Itabın üz qabığında şəkilləri verilmiş gənc qadınların hər ikisi müsəlmandır. Onlar



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix02.01.2022
ölçüsü8,49 Mb.
#1667
1   2   3   4   5   6   7   8   9   ...   26
“Biz bilməliyik ki, Amerikada müxtəliflik xalça üzərindəki saysız-

hesabsız naxışlara bənzəyir. Biz başa düşməliyik ki, xalçanın 

bütün ipləri rəngindən, naxışından asılı olmayaraq, eyni dəyərə 

malikdir”.

13

–Maya Ancelou–




Xidmət

Foto


Qalereya

14



Saat əqrəbi istiqamətində aşağıdan solda: Müsəlmanların 

könüllülüyə  dəstək  yürüşləri;  gənc  müsəlman  fəalları 

icmalarının problemlərini həll etmək üçün fikir mübadiləsi 

edərkən; Faruq Əbulzəhəb (Farooq Aboelzahab) məsciddə 

müxtəliflik haqqında çıxış edərkən; din xadimlərinin sülh 

və dözümlülüyü qeydetmə toplantısı; Sara  Əltantavi (Sara 

Eltantawi) mətbuat konfransında suallara cavab verərkən.

bir-birinə  baxmış  və:  “Allaha  şükür  ki,  biz  Amerika-

da yaşayırıq”, – demişdir. İman Bondai Milli İctimai 

Radioya verdiyi bu müsahibəyə əlavə edərək: “Küçə 

ilə başı örtülü gedərkən, mən məktəbə daxil olanda 

yaylığımı  açmalı  olacağım  haqda  fikirləşmirəm”,  – 

deyə bildirmişdir.

Pakistanlı mühacir Nur Fatimə isə azadlığı başqa 

cür  qəbul  edir.  Fatimə  anlayırdı  ki,  amerikalılar  so-

sial  və  dini  seçimlərə  şəxsi  məsələlər  kimi  baxır. 

O,  Nyu  Yorka  –  Bruklinə  köçəndən  sonra  başını 

örtməkdən  imtina  etmişdir.  “Nyu  York  Tayms” 

qəzetinə müsahibəsində Fatimə demişdir: “Bura im-

kanlar məkanıdır. Burada hər kəsə bərabərlik verilir. 

Mən Birləşmiş Ştatlara özümü inkişaf etdirmək üçün 

gəldim. Bu, mənim dünyaya ikinci gəlişimdir”.

Bu  gün  müxtəlif  şəraitlərdə  saysız-hesabsız  İs-

lam dininə mənsub amerikalılar öz varislərini forma-

laşdırdıqları  kimliyin  mühüm  hissəsi  kimi  qəbul 

edirlər.  Onlar  formalaşdırdıqları  kimliyin  içərisində 

bu  torpağın  bütün  vətəndaşlarına  verilmiş  azadlığı 

seçirlər. Bu imkanları müəyyənləşdirməklə özlərinin 

də amerikalı olduqlarını üzə çıxarırlar.

“Biz  amerikalı  müsəlmanların  kimliyini  vurğu-

layanda  babalarımızın  dəfn  olunduğu  yeri  deyil, 

nəvələrimizin  böyüyəcəyi  məkanı  nəzərdə  tu-

turuq”,  –  sözlərini  Müsəlman  İctimai  Məsələlər 

Konsulluğunun  icraçı  direktoru  Salam  əl-Mərayəti 

(Salam Al-Marayati) Kaliforniyanın “Sakramento Bi” 

qəzetinə verdiyi müsahibəsində deyib.

D

urmadan  artan  sayları,  etibarları  və  təş-



kilatları  ilə  müsəlman  amerikalılar  biznes 

və  təqaüd  proqramlarından  tutmuş,  id-

man və incəsənətədək hər bir sahədə öz töhfələrini 

verirlər.  Bu  müxtəlifliklərin  hekayəsi  Nyu  York 

15



İmam  Haşim  Rza  (Imam  Hashim  Raza)  Nyu  York-

da,  Kolonidə  (Colonie)  yerləşən  “Əl-Fatimə”  İslam 

Mərkəzində  Əfqanıstanda  bombardman  zamanı 

həlak olmuş, ABŞ ordusunun əsgəri Möhsin Nəqvinin  

(Mohsin Nagvi) cənazə namazını qıldırarkən.

