Əbu - Bəkr Məscidi (Kolorado Müsəlman Cəmiyyəti)
2071, Cənubi Parker yolu, Denver şəh., Kolorado şt.
Masjid Abu-Bakr (Colorado Muslim Society)
2071 South Parker Road, Denver, Colorado
Həftədə iki-üç min insanın ziyarət etdiyi Kolorado
Müsəlman Cəmiyyəti Denverdə İslam həyatının dayağıdır.
Bu yaxınlarda burada artmaqda olan müsəlman əhalinin
rahat yerləşməsini təmin etmək məqsədilə məscidin
namaz qılınan ərazisinin iki dəfə böyüdülməsi layihəsi
həyata keçirildi. Ərazinin mərkəzi küçələrindən birində
yerləşən cəmiyyət müsəlmanların, xüsusilə onun gənc
üzvlərinin ictimai həyatında mühüm rol oynayır. Yetkin
gənclər cəmiyyətin islami bazar günü məktəblərində
müəllimlik edirlər. Bazar günü dərslərindən başqa,
cəmiyyət Aypara Baxış Akademiyası (Crescent View
Academy) vasitəsilə islami təhsilə cəlb edilib. Uşaq
bağçasından 8-ci sinfə qədər müsəlmanlara və qeyri-
müsəlmanlara təhsil verən cəmiyyət, əsasən, ərəb dilinin
və ümumi İslami biliklərin tədrisinə ciddi diqqət yetirir.
Yaxınlıqdakı məscidlər
Dostları ilə paylaş: |