunlaşdıqları  torpağın 

dəyərləri ilə birləşdirirlər. Burada hər hansı bir qayda 



27

Saat  əqrəbi  istiqamətində  yuxarıdan:  Qızlar  Təklif 

mərasimində

1

 Nəval Davudun (Nawal Daoud) əlində 



tutduğu Quranın altından keçərkən; Hafiz Əzübeyir 

(Hafiz    Azzubair)  insanları  səsverməyə  çağıran  afi-

şalar asarkən; Rutgers Universitetinin tələbəsi Liliya 

Həlvani (Lelia Halwani) (solda) və Nadia Şeyx (Nadia 

Sheikh) yaşadıqları Nyu Cersi ştatının Nyu Brunsvik 

şəhərində  dindarlara  məxsus  yataqxanada  qəbul 

zamanı (New Brunswick, New Jersey).

Həddi-büluğ yaşına çatmanın qeyd edildiyi gün. red.



yoxdur  və  əvvəlki  mühacir  qruplarında  da  belə  bir 

qayda olmamışdır... Mən inanıram ki, müsəlmanların 

assimilyasıyası  haqqında  yalnız  bir  hekayə  deyil, 

saysız-hesabsız hekayələr olacaqdır”.



28

Bu  səhifədə.  Saat  əqrəbi  istiqamətində  aşağıda  soldan:  Halal  hind  toyuğu  Şükranlıq  Günü  naharında  süfrəyə 

verilərkən – Missuri ştati, St.Luis; qızlar Ramazan oruclarını xurma ilə açarkən – Nyu Cersi ştatı, Paterson; Fəvad 

Yaqub (Fawad Yacoob) Kaliforniyada milli ənənəvi mərasimdə (Waves ceremony) xeyir-dua edərkən; kişilər Rama-

zan bayramında qucaqlaşıb, bir-birini təbrik edərkən – Texas ştatı, Tiler.  Qarşı səhifədə. Malayziyalı Tələbələr 

Assosiasiyası  Tennessi  ştatının  Naşvil  şəhərindəki  (Nashville,  Tennessee)  Vanderbilt  Universitetinin  məzunluq 

mərasimlərini qeyd edərkən. 


29

“Mən müəyyən etdim ki, Amerikada müsəlmanlar öz inamlarını, etnik 

mənşələrini və milli ənənələrini çox müxtəlif formalarda məskunlaşdıqları 

torpağın dəyərləri ilə birləşdirirlər. Burada hər hansı bir qayda yoxdur və 

əvvəlki mühacir qruplarında da belə bir qayda olmamışdır... Mən inanıram 

ki, müsəlmanların assimilyasiyası haqqında yalnız bir hekayə deyil, saysız-

hesabsız hekayələr olacaqdır”. 

 –Paul Baret–



30

A M E R İ K A N

P R O F İ L İ 

 

Gənc müsəlmanlar öz sözlərini deyirlər



Yuxarı  sırada.  Soldan:  İmam  Xalid  Lətif  (Imam  Khalid  Latif);  kinorejissor  Lena  Xan  (Lena  Khan);  rəssam  Həba 

Amin (Heba Amin).  Aşağı sırada. Soldan: Biznesmen Musa Şeyb (Moose Scheib); modelyerlər Nila Haşmi (Nyla 

Hashmi) və Fatimə Monkuş (Fatima Monkush); müğənni Kərim Salama (Kareem Salama); jurnalist Kiran Xalid 

(Kiran Khalid). Üzbəüz səhifədə. Ən sağda: Həba Aminin “Bədəvi qız”əsəri .



31

Rəssam 


Həba 

Amin


28 

yaşlı 


müasir 

rəssam  Həba  Amin  ağlı 

kəsəndən şəkil çəkir. Kol-

lecin  ilk  illərində  təhsil 

aldığı  vaxtlara  qədər, 

o,  incəsənətin  onun  maraq  sahəsi  olacağını 

düşünmürdü.  Həmin  vaxtlarda  riyaziyyat  üzrə 

ixtisaslaşmış  Amin  ilk  dəfə  özünü  memar 

kimi  təsəvvür  etmişdi.  O  indi  Minneapolisdə 

yaşayır.


  Amin  Misirin  Qahirə  şəhərində  anadan 

olmuş  və  orada  boya-başa  çatmışdır.    Onun 

mərhum  atası  interyer  dizayneri,  anası  isə 

Aminin  bağça  yaşlarından  başlayaraq,  12  il 

təhsil aldığı özəl Amerika məktəbində inzibati 

işçi olmuşdur.   

Orta  məktəbi  bitirəndən  sonra  Amin  özəl, 

liberal  incəsənət  məktəbində  –  Minnesotanın 

St.Paul  şəhərindəki  Makalester  Kollecində 

(Macalester  College)  təhsil  almaq  üçün  ABŞ-a 

gəlmişdir.  Təhsilinin  üçüncü  ilində  Amin 

dərk  etdi  ki,  onun  könlü  riyaziyyatda  deyil, 

incəsənətdədir.  2002-ci  ildə  o,  art-studiyada 

yağlı boya ilə iş üzrə bakalavr dərəcəsi aldı. 

Amin  Birləşmiş  Ştatlarda  yaşayarkən 

“Ərəb  mənşəli  amerikalı  sənətkarlar  ensiklo-

pediyası”nın  (Encyclopedia  of  Arab  American 

Artists) redaktoru Fayiq Uveysə (Fayeq Oweis

bu  kitabın  onun  “kənar  müşahidəçi  kimi  çıxış 

etməsinə”  və  “əvvəllər  nəzərindən  yayınan, 

yaxud gördüyü”  – ərəb və Misir mədəniyyətinin 

sənət əsərləri ilə daha yaxından tanış olmasına 

imkan verdiyini demişdi.

Amin deyir ki, bir neçə il  onun işləri naxışlı 

tikmələr  və  muncuqlarla  bəzədilmiş  geyimləri 

ilə  tanınan  bədəvi  qadınların  portretlərindən 

ibarət olmuşdur. 

