ine Scarf) romanında təsvir etmişdir. Bu kitablar,
xüsusilə də gənc müsəlman amerikalı qızlar arasında
çox rəğbətlə qarşılanmışdır.
Moca Kef İnternet səhifələrində gənc müsəlman
amerikalıların münasibətləri və seks haqqında açıq
məqalələr də yazır. O inanır ki, “Malkom İksin (Mal-
com X) tərcümeyi-halı” və Xalid Hüseyninin (Khaled
Hosseini) “Çərpələng uçurdan” (The Kite Runner)
kimi əsərləri müsəlman-amerikan ədəbiyyatında bir
janr kimi qəbul edilməlidir.
Texasda doğulmuş, burada böyümüş və hazırda
Hyustonda təcili yardımda həkim kimi fəaliyyət
göstərən Fədi Cəvdəhin (Fady Joudah) valideynləri
fələstinlidirlər. O, Sərhədsiz Həkimlər Təşkilatının
tərkibində Zambiya və Sudanın Darfur bölgəsində
qaçqın düşərgələrində də xidmət etmişdir. Fədi
Cəvdəh həm də gənc şairdir və “Yer kürəsi çardaq-
da” (The Earth in the Attic) toplusuna görə nüfuzlu
Gənc Şairlərin Ənənəvi Yeyl Şeir müsabiqəsinin qa-
libi olmuşdur.
Şair və tənqidçi Luis Qlük (Luiz Glück) Fədi
Cəvdəhın kitabının girişində yazır: “Bunların ək-
səriyyəti kiçik şeirlərdir. Lakin onların əzəmətli
cazibəsi inkarolunmazdır. Atalar və qardaşlar pey-
ğəmbərlərə, hipotezlər arzulara, mənzərənin adi
detalları rəmzlərə və işarələrə çevrilir. Kitab fərqli,
məntiqli və sərtdir. Onu bir kənara qoymaq, unut-
maq qeyri-mümkündür”.
11
sentyabr 2001-ci il hücumundan sonra
Amerika azadlığının imkan verdiyi
yeni, əsl Amerika İslamı meydana
gəlir. Tribuna Tədqiqat Mərkəzinin (Pew Research
Center) apardığı və digər sorğulara görə müsəlman
amerikalılar orta hesabla digər müsəlmanlardan
daha yaxşı təhsil almış, daha çox inkişaf etmişlər.
Bundan başqa, bu hücumu planlaşdıranlar və həyata
keçirənlər qeyri-amerikalıdırlar. Bu hadisələr digər
20
Bu səhifədə. Saat əqrəbi istiqamətində solda: Miçiqanda Halə Hazimi (Hala Hazimi) (ayaq üstə) bacısı Zeynəb
Qanimə (Zeinab Ghanem) riyaziyyat məsələsinin həllində kömək edərkən; Adnan Qasım (Adnan Kasseem) Nyu
Meksikada namaz qaydaları dərsində; Tələbələr səyahət zamanı Missisipi ştatının Cekson şəhərindəki Beynəlxalq
Müsəlman Mədəniyyəti Muzeyinə baş çəkərkən. Qarşı səhifədə. Saat əqrəbi istiqamətində yuxarıdan: Ali
məktəbin basketbolçuları Miçiqandakı oyuna hazırlaşarkən; Şimali Karolinada Ruhi Brelvi (solda) və Həbah
Sədaq (Hebah Sedak) basketbol paltarlarını oyun gününə hazırlayarkən; Leyla Alkalut (Laila Alkahlout) (öndə) və
Saşa Xaffəd (Sasha Khaffed) Floridada basketbol üzrə keçirilən milli gənclər turnirində mübarizə zamanı.
21
22
amerikalılar tərəfindən müsəlman amerikalılara
qarşı şübhə yaratdı. Nəticədə isə bu, onların
müəyyən dərəcədə təcrid olunmasına gətirib çıxardı.
Təəssüflər olsun ki, bu cür şübhələr həm Birləşmiş
Ştatlarda, həm də başqa ölkələrdə müharibə və
kənardan hücum qorxusu olduqda yaranır. Lakin
2008-ci il dəhşətli qorxunun və şübhələrin ən zirvədə
olduğu 2002-ci il deyil. Mahiyyət də çox mühümdür:
Birləşmiş Ştatlarda hər bir mühacir qrupu müəyyən
dərəcədə diskriminasiya və qəzəblə rastlaşmış, onun
öhdəsindən gəlmişdir.
Məsələn, “Nyu York Tayms”ın yazdığına görə,
bir neçə il əvvəl 11 sentyabrın nəticəsi olaraq,
dəhşətli qorxunun hökm sürdüyü bir zamanda –
biznes müəssisələri və məktəblərinin bağlandığı
vaxtda Nur Fatimə Nyu Yorkdakı Pakistan icmasında
yeni əldə etdiyi azadlığını qeyd edirdi. Fatimə
buraya gəlməzdən əvvəl yerli biznesmen Moe
Razvinin rəhbərliyi ilə “Kiçik Pakistan” yaradılmış,
onun köməyi ilə ingilis dili və kompüter kursları
başlanmış, icma mərkəzi açılmış, icma rəhbərləri
İnam
Foto
Qalereya
ilə federal rəhbərlik arasında görüşlər təşkil edilmiş,
münasibətlər yaxşılaşdırılmışdır.
“Tayms” (The Times) yazır: “Hər il Pakistanın
Müstəqillik Günü münasibətilə keçirilən nümayiş
Amerika bayraqları ilə bəzədilir. Bu, müsəlman mü-
hacir icmasının millətlər ətrafında görünən trans-
formasiyasıdır”.
Terror hücumunun yaratdığı gərginliyi aradan
qaldırmağın ən yaxşı yolu Birləşmiş Ştatlarda dinlə-
rarası dialoqların genişləndirilməsidir.
“Hər dəfə yerləşdiyin məkanı başqa mədəniyyətə
mənsub insanla bölüşəndə özün də bir şəxs kimi
formalaşırsan, hadisələrə başqa nöqteyi-nəzərdən
baxmağı öyrənirsən”.
23
Saat əqrəbi istiqamətində solda: Məhəmməd Ham-
mud (Mohamad Hammoud) Miçiqan ştatının
Dearborn şəhərindəki Amerika İslam Mərkəzinin
məscidində ibadət edir; Məryəm Motala (Mari-
am Motala) (sağda) Kaliforniyadakı Houton İslam
Mərkəzində (Islamic Center of Hawthorn) dua edir;
Nyu Cersi ştatının Brunsvik şəhərində (Brunswick)
balaca oğlan namaz qılanlara qoşulduğunu güman
edir; Ohayo ştatının Parma şəhərindəki Kleveland
İslam Mərkəzi (Islamic Center of Cleveland) 300-dən
artıq dindarın evidir.
24
Yuxarıda. Üstdə: Uşaqlar axşam namazında; qadınlar Kaliforniyada “Əl-Rəhman” (Masjid Al- Rahman) məscidində
namazda. Qarşı səhifədə. Yuxarıda: Müsəlmanlar Vaşinqton şəhərində Linkolnun abidəsi qarşısında ibadət
edərkən. Aşağıda: Kişilər Şimalı Amerika İslam Cəmiyyətinin (Islamic Society of North America) illik yığıncağında
– İllinoys ştatı, Çikaqo.
25
Bu sözlər Corctaun Universitetinin (George-
Dostları ilə paylaş: |