16



küçələrində  satılan  ədvalı  halal  xörəklərinə 

görə  2006-cı  ildə  “Ən  yaxşı  küçə  yemək  satıcısı” 

mükafatına  layiq  görülmüş  pakistanlı  Samiul  Haqq 

Nurdan  başlayaraq, 2002-ci ildən 2008-ci ilə qədər 

Milli Səhiyyə İnstitutunun direktoru olmuş əlcəzairli 

Dr.  İlyas  Zərhuniyə;  “Nyusuik”in  (“Newsweek”) 

şərhçisi və redaktoru Fərid Zəkəriyədən (Fareed Za-

karia) aktyor və hip-hop musiqiçisi Mos Defə; “Hyus-

ton  Rokets”in  (“Houston  Rockets”)  peşəkar  basket-

bol ulduzu Dikembe Mutombodan ABŞ Konqresinin 

ilk müsəlman nümayəndəsi minnesotalı Keyt Elisona 

(Keith Ellison) qədər dəyişir. 

Yeni  nəsil  müsəlman  amerikalıları  Amerika  tib-

bini,  elmini  və  ədəbiyyatını  zənginləşdirirlər.  Ma-

ma-ginekoloq  Nəval  Nur  (Nawal  Nur)  Sudanda 

doğulmuş,  Misirdə  boya-başa  çatmışdır.  Qadınların 

sağlamlıq  problemi  ilə  məşğul  olan  bu  xanım  öz 

sahəsinin  pionerlərindəndir.  Nəval  Nur  Massaçu-

sets  ştatının  Boston  şəhərində  Afrika  Qadınlarının 

Sağlamlıq  Mərkəzinin  yaradıcısıdır.  O,  2003-cü  ildə 

nüfuzlu  “MacArthur  Fellowship”  təqaüdünə  (Bu 

təqaüdü “Dahi təqaüd” də adlandırırlar) və 2008-ci 

ildə Stanford Universitetinin müsəlman alimlər üçün 

təsis etdiyi mükafata layiq görülmüşdür.

İran  mənşəli  amerikalı,  Vaşinqton  Univer-

sitetinin  alimi  Babək  Pərviz  (Babak  Parviz

müstəqil  yığılan  və  təmir  edilən,  çox  kiçik  cihazlar 

daxil  olan  nanotexnologiya  sahəsində  son  dərəcə 

qiymətli  nailiyyətlər  əldə  etmişdir.  Bunlar  nüvə  və 

molekul  səviyyəsində  ultrakiçik  elektron  və  bioloji 

tətbiqlərdir.  

Hələ  uşaq  yaşlarında  Suriyadan  gəlmiş,  yazıçı 

Moca Kef (Mohja Kahf) Amerika mədəniyyətini ümu-

mi  olaraq,  amerikan  müsəlmanlarını  isə  müşahi-

dələrinə  əsaslanaraq  xəfif  ironiya  və  bir  qədər  də 

sərt  şəkildə  öz  poeziyasında  (“Şəhrizaddan  gələn 

e-məktublar”)  və  İndianada  nəşr  olunan  avtobio-

17



18

Yuxarıda:  Tələbələr  və  reklamçılar  Pensilvaniyanın 

Filadelfiya  şəhərində  dini  müxtəlifliyi  dəstəkləyən 

divar  rəsmləri  çəkərkən.  Sağda:  Yasmin  Əsfur 

(Yasmine Asfoor) Arizona ştatının Foeniks (Phoenix) 

şəhəri yaxınlığında, Mountain Pointe ali məktəbində 

(Mountain Pointe High School) idarəetmə dərsində 

suallara cavab verərkən. 

qrafik  “Narıncı  şərfli  qız”  (The  Girl  in  the  Tanger-


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin