Məscid əl-İslam
40, Sayles Hill Yolu, Şimali Smitfild şəh., Rod Aylend şt.
Masjid Al-Islam
40 Sayles Hill Road, North Smithfield, Rhode Island
Rod Aylenddəki ən böyük məscid Məscid əl-İslam 1994-
cü ildə Şimali Smitfildin artan müsəlman əhalisinə xidmət
etmək məqsədilə tikildi. Məscidin qapıları bütün irqlərə və
etnik mənşəyə mənsub müsəlmanların üzünə açıqdır. Bura-
da, əsasən, Quranın və hədis kitablarının əlyazma nüsxələri
qorunub saxlanılır. Məscidin rəhbərliyi demokratikdir. Rəh-
bərliyin altı nəfərlik üzvü inzibati işlərlə məşğuldur. Lakin
bütün əsas məsələlər hansısa son qərar qəbul edilməmişdən
əvvəl icma qarşısına çıxarılır. Məscid əl-İslam dinlərarası dia-
loqlar yaradır və icma proqramlarının yerinə yetirilməsi
məsələlərində xristian və yəhudi icmaları ilə əməkdaşlıq
edir. Gələcək planlara yerli xəstəxanalarla illik səhiyyənin
vəziyyətini nəzərdən keçirmək məqsədilə əməkdaşlıq etmək
daxildir. Bu tədbir icmanın tibbi təhsil günü proqramının bir
hissəsidir. Cümə namazına təxminən 250 nəfər gəlir, bunun
üçün rəsmi üzvlük tələb olunmur.
Dostları ilə paylaş: |