stitute of Technology) tələbə olan Haşmi ilə eyni
mənzildə qaldı.
Moda Texnologiyaları İnstitutunda bakalavr
təhsilini bitirdikdən sonra Haşmi tanınmış israilli
dizayner İlay Taharinin (Elie Tahari) yanında qadın
sviterlərinin dizaynı ilə məşğul olmağa başladı.
Monkuş da paltar dizaynı
sahəsində çalışmışdı. Əvvəlcə
o, hip-hop stilində kişi geyimləri
ilə məşğul olan Coogi və sonra
isə hazırda çalışdığı qadınlar
üçün zərif gündəlik geyimlər
dizayn edən Married to the
Mob şirkətlərində işləməyə
başladı.
Haşmi və Monkuş yeni kol-
leksiyalarını bir yerə toplamaq
üçün axşamlar və həftə sonları
işləyirlər. Bu iş ağır zəhmət
hesabına başa gəlir. Haşmi
Kuinsdə (Queens), Monkuş
isə həyat yoldaşı ilə birlikdə
Bruklində yaşayır. Bununla
belə, hər iki qadın öz arzularını
həyata keçirir.
Paltarlar haqqında fikir onları ad seçiminə də
gətirib çıxardı. “Həvva Fatimənin ana nənəsinin
adıdır. Xurşid isə mənim ata nənəmin adıdır”, – Haşmi
izah edir. Dizaynlar kimi, adlar da iki mədəniyyəti
bir-birinə qovuşdurur.
Hələ ki Haşmi və Monkuş gündəlik iş vaxtlarını
boş keçirmirlər. Ümid edirlər ki, onların kolleksiyaları
insanların ehtiyacını təmin edəcəkdir. “Biz istəyirik
ki, gördüyümüz iş ən böyük və ən yaxşı bir iş olsun.
Bu, hər hansı bir ticarət markasına bənzəmir”, -
Haşmi deyir.
Yuxarıda: Fatimə Monkuş (sağdan ikinci) və
Nila Haşmi (ayaq üstdə soldan üçüncü) digər
müsəlman modelyerlərlə birlikdə “Elan” jurnalının
fotosessiyasında.
43
Bəstəkar-müğənni
Kərim
Salama
Kərim Salama üçün
ev onun gündəlik
həyatını fonoqram-
la
təchiz
edən
kantri
1
musiqi-
sinin vətəni olan
Amerikanın cənub
qərbidir. Onun üçün ev həm də boya-başa çatdığı,
klassik ərəb ədəbiyyatı və poeziyasını öyrəndiyi din-
dar müsəlman ailəsidir.
Salama 30 yaşından öz mahnılarının sözlərini
və musiqisini yazmağa başladı. Hətta başqaları
təəccüblə qarşılasalar belə, onun dini həssaslığı ilə
ötkəm və fərqli cənub ləhcəsini birləşdirməsi tam
təbii idi.
Oklahoma və musiqi
Salamanın valideynləri Oklahomaya Misirdən
gəliblər. Valideynləri Salamanı, iki qardaşı və bacısını
burada böyüdüblər.
Hələ uşaq ikən Salama rodeolara
2
, kənd ticarət
yarmarkalarına, hind po-po
3
mərasimlərinə getmiş
və Missurinin Barnson şəhərində bluqras
4
və kantri
1 Adətən, gitaranın müşayiəti ilə ifa olunan Amerikaya məxsus kənd
və ya kovboy musiqisi. red.
2 Kovboyların iştirakı ilə keçirilən sərgi və ya əyləncə mərasimləri.
red.
3 Amerika hindularının söhbət və ya müzakirə məclisləri. red.
4 Banco, gitara və s. alətlərin virtuoz müşayiəti ilə tanınan instrumen-
tal Qərb musiqisi. red.
kimi ənənəvi musiqilərin və Tennessenin Naşvil
şəhərindəki əfsanəvi Böyük Qədim Opera
5
(Grand
Ole Opry) konsertlərinin nümayiş etdirildiyi yerlərdə
də olmuşdur.
Salama öz İnternet səhifəsində yazırdı: “Oklaho-
ma mənə bənzəyir. Burada mədəniyyətlər görüşür
və rəqs edir. Oklahoma cənub, qərb və əsl Amerika
mədəniyyətinin birləşməsidir. Anama mənim yeni
nəsə öyrənmək və təcrübə qazanmaq üçün sonsuz
istəyinə görə təşəkkür edirəm. O əmin idi ki, mən
və ailəmdə hər kəs bu mədəniyyətin içərisinə qərq
olacağıq”.
İnam və musiqi
Eyni zamanda, Salamanın valideynləri onun
müsəlman dini təlimlərinə də biganə qalmırdılar.
Cənublulara xas ləhcəsinə və Amerika musiqi tərzinə
baxmayaraq, o, inamında çox ciddidir, zəngin dinini
və mədəni irsini öz bəstələrində əks etdirir.
Salamananın mahnıları nə açıq siyası, nə də di-
nidir. Lakin bu nəğmələr onun qəribə keçmişini əks
etdirir. Altmuslim.com veb səhifəsi onu Amerikanın
musiqi mənzərəsində “canlı diktomiya” adlandırır.
Məsələn, dözümlülüyə həsr etdiyi bir mahnısında
Salama İslam alimi və şair İmam Şafiinin qeyd etdiyi
atalar sözündən sitat gətirir: “Mən buxur
6
kimiyəm –
sən məni yandırdıqca, mən daha ətirli oluram”.
O etiraf edir ki, atasının məsəli onun həm dünya-
görüşünü, həm də musiqisini formalaşdırdı. Salama
bildirir: “Atam hər şeyin mükəmməl olmasını istəyir
və özünə sərt, başqalarına mülayim ol deyirdi”.
O anladı ki, öz imanı ilə bağlı mahnı yazmaq
onu çox cəzb edir. “Mahnı yazmamışdan əvvəl və
sonra dua edirəm. Hər bir sözü diqqətlə seçirəm.
5 Naşvildə həftəlik kantri musiqilərindən ibarət konsertlər verən
möhtəşəm konsert salonu. Bu konsertlər eyni adlı radio vasitəsi ilə də
canlı yayınlanır. red.
6 Dini ayinlər zamanı yandırılan ətirli qatran. red.
44
Çox səmimi olmağa çalışıram və ümid edirəm ki,
Allah bu nəğmələri insanların qəlbinə aparır”, –
İova Universitetində verdiyi müsahibəsində Kərim
demişdi.
“Kantri” ilə bağlılıqlar
Salamanın kantri musiqisindəki ümidverici
gələcəyi, xüsusən, yalnız
sıx kommersiya məqsədilə
açıq küçə, ucuz gecə barları
musiqisi və itirilmiş sevgi
mahnılarından
xəbərdar
olanlara qəribə görünə bilər.
“Kantri
musiqisində
özünəməxsus bir ruh var…
və o, nəsə çox dərinliklərdən
gəlir… Hələ də sən nə isə çox
qədim və ənənəvi bir musiqi eşidə bilirsən,” – Kərim
“altmuslim”ə müsahibəsində belə demişdi.
Əslində, Salama ABŞ-ın cənub-şərqindəki Ap-
palaç bölgəsində dinlənilən bluqras adlı folklor
musiqisinin köklərinə aid çox qədim bir ənənəni
çəkib gətirmişdir.
Salama ingilis ədəbiyyatı ilə maraqlanmış və
şair Con Donnun (John Donne) (1572-1631) “Vida:
Qadağan olunan matəm” adlı dini şeirini öyrənmişdi.
Bu əsərə musiqi bəstələməsi şeirin onun yaddaşında
qalmasına kömək etdi.