  “Avropa  Birliyi  bu  sənəti  qorumaq,  on-

ları  maliyyələşdirmək  və  yaşlı  qadınları  bu 

bacarıqları  gənclərə  öyrətməyə  təşviq  etmək 

üçün  proqram  hazırlamışdı.  Mən  bununla  ma-

raqlandım və bu iş prosesinə şahid olmaq üçün 

müxtəlif  tayfaların  içərisində  qaldım.  Mən 

qum  rəsmləri  yaradan  bədəvi  sənətkarlardan 

dərs aldım”.   

Amin  müxtəlif  bədəvi  tayfaları  ilə  vaxt 

keçirərkən,  bu  tayfaların  həyat  tərzi  ilə  

onların  sənətindən  daha  çox  maraqlandığını 

dərk etmişdi.

  “Mən  onların  çevrələrindəki  insanlara, 

yurdlarına  bağlılıqlarına  mat  qalmışdım.  Çox 

təəssüfləndirici haldır ki, şəhər həyat tərzinin 

genişlənməsi  və  modernizasiya  ilə  bağlı 

onların  mədəniyyəti  itib-

batmaqdadır ”,  –  deyə  Amin 

öz fikirlərini bildirmişdir. 

Amin  bədəvi  qadınla-

rın  parlaq  rəngli  portret-

lərini  şəhərüslublu  həndəsi 

naxışlarla  qarışdıraraq  çək-

məyə  başladı.  Bu  barədə 

o  deyirdi:  “Şəhər  həyatı 

bədəvi 


mədəniyyətini 

32

sıxışdırdığı  kimi,  həndəsi  naxışlar  da  rəsmləri 

üstələyir ”. 

Nəhayət, 

Aminin 

“bədəvi” 



rəsmləri 

onu  incəsənətin  müxtəlif  istiqamətlərinə, 

üçölçülü  fiqurların  quraşdırılmasına  yönəltdi. 

“Portretlər  üzərində  işləyərkən  anladım  ki, 

əslində,  məni  şəhər  formatında  işlənmiş 

əsərlər maraqlandırır ”,  – deyə o izah edirdi. 

Qahirəyə  növbəti  səfərdə  olarkən,  Amin 

demişdi: “Mən burada çoxlu tərk edilmiş binalar 

gördüm – çox geniş ərazilər yarımçıq tikililərlə 

örtülmüşdü. O tikililərin fotoşəkillərini çəkdim 

və sonra onları araşdıraraq, şəkillərin əsasında 

bir  sıra  işlər  görməyə  başladım  –  Bunlar  nə 

tikililər  idi,  niyə  onlar  tərk  edilmişdi,  onların 

insanlara təsiri...”

Şəhər  anlayışı  Amini  quruluşdan  daha  çox 

duyğu  anlamı  kimi  məftun  etdi  və  bu  da  onu  

başqa bir aləmə apardı.

Amin deyir: “Müəyyən etdim ki, rəsmlər bir 

az  məhduddur.  Əslində,  keçirdiyim  duyğuları 

çatdıra  bilmirdim.  Daha  praktik  bir  işin  içinə 

girmək  istəyirdim.  Yaranan  sənət  duyğusal 

ideyalarımı ifadə etməyimə şərait yaratdı”.

Aminin  işi  Minneapolisin,  Nyu  Yorkun  və 

Vaşinqtonun  bir  çox  qalereyalarında  göstə-

rilmişdir. 

Amin öz İnternet səhifəsində yazırdı: “Mən 

şəhər  infrastrukturuna  cəmiyyətin  inkişaf 

göstəricisi kimi baxıram. Şəhər planlaşdırılması 

cəmiyyətin siyasi  vəziyyətini əks etdirir və mə-

ni insanların gündəlik həyatlarına maneələr və 

çətinliklər yaradan Yaxın Şərq şəhərlərinin in-

frastrukturunun  araşdırılması  maraqlandırır. 

Məni  şəhər  strukturunun  fərdiyyətə  üstün 

gəlməyə  başlaması,  binaların  və  insanların 

yan-yana  olması  əvəzinə,  bir-birinin  üstündə 

yerləşdiyi  şəhərin  fərdi  səviyyədə  təsiri  

maraqlandırdı”. 

Daha  sonra  o  yazırdı:  “Bu  yaradılanlar,  sa-

dəcə, insanı əhatə edənlərin onun davranışına 

mühüm  təsirini  vurğulamaq  üçün  nəzərdə  tu-

tulub”.

Bu işlərindən başqa, Amin yaxınlarda tarix-



də  yeri  olan  müsəlman  qadınlar  haqqındakı 

“Müsəlman  dünyasının  görkəmli  qadınları” 



(Extraordinary Women from the Muslim World) 

kitabının illüstrasiyasını da vermişdi. 

Rəssam  kimi  uğur  qazanmasına  baxma-

yaraq,  Amin  yaşamaq  üçün  əsərlərindən  ası-

lı  olmaq  istəmir.  O:  “Mən  əsərlərimi  sat-

mağı  düşünmürəm.  Bu  da  məni  əsərlərimi 

digər  insanların  istəklərinə  uyğun  yaratmaq 

məsuliyyətindən  azad  edir.  Mən  10  ildir  ki, 

məktəbdə  çalışıram  və  ona  görə  də  akademik 

mühitdə qalmaq istərdim”, – deyir. 

Amerikada yaşamağa gəldikdə isə Amin demişdi: 

Yuxarıda: Həba Aminin “Kökün sarsılması”  adlı əsəri.



33

İmam 


Xalid 

Lətif 


25  yaşlı  İmam 

Xalid  Lətif  artıq 

Nyu  York  Uni-

versitetindəki  İs-

lam 

Mərkəzinin 



direktoru  və  kapellanı

1

,  eyni  zamanda,  Nyu 



York  Polis  Departamentində  də  müsəlman 

kapellan  kimi  vacib  liderlik  məsuliyyətini  öz 

üzərinə götürmüşdür.

