town University) ərəb dili və ədəbiyyatı ixtisası
üzrə Doktorantı, Dövlət Departamentinin könüllü
vətəndaş səfiri kimi xidmət etmiş Kərimə Davuda
mənsubdur: Davud: “Müxtəliflik gözəllikdir”, – deyə
fikrini tamamlayır.
11 sentyabr hücumu, müsəlman amerikalıların
ictimai və siyasi işlərdə daha da fəallaşmasına,
problemlərin həllində daha yaxından iştiraklarına,
qeyri-müsəlman təşkilatları ilə ittifaq qurmağa,
dözümsüzlüyə və zorakılığa qarşı çıxışda qorxu
elementlərinin aradan qalxmasında daha maraqlı
olmalarına da təkan verdi.
Harvard Universitetindən olan redaktor və yazı-
çı Nafis Syed (Nafees Syed) www.altmuslim.com
İnternet səhifəsində gedən müstəqil müzakirədə be-
lə söyləmişdi: “Bu bir faktdır ki, üzərinə məsuliyyət
götürməsi və siyasətə qoşulması amerikalı müsəl-
manların Amerika sosial həyatının bir parçası ol-
masına eyni zamanda, onların vətənpərvərlik
duyğularına təsir edir”.
Prezident Con F.Kennedinin ifadəsini xatırlada-
raq Syed davam edir: “Məsələ təkcə Amerika mü-
səlmanlarının ölkənin siyasi həyatında iştirakının
onlara necə kömək edəcəyində deyil, həm də
Amerika müsəlmanlarının bu ölkəyə necə kömək
edəcəyindədir”.
Böyük bir toplum olaraq, Amerika müsəlman-
larının əksəriyyəti sünnilərdir, lakin burada xeyli
sayda şiələr və sufi ənənələrinə sadiq qruplar da
yaşayırlar. Bu müxtəlifliyə baxmayaraq, 2007-ci ildə
nəşr olunmuş “Amerika İslamı: Dinin əsası uğrunda
cihad” (American Islam: The Struggle for the Soul of
a Religion) kitabının müəllifi Paul Baret (Paul Bar-
rett) deyir: “Bu müxtəlifliklər başqa bir yerdə daha
bariz üzə çıxardı, lakin onlar Amerika cəmiyyətini
xarakterizə edən plüralizmin içərisində itib-
batmışdır… Mühacirlərin çoxu ambisiyalı bir addım
ataraq, qitələri və okeanları keçib köhnə dünyanın
ziddiyyətlərindən qurtulmaq, mükəmməl təhsil
almaq, iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq və
uşaqlarının gələcəyini daha gözəl qurmaq məqsədilə
26
Xüsusİ günlər
Foto
Qalereya
buraya gəlirlər”.
İnamın təkmil forması – qadınların rolunun
daha da artması, yevangelist xristian kilsələrinə
bənzər möhtəşəm məscidlərin sayının çoxalması
müntəzəm inkişaf edən, bənzərsiz Amerika İslamının
xüsusiyyətləri arasındadır.
“Mən müəyyən etdim ki, Amerikada müsəlmanlar
öz inamlarını, etnik mənşələrini və milli ənənələrini
çox müxtəlif formalarda məskunlaşdıqları torpağın
dəyərləri ilə birləşdirirlər. Burada hər hansı bir qayda
27
Saat əqrəbi istiqamətində yuxarıdan: Qızlar Təklif
mərasimində
1
Nəval Davudun (Nawal Daoud) əlində
tutduğu Quranın altından keçərkən; Hafiz Əzübeyir
(Hafiz Azzubair) insanları səsverməyə çağıran afi-
şalar asarkən; Rutgers Universitetinin tələbəsi Liliya
Həlvani (Lelia Halwani) (solda) və Nadia Şeyx (Nadia
Sheikh) yaşadıqları Nyu Cersi ştatının Nyu Brunsvik
şəhərində dindarlara məxsus yataqxanada qəbul
zamanı (New Brunswick, New Jersey).