Bəstə və ifa
Salama mahnılarını və lirik şeirlərini Oklahoma
Universitetinin mühəndislik fakültəsində və musiqi-
çi Aristotel Mihalopulosla görüşdüyü İova Univer-
sitetinin hüquq fakültəsində təhsil alarkən yazırdı.
Amerikalılar üçün əhəmiyyətli bir məqamda
misirli və yunan immiqrantların övladları Amerika
folklor musiqisini ifa etmək üçün əməkdaşlıq etmək
qərarına gəlirlər. Sonrakı bir neçə il ərzində Sala-
ma ABŞ-da və Avropada, əsasən, müsəlmanlardan
ibarət auditoriyanın qarşısında Mihalopulosun gi-
tarda müşayiəti ilə çıxış etmişdi.
Səliqəli, yaraşıqlı görkəmi, ənənəvi saç düzümü
və klassik qara kovboy şlyapası olan Salama deyir-
di ki, insanlar qeyri-adi müsəlman kantri musiqisi
müğənnisinin konsertinə gələcəklər. Ümid edirdi ki,
mahnıları insanları konsertdə axıra qədər qalmağa
məcbur edəcək.
Demək olar ki, o, uğur qazanmışdır. 2008-ci ilin
yayında Avropa turuna çıxan Salama London, Berlin,
Paris (Avro Disneydə), Roma, Genuya və Amster-
damda müsəlman və qeyri-müsəlman auditoriya
qarşısında öz gözəl müsiqisi ilə çıxış etmişdır.
Salama 2006-cı ildə çıxan “Təmənnasız sülh”
(Generous Peace) adlı ilk albomunun ardından bir
il sonra “Mənim həyatım” (This Life of Mine) adlı
45
2-ci albomunu çıxartdı. Onun Amerikanın müsəlman
icmasının müxtəlifliyini və əhəmiyyətini vurğulayan
“Cənnət adlanan məkan” adlı mahnısı mükafata lay-
iq görülmüş bir klipin musiqisi olmuşdur.
O, hazırda yeni ticari əhəmiyyətli ilk albomu
üzərində işləyir. Bu albomda ilk iki albomun ən yaxşı
mahnıları və bir neçə yeni mahnılar da olacaq.
Lakin Salamanın karyerası yalnız müğənniliklə
məhdudlaşmır. Ali hüquq təhsili olduğu üçün o,
lisenziya imtahanına hazırlaşır və patent hüququ ilə
maraqlanır.
O, musiqi haqqında bəzi fikirlərini özünün
MySpace
adlı
İnternet
səhifəsində
belə
ümumiləşdirir: “Ümid edirəm ki, sözlərim mənim
kimi Allah rİzası üçün gözəl həyat arayanların
qulaqlarına və ürəklərinə dolacaqır”.
Telejurnalist
Kiran
Xalid
Anasının
dediyinə
görə, Kiran Xalid hələ
uşaq vaxtında karton
qutunun içində otu-
rar və oradan üzü
çölə baxaraq: “Mən
televizorun içindəyəm”, – deyərmiş. O vaxtdan bəri
35 yaşlı telejurnalist Kiran televiziya xəbərlərinin
aparıcısı və rejissor kimi fəaliyyət gös-tərərək yerli
xəbər müxbirindən ölkə və beynəlxalq səviyyədə
hadisələrin şərhçisinə qədər irəlilədi.
“Mən Birləşmiş Ştatların telexəbər yayımında
çalışan ilk Pakistan mənşəli amerikalı qadınam.
Əgər bu, doğru deyilsə, mən əsl pionerlə görüşmək
istərdim. Aldığım məlumata görə, bu cığırı məhz
mən açmışam”, – deyə Kiran bildirir.
Texasda böyüyərkən
Xalidin atası Hindistanın Nyu Dehli, anası
isə Pakistanın Kəraçi şəhərlərində doğulmuşlar.
Xalid özü isə atasının torpaq işləri ilə məşğul
olduğu Texasda – Hyustonun şəhərətrafı ərazi-
lərində böya-başa çatmışdır.
O, gənc yaşlarından jurnalistlikaya meyil
Yuxarıda, solda: Kərim Salamanın “Mənim
həyatım” adlı ikinci kompakt diskinin üzü.
Yuxarıda: Berlində konsert. Almaniya, 2008-ci il.
46
etmişdir. Kiran deyirdi: “Yazmağa olan məhəb-
bətim bu marağımı alovlandırdı. Hələ erkən
yaşlarımdan tez-tez qısa hekayələr yazırdım”.
İki qardaşı və bacısı kimi Xalid də məktəbdə
yaxşı
oxuyurdu.
Bacı-qardaşların
yüksək
nəticələri onlara yaşadıqları kiçik cəmiyyətdə
azlıqlara mənsub yeganə ailə kimi çətinliklərə
üstün gəlməkdə kömək edirdi.
“Tez-tez elə hadisələr baş verir ki, sadəcə,
“dünyanın işləri belədir” deyə düşünürsən.
“Yaxşı ki əvvəllər o çətinliklərlə üzləşmişdim.
Onlar məni 11 sentyabrdan sonrakı əziyyətlərə
hazırlamışdı”.
Yerli televiziya xəbərləri
Xalid Ostində Texas Universitetində jurnalis-
tika ixtisası üzrə təhsil aldı. Deyir ki, elə buradaca
o, “televiziyanı operativliyinə və ən son xəbərlərlə
efirdə olduğuna görə” seçib.
1996-cı ildə Kiran yerli Si-Bi-eS
1
(CBS) kanalında
Texasın Korpus Kristi şəhərində işləməyə başladı.
Onun buradakı işi həm çox maraqlı, həm də təhlükəli
idi. Korpus Kristidə tufanlar, narkotik qaçaqmalçılığı,
immiqrasiya kimi xəbərlərin yayımı üçün geniş im-
1 CBS (Columbia Broadcasting System) – ABŞ-da ən böyük televiziya
şəbəkələrindən biridir. red.
kanlar var idi. Lakin kanalın avadanlıqları köhnə
olduğundan işləmək çətin idi.
Kiran deyirdi: “Bununla belə, mən bu işdən
– kameranın qabağında olmaqdan zövq alırdım.
Bircə onu bilirdim ki, mən bu işin öhdəsindən gələ
bilərəm”.
Xalid Luiziananın Leyk Çarlz şəhərindəki digər
televiziya stansiyasında bunun tamamilə əksini gör-
dü: son dərəcə müasir avadanlıqlar, lakin nisbətən
sakit xəbərlər mühiti. “Mən çox işləyirdim və yor-
ğunluqdan daş kimi bir yerdə yıxılıb qalırdım”, – o
deyir.
O artıq yerli əhali arasında məşhurlaşmışdı. Ki-
ran gülə-gülə deyirdi: “Yarmarkada gəzərkən özümü
səhnədəki kimi hiss edirdim. Sanki hər kəs məni
tanıyırdı”.
Alabamanın Mobayl şəhərində Xalid bir gündə
4-5 dəfə efirə çıxırdı. Lakin o gördü ki, artıq
əldən düşüb. “Hiss etdim ki, sankı dairənin içi ilə
qaçıram”,– deyirdi. O, azad jurnalist kimi daha riskli,
lakin müstəqil fəaliyyət göstərmək qərarına gəldi.
Keçənləri xatırlayarkən Xalid deyirdi: “Yerli xə-
bərlərin ən xoşladığım tərəfi araşdırma, tədqiqat
apararaq reportaj hazırlamaqdır. Tez-tez gözdən
qa-çırılan “kölgə biznesi” yaradanlar və məsuliyyət
daşıyan insanların hərəkətləri haqqında məlumatı
yerli xəbərlərin ictimai xidməti parlaq televizor
ekranına çıxardır”.
O əlavə etmişdi: “Çox vaxt təzyiqlər həddindən ar-
tıq olur və bu, tez-tez verilən qısa xəbər buraxılışları
modelini müstəqil, detallı əhatə olunmuş məlumatın
cəlbediliciyindən daha əhəmiyyətli edir”.
Yuxarıda solda: Kiran Xalidin 2005-ci ildə Afrika-
da tapşırıq zamanı palçığa batması anı. Yuxarıda
sağda: “Musiqini Qoruyaq” Fondunun illik yekun
konsertində Con Meyerdən (John Mayer) müsahibə
alarkən, 2007-ci il.
47
Müstəqil fəaliyyət
Xalid 2005-ci ildə Niger və Malidə aclıqdan əziy-
yət çəkən fermerlərin acınacaqlı həyatından reportaj
hazırlamışdır. Onun “Aclıq təhlükəsi” adlı sənədli
filmi Birləşmiş Millətlər Təşkilatının film festivalının
finalçısı olmuşdur.
Birləşmiş Ştatlarda Xalid “Kort” televiziyasında
(Court TV), əsasən, cinayət və mülki mühakimələri
əhatə edən müxtəlif xəbər proqramlarının prodüseri
kimi çalışmışdır.
Xalid Cənubi Asiya Jurnalistlər Assosiasiyasının
fəal üzvü də olmuşdur. “Bu Assosiasiyanın heyətində
olmağımla fəxr edirəm. Mən daha çox gənc jur-
nalistlərə hamilik edən, təqaüd ayıran bu cür təşki-
latlarda işləməkdən zövq alıram,” – Kiran bildirir.
Pakistan və Amerika
2001-ci ilin 11 sentyabr terror hücumun-
dan sonra Xalid dərhal anladı ki, “Pakistan bu
hadisələrdə mərkəzi yer ala bilər. Lakin mən
bilirdim ki, əgər indi olmasa, Pakistan heç vaxt
bu hadisələrin içərisində olmayacaq”.
Urdu dilində səlis danışdığı üçün o, Paki-
stana səfər etdi. Kiran əksəriyyəti terror-
izmi lənətləyən Pakistanın dini məktəb və
mədrəsələrindən reportajlar hazırlayan ilk
Qərb jurnalistlərindən biri idi.
2007-ci ildə Xalid çox təhlükəli bir tapşırıqla
– Müşərrəf hökumətinin media üzərinə
qoyduğu senzuradan və jurnalistlərə edilən
hücumlardan bəhs edən “Biz azad deyilik”
sənədli filmini çəkmək üçün Pakistana qayıtdı.
“AsiaMedia”-ya verdiyi müsahibəsində o
demişdir: “Onların bu cürəti məni mat qoyur-
du. Cəsarətli çağırışlarına görə təqib olunsa-
lar da, könüllü olaraq öz həyatlarını təhlükəyə
atırdılar ”.
2008-ci ilin yanvar ayından Xalid televizi-
yalardan birinin – eY-Bi-Si
2
(ABC) televiziyasının
ən məşhur informasiya və ədəbi proqramı olan
“Sabahın xeyir, Amerika” verilişinin prodüseri
kimi fəaliyyət göstərir.
“Bu işin intensivliyi mənim xoşuma gəlir.
Bir gün qazın qiymətindən, ertəsi gün 2008-ci
ilin prezident seçkilərindən söhbət açırıq”, – o
deyir.
Kiran deyirdi: “Sabahın xeyir, Amerika” mənə
milyonların tamaşa etdiyi hadisələri yazmaq
və hazırlamaq imkanı verdi. Ümid edirəm ki,
növbəti 10 ildə də uyğun və böyük məqsədlərə
xidmət edən məsələlər üzərində işləyəcəyik”.
2 ABC (American Broadcasting Company) – ABŞ-da radio-televiziya
şəbəkəsi. red.
18-29 yaş
29%
30-49 yaş
48%
50-64 yaş
18%
65+ yaş
5%
Kişilər
54%
Qadınlar
46%
Dostları ilə paylaş: |