Lətif  deyirdi:  “Universitet  və  Polis  Depar-

tamenti  bir-birindən  kəskin  fərqlənir.  Hər  iki 

Amerika  qurumunda  öz  yollarını  axtaran  və 

sayları  artmaqda  olan  müsəlmanlar  çalışırlar. 

Bu baxımdan onlar bənzərdirlər ”.

Lətifə  görə  dinlərarası  dialoqlar  apar-

maq,  icmaya  xidmət  etmək  müasir  və 

çoxmədəniyyətli dünyada yaşayan müsəlmanın 

fəaliyyətinin  ayrılmaz  hissəsidir.  O  deyirdi: 

“Bu  əlaqələrin  hər  biri  mənəvi  kamillik  üçün 

imkan yarada bilər ”.

Sürətlə  inkişaf  edən  Nyu  York  Universiteti 

İslam Mərkəzinin başçısı kimi Lətif fond yarat-

1 Orduda və polisdə dini rəhbər. red. 

maq  niyyətindədir.  O  ümid  edir  ki,  bu  fond 

sayəsində  tamştatlı  heyət  işə  götürəcək  və  üç 

ildən  beş  ilə  qədər    çalışacaq  aparıcı  alimlər 

təyin edə bilər. 

Bununla  yanaşı,  Lətif  gənc  və  müxtəlif 

dindarların  mənəvi  lideri  olduğunu  heç  vaxt 

unutmur.  Əksəriyyəti  tələbə  olan  gənclər  ha-

radasa  problemlərlə  üzləşdikdə  öz  mənəvi 

yollarını  müsəlmanlar  olaraq  tapmağa  çalı-

şırlar. 

2007-ci ildə o, Nyu York Polis Departamentinə 

ikinci  kapellan  təyin  edilmişdir.  Katolik,  prot-

estant və yəhudi din xadimləri ilə birgə xidmət 

edən  Lətif  dəfələrlə  xəstəxanalarda  yaralı 

qeyri-müsəlman zabitlərə və onların ailələrinə 

dəstək olaraq baş çəkmişdir. 

Nyu  Cersi  ştatının  Edison  şəhərində 

böyümüş  Lətifin  valideynləri  Pakistanda 

doğulmuşlar.  O,  məktəbdə  oxuyan  azsaylı  mü-

səlman şagirdlərdən biri idi. Lakin seçdiyi həyat 

yolu  onu  tələbə  məclisinin  prezidenti,  futbol 

və  qısa  məsafəyə  estafet  qaçışı  komandasının 

kapitanı olarkən daha geniş liderlik mövqeləri 

axtarmağa sövq etdi. 

Dinə maraq

Lətif  Nyu  York  Universitetində  Yaxın  Şərq  və 

İslami elmlər üzrə təhsil almışdır. Dünyanın etnik və 

dini baxımdan ən çox rəngarəngliyə malik olan met-

ropolitan  hissəsində  Lətif  amerikalı  müsəlman  rolu 

və dini haqqında axtarışlarını davam etdirməklə  öz 

yolunu tapdı.

O,  İslamda  da  qeyri-adi  dərəcədə  müxtəliflik 

olduğunu anlamağa başladı. “Mən birinci il tələbəsi 

olarkən, kosasaqqallı və əlində sörfinq lövhəsi olan 

bir  indoneziyalı  ilə  görüşdüm.  Bu,  mənim  üçün  ye-

“Mən  buranı  sevirəm.  İdeyalarımı  açıqlamağa  və 

onları  istədiyim  kimi  ifadə  etməyə  imkan  olan  aka-

demik mühitdə yaşamağı xoşlayıram”.


34

nilik  idi.  Mən  İslamı  qəbul  etmiş  Afrika  mənşəli 

amerikalılar,  afrikalılar  və  onların  övladları  ilə  də 

rastlaşdım”.

Universitetdə  təhsil  aldığı  illərdə  Lətif  dərs-

lərindən  əlavə,  İslamı  öyrənməyə  də  davam  edirdi 

və  onu  ilk  dəfə  18  yaşında  xütbə  söyləməyə  razı 

saldılar. Lətif deyirdi: “Hər bir iş öz qaydası ilə gedir-

di və məndən müntəzəm bu cür çıxışlar etməyi xahiş 

edirdilər”.

2005-ci  ildə  Nyu  York  Universitetini  bitirdikdən 

sonra  Lətif  Konnektikutdakı  bütün  dinlərə  bərabər 

yer verilən Hartford Seminariyasında ölkənin qəbul 

etdiyi bu tipli yeganə proqram olan İslam Kapellanlığı 

Proqramına daxil oldu. 

Təxminən  həmin  vaxtlarda,  Lətif  Nyu  York  Uni-

versiteti  İslam  Mərkəzinin  ilk  kapellanı  kimi  könul-

lü  olaraq  çalışırdı.  O  həm  də  “İbrahimin  baxışı” 

(Abraham`s  Vision)  adlı  müsəlman-yəhudi  dini  təş-

kilatında  ziddiyyətlərin  həllinə  dair  gənclər  üçün 

keçirilən kursların həmmühazirəçisi idi. 

2006-ci  ildə  Lətif  Nyu  Cersidəki  Prinston  Uni-

versitetinin  ilk  müsəlman  kapellanı  kimi  yarımştat 

işə  qəbul  olundu.  Tezliklə  o,  Prinston  və  Nyu  York 

universitetləri arasında əlaqə yaratdı. Hər iki univer-

sitet  ona  daimi  işlər  təklif  etdi.  Lətif  isə  Nyu  York 

Universitetinin  İslam  Mərkəzinin  direktoru  kimi 

fəaliyyət göstərmək təklifini qəbul etdi. 

Universitet kapellanı

Bir  çox  cəhətlərinə  görə,  Lətif  müsəlman  tələ-

bələrin  sayının  artdığı,  onların  saysız-hesabsız  bey-

nəlxalq tələbələrlə birgə təhsil aldığı və kampuslar-

da  müsəlman  kapellanlara  tələbatın  böyük  olduğu 

bir dövrdə bu sahənin pioneri oldu. 

Lətifin  ən  böyük  uğurlarından  biri  onun  cümə 

namazındakı  iyirmi  dəqiqəlik  xütbəsi  idi.  Dostu  bu 

xütbənin  yazılıb  İslam  Mərkəzinin  İnternet  səhi-

fəsinə göndərilməsini təklif etdi.   

Çıxışa reaksiya gözlənildiyindən daha güclü oldu. 

Bu  İnternet  səhifəsini  ayda  orta  hesabla  15  min 

nəfər izləyir. Onun 40-50 müxtəlif ölkədən, xüsusilə 

İndoneziya  və  Malayziyadan  dinləyiciləri  var.  O, 

avropalı məktəb  müəllimlərindən və izləyicilərindən 

də təşəkkür ismarıcları alır.  

Lətif bugünkü çoxmədəniyyətli dünyada özünün 

Yuxarıda: “Nyusvik”  jurnalının üz qabığında müxtəlif 

həyat tərzinə mənsub Amerika müsəlmanlarının fo-

tosu verilmişdir. Xalid Lətif başında təsək və əynində 

polis forması mərkəzdə solda dayanmışdır. 


35

Kinorejissor

Lena 

Xan


 

Qızmar  avqust 

günündə  Los  An-

celesdə  Lena  Xan 

“Pilot  və  cəsəd” 

(The  Aviator  and 



the  Departed)  kimi 

böyük  Hollivud  kinolarını  səhnə  avadanlıqları  ilə 

təchiz edən şirkətin qrim-təchizat otağının rəflərini 

diqqətlə  nəzərdən  keçirir.  Bu  rəflər  yalançı  insan 

bədənlərindən  tutmuş,  bürünc  Tay  buddalarına 

dinlərarası xidmətini bir kapellan olaraq, vəzifəsinin 

əsas  hissəsi  kimi  qiymətləndirir.  Lətif  deyir:  “Bu  iş 

bəzi vaxtlarda çox yorucu olur və həm vaxt, həm də 

gərgin iş tələb edir”. 

O, İslam Mərkəzi və Nyu York Universiteti Yəhudi 

Bronfman  Mərkəzinin  üzvləri  ilə  Nyu  Orleansa 

“Katrina”  qasırğasından  zərərçəkmişlərə  köməyə 

getdiklərini qeyd edir. 

Lətif  deyir  ki,  müəyyən  müddət  bir  yerdə 

yaşayıb-işlədikdən sonra onlar bir-birinə inamsızlığı 

aradan qaldırdılar və hamı başa düşdü ki, tələbələri 

dinlərinə  və  mənşələrinə  görə  “başqaları”  deyə 

adlandırmaq olmaz.

O əlavə edir: “Bu, real, təsirli dəyişiklikdir və bu 

dəyişiklik cəmiyyətə daxil ola bilər”. 

qədər  filmi  ecazkar  edən  müxtəlif  xırda  detallar, 

tərtibatlar,  maraqlı  əşyalarla  doludur.  Yaşılaçalan 

yaylıqla  başını  bağlamış  və  sadə,  ağımsov  jaket 

geyinmiş  Xan  iki  fut  uzunluğunda  ninja  qılıncını 

qınından  çıxarır  və  onu  ürkək  baxışlarla,  bənizi 

qaçmış halda seyr edərək: “Bu yarayar”, – deyir. 

O,  gəncdir,  qadındır,  müsəlmandır,  hindistanlı-

amerikalıdır.  Film  institutunun  məzunu,  24  yaşlı 

Lena Xanda kinorejissorlara xas cəhətlər olmasa da, 

ssenarilər  yazır,  qısametrajlı  filmlər  çəkir,  musiqili 

videofilmlərə rejissorluq edir, “Crave” adlı restorana 

reklam çarxları hazırlayır (Reklamların birində ninja 

fırlanan samosanı

1

  tullayır).



Xan  “Bassem  çalışır”  (Bassem  is  Trying)  adlı 

bir  dəqiqəlik  qısametrajlı  yumoristik  filminə  görə 

beş  min  dollar  məbləğində  mükafat  qazanmışdı. 

Bu  filmdə  mühitə  uyğunlaşmağa  çalışan  müsəlman 

amerikalının  maşınındakı  radioda  uca  səslə  hip-

hop  musiqisinə  qulaq  asması  nümayiş  etdirilir. 

Onun  müsəlman  ölkəsindən  olan  Kərim  Salamanın 

eyniadlı  musiqisi  əsasında  hazırladığı  üç  dəqiqəlik 

“Cənnət  adlanan  məkan”  filmi  “Bir  millət”  adlı 

müsəlman  himayədarların  maliyyələşdirdiyi  film 

müsabiqəsində  20  min  dollar  məbləğində  mükafat 

almışdı. Xan müxtəlif mənşəyə mənsub olan onlarla 

kişi və qadını dünyanın onları müsəlman amerikalılar 

kimi tanımasını istədiklərini ifadə edən əl ilə yazılmış 

plakatları  tutduqları  səhnəni  qurmuşdu.  Oradakı 

ifadələr  olduqca  müxtəlifdir.  Məsələn,  orada  “Mən 

də  “Victoria’s  Secret”dən  alış-veriş  edirəm”  kimi 

şıltaq ifadə ilə yanaşı, “Mənim bacım 11 sentyabrda 

həlak olub” kimi son dərəcə ciddi ifadə də var.

2007-ci  ildə  “Bir  millət”  müsabiqəsinin  münsif-

lərindən  biri,  keçmiş  peşəkar  basketbolçu  Kərim 

1

 



Hind mətbəxinə aid tərkibində ədviyyalı tərəvəz və ya ət olan

yağda qızardılmış üçkünc piroq. red.



36

Əbdül-Cabbar “Cənnət adlanan məkan”a “gözəl kino 

dili” olduğuna görə yüksək qiymət vermişdir. Jurnal-

ist Marian Pirl (Mariane Pearl) isə filmin “müsəlman 

əhalinin  və  bizim  hamımızın  canlı  duyğularımızı  

yumorla  ifadə  etdiyini  və  tamaşaçıya  rahatlıq 

gətirdiyini” bildirmişdi.

Xan  deyir  ki,  “Cənnət  adlanan  məkan”  filminin 

çəkilməsi çox böyük hadisə idi. Layihə belə bir sual-

dan başladı: “Əgər sən dünyada müsəlman olmayan 

hər kəsə nəsə deyə bilsəydin, nə deyərdin?”

O  deyir:  “Mən  e-məktublar  göndərdim,  məs-

cidlərə getdim, ağlıma gələn bütün əsas müsəlman 

İnternet xidmətlərindən istifadə etdim”.

Xanın  ilk  aldığı  cavab:  “İslam  mənə  intihar 

düşüncəsini qadağan edir”, – olmuşdu. Xan deyirdi: 

“Mən  onda  bildim  ki,  bu,  mənim  çəkmək  istədiyim 

filmdir.  Bu  barədə  heç  nə  düşünməmişdim.  Mən 

müsəlman  nümayəndələrə  rejissorluq  edirəm,  

amma  düşünmürəm  ki,  onların  hər  birinin  əvəzinə 

danışa bilirəm.  Beləliklə, bu, mənim üçün ilk ipucu 

oldu. Mən 2500 cavab aldım, onları toplayıb ixtisar 

etdim və film çəkdim”.

Film hazır olandan sonra Xan yüzlərlə e-məktub 

aldı.  İnsanlar  filmin  onları  ağlatdığını,  onları  ailə 

üzvləri  ilə  İslam  haqqında  müzakirələr  aparmağa 

həvəsləndirdiyini,  yaxud  stereotiplərin  yaratdığı 

divarları dağıtdığını yazırdılar.   

Bu  videofilm  peşəkar  qapıları  Xanın  üzünə 

açdı.  O,  sənədli  filmlər  rejissoru  Morqan  Spurlokla 

(Morgan Spurlock) görüşdü. Hollivudda nahar vaxtı 

Müsəlman  İctimai  İşləri  üzrə  Şuranın  sədri  onu 

baxımlı filmlərin rejissoru kimi tanıdığını bildirdi. 

Los  Anceles  Kaliforniya  Universiteti  film  mək-

təbinin məzunu Xan deyirdi: “Əgər mən müsabiqəyə 

Yuxarıda:  “Bassem  çalışır”  filmindən  kadr.  Aşağıda: 

“Cənnət  adlanan  məkan”  filmindən  üç  kadr.  Qarşı 

səhifədə: “Bassem çalışır” filmi çəkilərkən.



37

qoşulmasaydım, elə yerimdəcə sayacaqdım”.

Xan  filmlə  sosial-fəaliyyət  forması  kimi 

maraqlanmış. və onu həyatı üçün əhəmiyyətli hesab 

etmişdi.  Ailə  qurmağa  hazırlaşdığına  görə  hər  kəs 

onun brilyant qaşlı nişan üzüyü alacağını gözləyirdi. 

Xan deyir: “Mən brilyantdan – qanlı brilyantdan olan 

heç  nəyi  istəmirəm.  Onlar,  həqiqətən,  zərərlidir. 

Valideynlərim mənə: “Sən niyə belə acizsən? Tez get, 

brilyant al, burada nə böyük iş var ki?” – deyirdilər. 

Lakin  mən  bunu,  böyük  iş  hesab  edirəm.  Bu,  sənə 

məxsus  olanları  başqalarına  qurban  etməyə  hazır 

olduğunun yoxlanılması üçün bir sınaqdır”. Brilyantın 

əvəzinə isə Xan böyük mussanit qaşlı üzük seçdi. 

O,  çəkilişlərdə  olarkən  təbii  şəraitdə  böyümüş 

toyuqlardan hazırlanan yeməklərin verilməsini təkid 

edir. “Qardaşım həmişə mənə gülür və məni Amerika 

televiziyasında nümayiş etdirilən “Simpsonlar ailəsi” 

cizgi  film  seriyalındakı  zəif,  ağıllı  qız  Liza  Simpsona 

bənzədərək “Liza Simpson” adlandırır”.

Xan  Los  Anceles  Kaliforniya  Universitetində  si-

yasi  elmlər  və  tarix  üzrə  magistr  dərəcəsi  alanda 

müşahidə etmişdi ki, Ruanda və Darfurdda törədilmiş 

genosidlər tələbələrin diqqətini bu mövzuda çəkilmiş 

filmi  və  ya  aktyorların  hadisəni  canlandırmasını 

görəndən  sonra  cəlb  etmişdir.  O,  “Mühasirə”  və 

“Quzğunun enişi” kimi Hollivud filmlərində dəstəmaz 

və  azanın  terrorizmlə  əlaqələndirildiyi  təsvirlərə 

baxmaqdan da yorulmuşdu.

“Bunlar  məni  narahat  edirdi.  Odur  ki,  bütün 

bunlardan  şikayət  etmək  əvəzinə  bu  sahənin  içinə 

girib  nə  isə  bir  iş  görmək  qərarına  gəldim.  Filmlər 

hadisəni  danışmağın  ən  yaxşı  vasitəsi  olduğundan 

mən sosial məsələlərə dair filmlər çəkmək istədim. 

Bu  halda  insanlar  həqiqətən  başqalarını  dinləyirlər 

və  həmin  hadisələrin  içərisində  olanlara  daha  da 

yaxınlaşırlar”, – Xan deyirdi.  O, film sahəsində ma-

gistr  dərəcəsi  almaq  üçün  Los  Anceles  Kaliforniya 

Universitetinə getdi.

Qrim-təchizat  otağına  qayıdaq.  Xan  ninja  ul-

duzları  olan  qutunun  içində  nə  isə  axtarır.  Lazım 

olan əşyaları tapandan sonra o, tozlu, qırmızı “Toy-

ota Prius”na atılır və Hollivud təpələrini keçib Qərb 

İstehsalı  Şirkətinə  ninjalar  üçün  maska  və  kostyum 

axtarmağa gedir. 

Ticari  xarakterli  ninja  filmindən  başqa,  Xanın 

gələcək layihələrinə prezident seçkiləri ilə əlaqədar 

ticari əhəmiyyət daşıyan bir sıra filmlər və Salamanın 

klipi də daxildir. 

Onun  hazırda  çəkdiyi  40  dəqiqəlik  şəxsi  filminə 

gəldikdə isə o yalnız bunu dedi: “Onlar nə isə böyük 

və  populyar  bir  film  gözləyirlər.  Ona  gorə  də  mən 

bu  işdə  bir  qədər  gərginlik  keçirirəm”.  Artıq  onun 

əfsunlayıcı bir film olması Xandan asılıdır.

Lena  Xanın  “Bassem  çalışır”  və  “Cənnət  adlanan 

məkan” filmlərinə 

YouTube.com

-da baxa bilərsiniz. 



38

İş Adamı Musa 

Şeyb

Belə  bir  mənzərə 



kinolarda ola bilər. 

İ m m i q r a n t l a r ı n 

oğlu  olan  bu  gənc 

yaxşı 


təhsil 

alır, 


s a y ı l ı b - s e ç i l ə n 

hüquq  fakültəsinə 

daxil 

olur 


və 

aparıcı  hüquq  firmalarından  birində  işləməyə 

başlayır.  Bir  gün  o,  anasının  uzun  müddət 

aşbaz işlədiyi restorana gəlir və öz əlcəklərini 

çıxararaq:    “Ana,  gedək  evə,  sən  bir  daha  bu-

rada işləməyəcəksən”, – deyir. 

Lakin  bu,  film  deyil.  Bu,  hazırda  girovlara 

görə  minlərlə  insanı  evlərini  itirmək  təhlükə-

sindən xilas etmiş bir şirkətin başçısı, 28 yaşlı 

Musa Şeybin hekayəsinin bir hissəsidir. 

O  deyir:  “Əsas  iş  insanlara  evlərində  qal-

maqda kömək etməyi bacarmaqdır. Bu, mənim 

üçün ən həssas məsələdir ”. 

Təhsil və iş

Şeyb  Livanın  paytaxtı  Beyrutda  doğulmuşdur. 

Müharibə  dövrünün  sarsıntıları  və  uşaqlıq  illərinin 

qəribəlikləri  onun  erkən  xatirələridir.  Şeyb  son-

ralar  hüquq  fakültəsinə  sənədlərini  verməsini 

xatırlayaraq  yazırdı:  “Bu  təcrübələr…  məndə  biliyin 

izinə düşməyə və ədalətə sonsuz sevgi yaratdi”. 

Onun  altı  nəfərdən  ibarət  ailəsi  Birləşmiş 

Ştatlara  köçəndə  Şeybin  7  yaşı  var  idi.  Ailə  əvvəlcə 

Ohayonun  Toledo  şəhərində,  sonra  isə  Miçiqanın 

Dearborn şəhərində yaşamışdır. Atası iflicin ən ağır 

formasından  əzab  çəkərkən,  Şeybin  anası  restoran-

da bütün günü aşpaz işləməyə başladı.

“Anam  heç  vaxt  şikayətlənməzdi.  “Atan  bunu 

edə  bilməz,  mən  özüm  işləyəcəyəm”,  –  deyər  və 

çox cüzi maaşa bu ağır işi görərdi”, – Şeyb deyir. O, 

bizə diqqətimizi yalnız təhsilimizə yönəltməyimizi və 

“həyatımızın bu anında sizin təhsilinizə pul ödəmək 

imkanım olmadığına” görə təqaüd qazanmağa əmin 

olmağımızı deyirdi. 

Şeyb  Miçiqandakı  Albion  Kollecini  müvəffə-

qiyyətlə  bitirdi.  O,  burada  Müsəlman  Tələbələr 

Assosiasiyasını  qurmuşdu.  Sonra  o,  Nyu  Yorkdakı 

Müsəlman  Hüquq  Tələbələri  Assosiasiyasının 

İdarə  Heyətinin  üzvü  olduğu  Kolumbiya  Hüquq 

Məktəbində təhsil aldı. 

Şeybin  işdə  və  təhsildəki  amansız  sıxıntılardan 

xilası  yalnız  idmanda,  xüsusilə  amerikan  futbolun-

da  idi.  “Mən  meydançada  əvvəllər  yaradılan  dil, 

kasıblıq və irqçilik kimi maneələri aşdım”.

Hüquq aləmi

Şeyb  üçün  hüquq  fakültəsi  bir  dönüş  oldu. 

“Hüquq fakültəsi ilə böyük şəhərin birləşməsi mənim 

üçün  ciddi  bir  dəyişiklik  idi.  Kolumbiya  indiyədək 

olduğum şəhərlərin içində ən rəqabətli mühiti olan 

bir şəhər idi”, – o deyir. 

Lakin  Şeyb  mətanətlə  dözdü  və  uğur  qazandı. 

2004-cü  ildə  Ərəb  Amerika  İnstitutu  onu  ictimai 

xidmətinə  görə  mükafatlandırdı.  O,  Nyu  York  Ali 

Məhkəməsi ədliyyəsində katib kimi xidmət etdi.

2005-ci ildə Şeyb Nyu Yorkun nüfuzlu “Proskayer 



39

Rouz”  (Proskauer  Rose  LLP)  Məhdud  Məsuliyyətli 

Tərəfdaşlıq  (MMT)  hüquq  firmasında  işləməyə 

başladı. Hətta o, korporativ dünyanın onun gələcək 

uzunmüddətli karyerasını təmsil etmədiyini bilsə də, 

burada topladığı biznes və hüquq məsələlərinə dair 

təcrübə və biliklərini yüksək qiymətləndirdi.

“Məni “Proskayer Rouz” MMT-yə gətirən mühüm 

faktorlardan biri onun dünya səviyyəsində tanınmış 

ən böyük yəhudi hüquq şirkəti olmasıdır. Məqsədim 

müxtəlif  icmalarımız  arasında  körpü  qurmaqdır”,  –

Şeyb deyirdi.

Evləri qorumaq

2005-ci  ilin  oktyabrında  hüquq  fakültəsini  başa 

vurduqdan sonra Şeyb coxdan bəri gözlənilən günün 

gəlib  çatdığına  qərar  verdi.  O,  anasının  uzun  illər 

işlədiyi  restorana  gedib  onu  xeyirli  səbəb  üzündən 

işdən çıxacağı ilə muştuluqladı. 

O  deyirdi:  “Valideynlərimiz  bizim  üçün  çox  şeyi 

qurban veriblər. Onlar Livandaki yaxşı həyatlarından 

bizə  –  uşaqlarına  görə  imtina  etdilər.  İstəyirəm  ki, 

valideynlərim  əziyyətlərinin  hədər  getmədiklərinə 

əmin olsunlar”. 

2006-cı  ildə  Şeyb  öz  işinə  başlamaq,  LoanMod.

com-u  qurmaq  üçün  düşünmədən  doğma  Dearbor-

na  qayıtdı.  LoanMod  mənzil  ipotekası  götürənlərlə 

banklar,  yaxud  ipoteka  verən  qurumlar  arasında 

dönə-dönə  danışıqlar  apararaq,  onların  problemini 

heç birinin ziyan çəkməməsi əsasında həll edir.  

İpoteka kreditinin verilməsində uğurlu dəyişiklik-

lər  etməklə  –  sadəcə,  faizi  cüzi  azaltmaqla  ailə  öz 

evində qalır və bank girov mülkə nəzarət üçün böyük 

məbləğdə vəsait xərcləməkdən canını qurtarır. 

Şeyb  inanır  ki,  onun  şirkəti  ölkədə  bu  tipli  ilk 

qurumdur.  “Biz  bu  işdə  birinciyik.  İlk  olaraq  öz 

əmimə, sonra dostlara yardım etdim və anladım ki, 

bizim çox dayanıqlı iş modelimiz var”, – o deyir.

Şirkət ailələrə öz evlərini qorumağa imkan verən 

və  bankları  isə  yüksəkməbləğli  girov  xərclərindən 

çəkindirən  beş  mindən  artıq  uğurlu  danışıq  aparıb. 

2009-cu  ilin  sonuna  qədər  şirkətin  20  min  kredit 

dəyişikliyi etməsi gözlənilir. 

Gələcəyə baxış

Şeyb xidmətdəki tələbin artımına görə işçilərinin 

sayını yüz nəfərdən çox etməyi planlaşdırır. Hökümət 

kredit və ipoteka xidməti göstərənləri məcbur edir ki, 

insanları girovlardan qurtarmaq üçün öz qaydalarını 

dəyişsinlər.  Loanmod.com  19  min  notarial  ofislə 

şəbəkələnərək əlli ştatda çox yaxşı fəaliyyət göstərir. 

“Bizim  vəkillər  ev  sahiblərini  kredit  proseslərini 

keçməkdə  təlimatlandıracaqlar.  Notariuslarımız  isə 

onlara sənədləşmə işlərini elə mətbəx stolu üstündə 

həll etməkdə kömək edəcəklər” – Şeyb deyirdi.

“Həyatları  üçün  çox  böyük  maddi  əhəmiyyəti 

olan  şeyləri  qorumaqda  insanlara  kömək  ən  böyük 

mükafatdır.  Sən  bir  evi  qoruyanda,  bir  qonşuya, 

Yuxarıda:  Musa  Şeyb,  ortada,  hüquq  fakültəsinin  

məzunluq mərasimini ailə üzviləri ilə qeyd edərkən.



40

Modelyerlər

Nila 

Haşmi 


və 

Fatimə 


Monkuş

Nila  Haşmi  23,  Fati-

mə  Monkuş  isə  25  ya-

şındadırlar.  Bir  çox  oxşarlıqları  ilə  onlar 

bənzərsiz  qadınlardırlar.  Onlar  Konnektikut 

ştatının  paytaxtı  Hartfordda  yaxın  rəfiqələr 

kimi  böyümüşlər.  Hər  ikisinin  atası  Cənubi 

Asiyadan  olan  müsəlmanlar,  anaları  isə  İslamı 

qəbul etmiş amerikalıdırlar. 

İndi  isə  ikisi  də  müsəlman  qadınların  həm 

sadə, həm də dəblə geyim tərzinə uyğun gözəl 

paltarlar hazırlayır. 

Onlar  “Həvva  Xurşid”  adlı  yeni  geyim 

ticarət  markası  yaratmaq  niyyətindədirlər. 

Dizaynerlərin  düşüncələrində  xüsusi  bir  bazar 

olsa  da,  onlar  potensial  müştərilərin  əsas 

bazasını əldə edəcəklərinə inanırlar.

“Bizim  geyimlər  yalnız  müsəlman  qadınlar 

üçün  nəzərdə    tutulsa  da,  hər  bir  qadın 

onlarda  çox  gözəl  görünəcək,”  –  Haşmi  deyir. 

O, yeni geyim ticarət markasını “25-34 yaşları 

arasında  işləyən  və  fəal  həyat  tərzi  keçirən 

qadınlar  üçün  amerikan  geyimi”  kimi  təsvir 

cəmiyyətə və bütünlükdə ölkəyə kömək etmiş olur-

san”, – o əlavə etdi.

Şeybin  öz  evində  də  böyük  dəyişikliklər  olmuş-

dur: Qızı Sofiya Cun (Sophia June) 2008-ci ildə dün-

yaya  gəlmişdir.  Şeybin  yarılivanlı,  yarıamerikalı 

hindu olan xanımı Nataliya da onun kimi, Dearborn 

yaxınlığında boya-başa çatıb.

“Xoşbəxtəm... və heç şübhəm yoxdur ki, bəxtim 

gətirib. Özüm üçün aydınlaşdırdım ki, nə qədər çox 

çalışsam, o qədər də xoşbəxt oluram”, – Şeyb deyir-

di.


Yuxarıda:  Musa  Şeyb  xanımı  Nataliya  və  qızı  Sofiya 

Cun  ilə birlikdə ailə portretində.



41

edir.


Geyimlə bağlı çətinliklər

Haşmi  və  Monkuş  ilk  dəfə  geyim  dizaynı  ilə 

yeniyetmə  yaşlarından  maraqlanmışdılar.  Yayı  Kon-

nektikutda  keçirsələr  də,  1995-ci  ildə  –  Haşminin  10 

yaşı  olanda  ailəsi  Pakistana  köçmüşdü.  (11  Sentyabr 

2001-ci il terror hücumlarından sonra ailə daimi olaraq 

Birləşmiş Ştatlara geri döndü.)

“Biz  geriyə  qayıdan  yay  mən  13  yaşındaydım. 

Sanki nəhəng mədəniyyət sarsıntısı ilə üzləşmişdim. 

Gördüm  ki,  Pakistan  və  Amerika  gəncliyinin 

mədəniyyəti  necə  fərqlənir.  Valideynlərim  daha 

sadə  paltarlar  geyinməyimi  istəyirdilər,  çünki 

mən  böyüyürdüm.  Mən  başqa  uşaqlar  kimi  gözəl 

geyinmək  istəyirdim,  amma  oradakı  dükanlarda  

mənə uyğun heç nə yox idi”, – Haşmi deyir. 

Monkuşun  da  təəssüratları  buna  oxşardır.  “Mə-

nim  geyimim  üçün    hazır  paltar  tapmaq  çox  çətin 

idi”. Monkuş gülümsəyərək deyir ki, müsəlman qızlar 

sevdikləri stilə – üst-üstə paltar geyinməyə daha çox 

üstünlük verirdilər.

Hər ikisi – Haşmi və Monkuş tikməyi analarından 

öyrəniblər.  “Anam  mənə  geyim  nümunələrini 

izləməyi  və  eyni  zamanda  tamamilə  fərqli  geyimlər 

yaratmağı öyrətdi. Bu, tam mənim istədiyim bir şey 

idi.  16  yaşım  olanda  mən  öz  paltarlarımın  hamısını 

özüm tikməyə başladım. Bu, Nila ilə kursa getdiyimiz 

yay idi”, – Monkuş deyirdi.

Rahatlıq və geyim

Qadınların  hər  ikisi  uyğun  paltarlar  üçün 

öz  fərziyyələrindən  istifadə  edirlər.  “Mən  çox 

mühafizəkar  bir  ailədə  böyümüşəm.  Valideynlərim 

sadə geyim tərzinə üstünlük verirdilər. Tədricən məni 

rahat  edən  formanı  özüm  üçün  müəyyənləşdirdim. 

Mən qısa və ya dar olmayan qısaqollu geyinəcəyəm. 

Hər kəsin özü üçün rahatlıq ölçüsü var”, – Haşmi izah 

edirdi. 


Monkuşun  münasibətinə  görə,  “əsas  qayda-

lar  deyil,  onun  nəyi  doğru  hesab  etməsidir”.  “Mən 

isə  gəzməyə  çıxarkən  qolsuz,  dar  jilet  və  qısa  pal-

tar  geyinmirəm.  Bu,  mənim  üçün  rahat  deyil.  Mən 

başımı 14 yaşımdan bəri bağlayıram”, – o deyirdi.

Qarışıq ailədə böyümə

Nila Haşminin anası katolik kimi böyüyüb. Atası 

isə  1970-ci  illərdə  Pakistandan  Birləşmiş  Ştatlara 

gəlmiş  və  ABŞ  vətəndaşı  olmuşdur.  “Anam  ürək 

cərrahı olan atamla tanış olanda tibb bacısı ixtisası 

üzrə  təhsil  alırmış.  Anam  atamın  qayğıkeşliyinə  və 

səxavətinə  vurulmuş,  onun  dini  ilə  maraqlanmış  və 

qəbul etmişdir”, –  Haşmi deyir.

Haşmi  üç  bacısı  ilə  bərabər  bazar  günləri 

Hartforddakı İslam mədrəsəsinə gedir. 

Monkuşun  atası  Banqladeşdəndir.  O,  1971-ci 

ildə  Qərbi  Virciniyadakı  əmioğlusu  ilə  birlikdə  ya-

şamaq  üçün  Birləşmiş  Ştatlara  gəlib.  Monkuşun 

Sağda Fatimə Monkuşun “Elan” jurnalı üçün işlədiyi 

modellər


42

anası onunla dostuna baş çəkərkən tanış olub. O da 

evlənməmişdən iki il əvvəl İslamı qəbul edib.

Moda aləminə cığır

Məktəbi  bitirdikdən  sonra  Monkuş  Konnekti-

kut  Universitetində  və  Mərkəzi  Konnektikut  Dövlət 

Universitetində incəsənət üzrə ali təhsil aldı. Məzun 

olduqdan sonra o, Nyu York şəhərinə gəldi və həmin 

yay  Moda  Texnologiyaları  İnstitutunda  (Fashion  In-

stitute  of  Technology)  tələbə  olan  Haşmi  ilə  eyni 

mənzildə qaldı.

Moda  Texnologiyaları  İnstitutunda  bakalavr  

təhsilini  bitirdikdən  sonra  Haşmi  tanınmış  israilli 

dizayner  İlay  Taharinin  (Elie  Tahari)  yanında  qadın 

sviterlərinin  dizaynı  ilə  məşğul  olmağa  başladı. 

Monkuş  da  paltar  dizaynı 

sahəsində  çalışmışdı.  Əvvəlcə 

o, hip-hop stilində kişi geyimləri 

ilə məşğul olan 

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə