Itabın üz qabığında şəkilləri verilmiş gənc qadınların hər ikisi müsəlmandır. Onlar



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix02.01.2022
ölçüsü8,49 Mb.
#1667
1   2   3   4   5   6   7   8   9   ...   26
Giriş

“Mən müsəlman ruhlu amerikalıyam”                             2



Fotooçerk

Amerikada həyat qurmaq                                                    4



Profillər

Gənc müsəlmanlar öz sözlərini deyirlər                          30



Mənbələr

Statistik  portret 

                                                           48

Yaxınlıqdakı məscidlər 

                                                52

Mühüm tarixi hadisələr                                                  56

Biblioqrafiya                                                                         60

Əlavə

Bilirdinizmi? Miniafişa 

       

AMERİKA 


MÜSƏLMANLARI


M

ən  Amerikanı 

x ə y a l l a r ı m d a 

olduqca  gözəl 

təsəvvür  etdiyimə  görə  de-

yil, onun mənə – Hindistan-

dan olan müsəlman övladına 

Amerikanın 

inkişafında    

iştirak  etməyə,  onun  çiçək-

lənməsi  yolunda  izlər  qoy-

mağa,  həyatında  nə  isə  bir  rol  oynamağa  im-

kan verdiyinə görə sevirəm. 

Amerikada ilk məskunlaşan avropalılar ailəsinə 

mənsub  Con  Vinsrop  (John  Winthrop)  bu  fik-

ri  dəstəkləyir.  Amerikanın  həyatındakı  rolu-

nu  həmvətənlərinə  göstərərkən,  Con  onların 

cəmiyyətinin  yüksəklikdə  yerləşən  və  bütün 

dünyaya  mayak  olacaq 

bir  şəhərə  bənzəyəcəyini 

deyirdi.  Bu  ümidin  kökü 

onun  xristian  olmasında 

idi.  Şübhəsiz  ki,  Con  öz 

şəhərini  mərkəzində  hün-

dür qülləli kilsəsi olan bir 

şəhər  kimi  təsəvvür  edir-

di.Çoxmillətli olmamışdan 

əvvəl  Amerika  əsrlər  boyu  son  dərəcə  dini  bir 

ölkə  olmuşdur.  Doğrudan  da,  biz  Qərbdə  di-

nə  ən  sədaqətli,  eləcə  də,  müxtəlif  dinlərə 

ən  çox  etiqad  edildiyi  bir  ölkəyik.  İndi 

yüksəklikdə  olan  şəhər  kilsəsinin  qülləsi  mü-

səlman  məscidlərinin  minarələri,  yəhudi  si-

naqoqlarının  ibrani  əlyazmaları,  buddist  san-

qaların zümzüməsi, hindu məbədləri ilə əhatə 

“Mən müsəlman ruhlu amerı̇kalıyam”

Əbu Patel

2



olunmuşdur.  Bu,  bir  faktdır  ki,  hazırda  Ameri-

kada  müsəlmanlar  amerikalıların  təsis  və  et-

iqad  etdiyi  Yepiskopal  kilsənin  üzvlərindən 

daha çoxdur. 

Yüz  il  bundan  əvvəl  Afrika  mənşəli  görkəmli 

Amerika  alimi  U.E.B.Du  Bois  (W.E.B.  Du  Bois

əsrin  əsas  probleminin  rəng  problemi  olacağı 

barədə  xəbərdarlıq  etmişdi.  21-ci  əsrdə  isə 

onun  yerini  dini  inancların  tutacağı  ehtimal 

olunurdu. Mənim ölkəmi – Amerikanı,  mənim 

dinimi – İslamı və Allahın himayəsində yaşayan 

bütün  insanları  narahat  edən  məsələ  bunlar 

ola  bilərdi:  Müxtəlif  dinə  mənsub  insanlar 

bir-biri  ilə  necə  ünsiyyət  quracaqlar?  Kilsə 

qülləsi,  minarə,  sinaqoq,  məbəd  və  sanqalar 

yüksəklikdə  yerləşən  yeni  şəhərdə  bölüşməyi 

öyrənə biləcəklərmi?

Düşünürəm ki, dözümlülük və hörməti özündə 

toplayan  Amerika  ənənəsi  bu  məsələnin 

həllinə xüsusi bir töhfə verəcəkdir.   

Amerika  daha  çox  başqa  yerlərdən  olan 

insanların  böyük  bir  toplusudur.  Bu  insanlara 

özlərinə  məxsus  dəyərlər  əsasında  Ameri-

ka  ənənəsinə  töhfə  verməyə  və  Amerika 

musiqisinə  yeni  notlar  əlavə  etməyə  icazə 

verməsi Amerikanın böyüklüyüdür. 

Mən  müsəlman  ruhlu  amerikalıyam.  Mə-

nim  ruhum  qəhrəmanlıqlar,  hərəkatlar  və 

inkişaflardan  yoğrulub  və  Allahın  iradə-

sinə  tabedir.  Mənim  ruhum  Məhəmməd 

Peyğəmbərin  (s.)  təbliğ  etdiyi  İslamın  əsas 

təlimlərini  –  təzaqa  və  tövhidi  –  haqqı, 

rəhmdilliyi  və  Tək  Allahı  dinləyirdi.  Mənim 

ruhum  orta  əsrlərdə  Şərqdən  Qərbə  yayıldı, 

məscidlərdə dua etdi, dövrün böyük müsəlman 

şəhərləri  olan  Qahirə,  Bağdad  və  Kordovanın 

kitabxanalarında  təlim  aldı.  Mənim  ruhum 

Rumi  ilə  gəzib  dolaşdı,  İbn  Rüşdlə  Aristoteli 

oxudu, Nəsir Xosrovla Mərkəzi Asiyaya səyahət 

etdi.  Mənim  müsəlman  ruhum  müstəmləkə 

dövründə  haqqa,  ədalətə  can  atdı.  Mənim 

ruhum Əbdül-Qaffar Xan və Xudai Xidmatqars-

la  birgə  Hindistanın  azadlığı  uğrunda  yürüşə 

çıxdı.  Mənim  ruhum  çoxmillətli  Cənubi  Afri-

ka  uğrunda  mübarizədə  Fərid  İshaq,  İbrahim 

Musa,  Rahid  Ömər  və  Müsəlman  Gənclər 

Hərəkatı ilə birgə əzəmətlə durdu.

Bir tərəfdən, mən qədim müsəlman baxışlarımı 

plüralizmə  gətirirəm.  Digər  tərəfdən  isə  Ame-

rikanın  inkişafında  iştirak  edirəm.  Ürəyimdə 

bir  niyyətin  həyata  keçməsi  üçün  dua  edirəm: 

Fərqli dini icmalara məxsus insanların yaşadığı 

yüksəklikdə  yerləşən  bir  şəhərdə  insan-

lar  bir-birinə  hörmətlə  yanaşsın  və  ümümi 

məqsəd  naminə  bir  yerdə  çalışsınlar.  Müxtəlif 

millətlərin  birgə  yaşadığı  dünya  qardaşlıq  və 

ədalət  ruhunda  olsun.  Elə  bir  əsr  olsun  ki,  in-

sanlar  ümumi  məqsədlərinə  çatmaq  yolunda 

birlikdə addımlasınlar.


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin