Müəllif Əbu Patel (Eboo Patel) İllinoys ştatının
Çikaqo (Illinois, Chicago) şəhərində fəaliyyət
göstərən Dinlərarası Gənclər Mərkəzinin icraedici
direktorudur. O, dinlərarası hərəkatın lideridir.
3
5
Y
er kürəsinin hər bir guşəsindən Amerikaya
mühacirlər gəlmişlər. İnsanlar müxtəlif ol-
salar da, onların buraya gəlmə səbəbləri
oxşardır: Bəziləri köhnə həyat tərzindən qurtulmaq,
digərləri yeni həyat tərzi tapmaq üçün. Bəziləri zülm-
dən, bəziləri isə adətlərin qandalından, kasıbçı-
lıqdan qurtulmaq və ya sadəcə, bəxtlərini sınamaq
məqsədilə gəliblər. Onların çox böyük hissəsi 19-cu
əsrdə Avropadan, 20-21-ci əsrlərdə isə Asiya, Afrika,
Yaxın Şərq, Mərkəzi və Cənubi Amerikadan gəlmişdir.
Mühacirlər buraya ümidlə üz tuturdular. Çox vaxt
onların ümidləri cüzi, ilkin təəssüratları isə qarışıq olur-
du. Bu yeni amerikalılar yerləşdikləri yerdə onların
işçi qüvvəsinə kəskin ehtiyac olduğunu görürdülər.
Lakin bəziləri – yeni gələnlərin adət və ənənələrinə
bələd olmayanlar, onlarla yad adamlar kimi davranır
və onların nə vaxtsa əsl amerikalı olacağına inan-
mırdılar. Onlar yanılırdılar. Azadlıqları, dinləri, zəh-
mətkeşlikləri ilə hər bir mühacir dəstəsi Amerika
cəmiyyətinə fərqli töhfələr verir, cəmiyyətimizi və
mədəniyyətimizi zənginləşdirir, həmişə dinamiklik,
inkişaf mənasını bildirən, bizi bir-birimizə bağlayan
bir sözü formalaşdırırlar: amerikalı. Bu gün bu həm
də amerikalı müsəlmanların hekayəsidir.
Abdül və Məcdə Əlsaadi (Abdul and Majda Alsaadi) Vol-Mart mağazasında. Dearborn, Miçiqan.
1
965-ci ildə immiqrasiya haqqında qəbul
olunmuş yeni qanun yeni amerikalıların mə-
lum axınında böyük dəyişikliklər yaratdı.
Artıq milli mənşəyə görə müəyyən olunmuş bölgü
kimlərin buraya gələ biləcəyini müəyyənləşdirmirdi.
Onun yerini ailə münasibətləri və iş bacarıqları üzrə
kateqoriyalar tutdu. Bu dəyişikliklə də Mühacirlərin
sayı artdı. Cənubi Asiya və Yaxın Şərqdən ilk nəzərə
çarpacaq dərəcədə böyük bir müsəlman qrupu
Birləşmiş Ştatlara daxil oldu. Onlar 19-cu əsrdə
gələn Amerika immiqrantlarından fərqlənirdilər.
Amma bugünkü yeni amerikalılar da Amerikanın so-
sial, iqtisadi və siyasi həyatında öz yerlərini tapmaq-
da köhnə immiqrantların problemləri ilə üzləşdilər.
İki bacıya – Asiya və İman Bondaiyə (Assia, Iman
Boundaoui) diqqət yetirin. Onların valideynləri
Əlcəzairdəndirlər və qızlar İllinoysda, Çikaqo yaxınlı-
ğında müsəlman amerikalılar kimi boya-başa çat-
mışlar. Milli İctimai Radionun (National Public Ra-
dio (NPR)) verdiyi məlumata görə, Asiya və İman
həm uşaqlar üçün olan “Naykloden” (Nickelodeon),
həm də “Əl-Cəzirə” xəbərlər kanallarına baxaraq
böyümüşlər. Onlar yemək üçün bəzən “Kentukki
Tabakası” yeməkxanasını, bəzən isə sevimli falafel
1
restoranlarını seçirdilər.
1 Yaxın Şərqə aid lobyadan və ya digər paxlalı bitkilərdən
hazırlanmış ədviyyatlı yemək. red.
Gündəlik həyat
Foto
Qalereya
6
Üzbəüz səhifədə. Yuxarıda solda: Sədəf Butt (Sadaf
Butt) hicabını səliqəyə salarkən. Aşağıda solda: Kon-
qresin müsəlman üzvləri Vaşinqtonda Kapitolidə
fasilə vaxtı. Bu səhifədə. Yuxarıda: Dizayner Bruk
Səməd (Brook Samad) fabrik nümunələrini müqayisə
edərkən. Sağda: Təhqiq Abbasi (Tahqiq Abbasi)
özünün Nyu Cersidə – Yunion Sitidəki (Union City,
New Jersey) parça dükanında.
7
8
20 yaşlı Asiya Milli İctimai Radioya müsahibəsin-
də demişdir: “Amerikada deyə bilərik ki, biz, hər
şeydən əvvəl, müsəlmanıq. Mənə elə gəlir, bizi əsas
fərqləndirən də budur. Lakin başqa ölkədə, məsələn,
hər hansı bir müsəlman ölkəsində isə biz amerikalı
olduğumuzu deyə bilirik”.
Onların hekayəsi həm diqqətəlayiqdir, həm də o
qədər yox. Etnik və dini kombinasiyanın vəhdətindən
yaranmış bu yeni nəsil özünü daha çox amerikalı
hesab edir.
“Ateizmin qəbul edilməsi: Qərbə yollanan
müsəlmanların əhvalatları” əsərinin müəllifi, İran
mənşəli amerikalı Behzad Yağmaiyan (Behzad Yagh-
maian) müşahidələrinə əsasən demişdi: “Amerika
həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar üçün
həmişə ümidlər məkanı olmuşdur. Hələ də onların
buraya gəlməsinin səbəbi Amerikanın onlara öz
ölkələrində tapmadıqlarını təklif etməsidir”.
Müsəlman amerikalılar ailə ənənəsini davam
etdirirlər. Lakin onlar fərd olaraq, bir nəslə mənsub
ölkəyə deyil, hər kəsə azadlıq, imkanlar və bərabər
hüquqlar ideyası üzərində qurulmuş bir ölkəyə
müqayisəedilməz dərəcədə böyük töhfələr verirlər.
Tarixçi Hasia Dinər (Hasia Diner) yazır: “Birləşmiş
Ştatların tarixi boyunca hər bir əsrdə dünyanın
müxtəlif guşələrindən qadınlar və kişilər Amerika
təcrübəsinə meyil ediblər. Onlar həmin dövrdə
Amerikaya yad olan əcnəbilər, dil, mədəniyyət və
din təmsilçiləri kimi daxil olurdular. Zaman keçdikcə
Birləşmiş Ştatların mədəniyyəti haqqında ideyalar
da dəyişdi, mühacirlər və onların törəmələri
etnik icmalarını qurmaqla yanaşı, eyni zamanda
Amerikanın ictimai həyatında yaxından iştirak
edərək, ölkəyə öz töhfələrini verirdilər”.
9
Saat əqrəbi istiqamətində solda: Abdi Məhəmməd
(Abdi Mohamed) Nebraskadakı (Omaha) baqqaliyyə
dükanında axşam namazını qılarkən; ailə İnternetdə
axtarış apararkən – Nyu York ştatı, Bruklin (New
York, Brooklyn); Süsən Fəzlullah (Susan Fadlallah)
Ramazanda iftar yeməyi hazırlayarkən. Mərkəzdə:
Qəssab Nəhmi Mənsur (Nehme Mansour) halal əti
ət maşınından keçirərkən – Miçiqan.
10
11
Saat əqrəbi istiqamətində solda: Doktor Maya Ham-
mud (Maya Hammoud) ərəbcə yazdığı tibbi qeydlər
kitabçasını əlində tutub; Nyu York şəhərinin illik “Ən
Yaxşı Küçə Yeməyi Satıcısı” mükafatının qalibi Samiul
Haqq Nurdur (Samiul Haque Noor); Məhəmməd Atvinin
(Mohamed Atwi) kartında Vol-Mart dükanının adı iki
dildə qeyd olunub.
M
üsəlman amerikalılar Amerika stan-
dartlarına görə hədsiz dərəcədə
müxtəlifdirlər.
Onlar
Amerikadakı
digər mühacir qruplardan kəskin fərqlənirlər. Belə
ki, müsəlman amerikalıları irqlərinə və millətlərinə
görə müəyyən etmək olmur. Bu baxımdan, on-
lar kökləri İspaniyadan, daha çox Latin Amerikası
ölkələrindən və Karib adalarından olan, ispan
mənşəli amerikalılara daha yaxındırlar.
Əgər biz Cənubi Asiya, Yaxın Şərq, Cənub-Şərqi
Asiya, Avropanın Balkan regionu, Afrika və az sayda,
lakin artmaqda olan ispan müsəlmanlarını da əhatə
etsək, müsəlman amerikalılar daha da müxtəlif ola
bilər.
Birləşmiş Ştatlarda əhalinin sayı insanların
dinlərinə görə müəyyən edilmədiyindən müsəlman
əhalinin sayı haqqında rəsmi məlumat yoxdur.
Təxmini hesablamalara görə, onların sayı 2 milyon-
dan 7 milyona qədərdir və ya daha çoxdur. Bunlar-
dan 34 faizi Pakistan, yaxud Cənubi Asiya mənşəli
müsəlmanlar və 26 faizi isə ərəblərdir.
Müsəlman amerikalıların 25 faizi isə yerli mü-
səlmanlar, əsasən də Afrika mənşəli amerikalılardır.
Bu da müxtəlif mənşəli müsəlman amerikalıların
tərkibcə daha da zənginləşməsinə gətirir. Başqa
sözlə, müsəlman amerikalıların tarixi haqqında
hekayə təkcə immiqrasiya və amerikalılaşmadan
ibarət deyil. Bu hekayə Amerika tarixində ən mühüm
mövzunun – irqi bərabərlik uğrunda mübarizənin bir
hissəsidir.
Ö
lkənin hər yerində – həm şəhər mərkəzlə-
rində, həm də şəhərdən kənar ərazilərdə
məscidlər, müsəlmanlara mənsub sosial
və mədəni qurumlar var. Birləşmiş Ştatların ilk İslam
tarixi muzeyi – Beynəlxalq Müsəlman Mədəniyyəti
Müzeyinə getmək istəyirsinizsə, Nyu York, yaxud
Vaşinqtona səyahət barəsində düşünməyin. Bu-
nun əvəzində, ərəb mənşəli amerikalıların sıx məs-
kunlaşdığı Missisipiyə (Mississippi) – Ceksona (Jack-
son); Miçiqana – Dearborna gedin. Cənubi Asiya və
Karyera
Foto
Qalereya
Afrikadan olan müsəlmanlar Nyu York – Nyu Cersi
ərazisində seçilən və inkişafda olan bir icma qurublar.
Böyük sayda somalililər Minneapolis və Minnesota
ştatının St.Paul şəhərində məskunlaşıblar. Cənubi
Kaliforniya ölkədə olan İran mənşəli amerikalıların
ən çox məskunlaşdığı yerdir.
Bununla belə, bu etnik icmalar heç də mono-
lit deyil. Dearbornda və digər yerlərdə yaşayan
ərəblərin çoxu müsəlman deyil, xristiandır. Los
Ancelesdə yaşayan iran mənşəli amerikalıların bir
hissəsi isə yəhudidirlər.
Müxtəliflik haqqında bu cür ümumi danışılma
vəziyyəti aydın təsəvvür etmək əvəzinə, daha çox
çaşqınlıq yaradır. Onların nümayəndələrinin təc-
rübələrini öyrənmək daha yaxşı olardı.
Afrika mənşəli amerikalı şairə Maya Ancelou
(Maya Angelou) deyir: “Biz bilməliyik ki, Ameri-
kada müxtəliflik xalça üzərindəki saysız-hesabsız
naxışlara bənzəyir. Biz başa düşməliyik ki, xalçanın
bütün ipləri rəngindən, naxışından asılı olmayaraq,
eyni dəyərə malikdir”.
Məsələn, çikaqolu İman Bondai bilir ki, azadlığı
sayəsində baş örtüyünü rahat bağlaya bilər. O,
Fransada – Parisdə ali məktəb səyahətində olarkən
özəl müsəlman məktəbində təhsil alan bir qrup
qızla görüşünü xatırlayaraq deyir ki, Fransa qa-
nununa görə dövlət məktəblərinə baş örtüyü ilə
gəlməyin qadağan edildiyini biləndə o və dostları
12
Saat əqrəbi istiqamətində solda: Milli Səhiyyə
İnstitutunun (National Institute of Health) keçmiş
direktoru Dr.İlyas A.Zərhuni (Dr. Elias A. Zerhouni)
təqdimat edərkən; komik aktyor Meysun Zayid
(Maysoon Zayid) uğurlu çıxışı zamanı; “Sakramento
Kinqs”in hücumçusu Şərif Əbdur-Rəhim (Shareef Ab-
dur-Rahim) rəqiblərini qabaqlayaraq topu atarkən;
Serjant Maqda Xəlifə (Magda Khalifa) ABŞ ordusuna
məxsus hərbi geyimdə.
Dostları ilə paylaş: |