Alban İslam Mərkəzi
19775, Harper prospekti, Harper Vudz şəh., Miçiqan şt.
Albanian Islamic Center
19775 Harper Avenue, Harper Woods, Michigan
1962-ci ildə Detroyt ərazisində alban-müsəlman əhalisi
Alban İslam Mərkəzinin əsasını qoymuşdur. Vayn
ərazisində, şəhərdən kənarda yerləşən mərkəz tosk
və qeq (Toska və Geqa)
1
albanlarının təxminən 150
ailəsinə, o cümlədən iranlılara, fələstinlilərə, maltalılara,
ərəblərə və hindlilərə xidmət göstərir. Mühacirətlə bağlı
onların ibadət tərzlərində dəyişikliklər yarandı. Ölkənin
cənub ərazilərində yaşayan Tosk albanları ABŞ-da 19-cu
əsrdən bəri yaşamış və müsəlmanların dəyişməsində
mühüm rol oynamışlar. Onların ibadət tərzi və ictimai
normaları daha rahatdır. Albaniyanın şimalından olan
qeq albanları isə ənənəvi İslama üstünlük verirlər. Yeni
mühacirlərin gəlişi ilə ibadət tərzləri də dəyişikliyə
məruz qalırdı.
1 Albanlar tosk və qeq (quzey və güney) olmaq üzrə iki böyük qrupa
ayrılırlar. Bu fərqliliyin səbəbinin etnik deyil, coğrafi olduğu bildirilir.
red.
Dostları ilə paylaş: |