1
Həddi-büluğ yaşına çatmanın qeyd edildiyi gün. red.
yoxdur və əvvəlki mühacir qruplarında da belə bir
qayda olmamışdır... Mən inanıram ki, müsəlmanların
assimilyasıyası haqqında yalnız bir hekayə deyil,
saysız-hesabsız hekayələr olacaqdır”.
28
Bu səhifədə. Saat əqrəbi istiqamətində aşağıda soldan: Halal hind toyuğu Şükranlıq Günü naharında süfrəyə
verilərkən – Missuri ştati, St.Luis; qızlar Ramazan oruclarını xurma ilə açarkən – Nyu Cersi ştatı, Paterson; Fəvad
Yaqub (Fawad Yacoob) Kaliforniyada milli ənənəvi mərasimdə (Waves ceremony) xeyir-dua edərkən; kişilər Rama-
zan bayramında qucaqlaşıb, bir-birini təbrik edərkən – Texas ştatı, Tiler. Qarşı səhifədə. Malayziyalı Tələbələr
Assosiasiyası Tennessi ştatının Naşvil şəhərindəki (Nashville, Tennessee) Vanderbilt Universitetinin məzunluq
mərasimlərini qeyd edərkən.
29
“Mən müəyyən etdim ki, Amerikada müsəlmanlar öz inamlarını, etnik
mənşələrini və milli ənənələrini çox müxtəlif formalarda məskunlaşdıqları
torpağın dəyərləri ilə birləşdirirlər. Burada hər hansı bir qayda yoxdur və
əvvəlki mühacir qruplarında da belə bir qayda olmamışdır... Mən inanıram
ki, müsəlmanların assimilyasiyası haqqında yalnız bir hekayə deyil, saysız-
hesabsız hekayələr olacaqdır”.
–Paul Baret–
30
A M E R İ K A N
P R O F İ L İ
Gənc müsəlmanlar öz sözlərini deyirlər
Yuxarı sırada. Soldan: İmam Xalid Lətif (Imam Khalid Latif); kinorejissor Lena Xan (Lena Khan); rəssam Həba
Amin (Heba Amin). Aşağı sırada. Soldan: Biznesmen Musa Şeyb (Moose Scheib); modelyerlər Nila Haşmi (Nyla
Hashmi) və Fatimə Monkuş (Fatima Monkush); müğənni Kərim Salama (Kareem Salama); jurnalist Kiran Xalid
(Kiran Khalid). Üzbəüz səhifədə. Ən sağda: Həba Aminin “Bədəvi qız”əsəri .
31
Rəssam
Həba
Amin
28
yaşlı
müasir
rəssam Həba Amin ağlı
kəsəndən şəkil çəkir. Kol-
lecin ilk illərində təhsil
aldığı vaxtlara qədər,
o, incəsənətin onun maraq sahəsi olacağını
düşünmürdü. Həmin vaxtlarda riyaziyyat üzrə
ixtisaslaşmış Amin ilk dəfə özünü memar
kimi təsəvvür etmişdi. O indi Minneapolisdə
yaşayır.
Amin Misirin Qahirə şəhərində anadan
olmuş və orada boya-başa çatmışdır. Onun
mərhum atası interyer dizayneri, anası isə
Aminin bağça yaşlarından başlayaraq, 12 il
təhsil aldığı özəl Amerika məktəbində inzibati
işçi olmuşdur.
Orta məktəbi bitirəndən sonra Amin özəl,
liberal incəsənət məktəbində – Minnesotanın
St.Paul şəhərindəki Makalester Kollecində
(Macalester College) təhsil almaq üçün ABŞ-a
gəlmişdir. Təhsilinin üçüncü ilində Amin
dərk etdi ki, onun könlü riyaziyyatda deyil,
incəsənətdədir. 2002-ci ildə o, art-studiyada
yağlı boya ilə iş üzrə bakalavr dərəcəsi aldı.
Amin Birləşmiş Ştatlarda yaşayarkən
“Ərəb mənşəli amerikalı sənətkarlar ensiklo-
pediyası”nın (Encyclopedia of Arab American
Dostları ilə paylaş: |