Yuxarıda: Həba Aminin “Kökün sarsılması” adlı əsəri.
33
İmam
Xalid
Lətif
25 yaşlı İmam
Xalid Lətif artıq
Nyu York Uni-
versitetindəki İs-
lam
Mərkəzinin
direktoru və kapellanı
1
, eyni zamanda, Nyu
York Polis Departamentində də müsəlman
kapellan kimi vacib liderlik məsuliyyətini öz
üzərinə götürmüşdür.
Lətif deyirdi: “Universitet və Polis Depar-
tamenti bir-birindən kəskin fərqlənir. Hər iki
Amerika qurumunda öz yollarını axtaran və
sayları artmaqda olan müsəlmanlar çalışırlar.
Bu baxımdan onlar bənzərdirlər ”.
Lətifə görə dinlərarası dialoqlar apar-
maq, icmaya xidmət etmək müasir və
çoxmədəniyyətli dünyada yaşayan müsəlmanın
fəaliyyətinin ayrılmaz hissəsidir. O deyirdi:
“Bu əlaqələrin hər biri mənəvi kamillik üçün
imkan yarada bilər ”.
Sürətlə inkişaf edən Nyu York Universiteti
İslam Mərkəzinin başçısı kimi Lətif fond yarat-
1 Orduda və polisdə dini rəhbər. red.
maq niyyətindədir. O ümid edir ki, bu fond
sayəsində tamştatlı heyət işə götürəcək və üç
ildən beş ilə qədər çalışacaq aparıcı alimlər
təyin edə bilər.
Bununla yanaşı, Lətif gənc və müxtəlif
dindarların mənəvi lideri olduğunu heç vaxt
unutmur. Əksəriyyəti tələbə olan gənclər ha-
radasa problemlərlə üzləşdikdə öz mənəvi
yollarını müsəlmanlar olaraq tapmağa çalı-
şırlar.
2007-ci ildə o, Nyu York Polis Departamentinə
ikinci kapellan təyin edilmişdir. Katolik, prot-
estant və yəhudi din xadimləri ilə birgə xidmət
edən Lətif dəfələrlə xəstəxanalarda yaralı
qeyri-müsəlman zabitlərə və onların ailələrinə
dəstək olaraq baş çəkmişdir.
Nyu Cersi ştatının Edison şəhərində
böyümüş Lətifin valideynləri Pakistanda
doğulmuşlar. O, məktəbdə oxuyan azsaylı mü-
səlman şagirdlərdən biri idi. Lakin seçdiyi həyat
yolu onu tələbə məclisinin prezidenti, futbol
və qısa məsafəyə estafet qaçışı komandasının
kapitanı olarkən daha geniş liderlik mövqeləri
axtarmağa sövq etdi.
Dinə maraq
Lətif Nyu York Universitetində Yaxın Şərq və
İslami elmlər üzrə təhsil almışdır. Dünyanın etnik və
dini baxımdan ən çox rəngarəngliyə malik olan met-
ropolitan hissəsində Lətif amerikalı müsəlman rolu
və dini haqqında axtarışlarını davam etdirməklə öz
yolunu tapdı.
O, İslamda da qeyri-adi dərəcədə müxtəliflik
olduğunu anlamağa başladı. “Mən birinci il tələbəsi
olarkən, kosasaqqallı və əlində sörfinq lövhəsi olan
bir indoneziyalı ilə görüşdüm. Bu, mənim üçün ye-
“Mən buranı sevirəm. İdeyalarımı açıqlamağa və
onları istədiyim kimi ifadə etməyə imkan olan aka-
demik mühitdə yaşamağı xoşlayıram”.
34
nilik idi. Mən İslamı qəbul etmiş Afrika mənşəli
amerikalılar, afrikalılar və onların övladları ilə də
rastlaşdım”.
Universitetdə təhsil aldığı illərdə Lətif dərs-
lərindən əlavə, İslamı öyrənməyə də davam edirdi
və onu ilk dəfə 18 yaşında xütbə söyləməyə razı
saldılar. Lətif deyirdi: “Hər bir iş öz qaydası ilə gedir-
di və məndən müntəzəm bu cür çıxışlar etməyi xahiş
edirdilər”.
2005-ci ildə Nyu York Universitetini bitirdikdən
sonra Lətif Konnektikutdakı bütün dinlərə bərabər
yer verilən Hartford Seminariyasında ölkənin qəbul
etdiyi bu tipli yeganə proqram olan İslam Kapellanlığı
Proqramına daxil oldu.
Təxminən həmin vaxtlarda, Lətif Nyu York Uni-
versiteti İslam Mərkəzinin ilk kapellanı kimi könul-
lü olaraq çalışırdı. O həm də “İbrahimin baxışı”
(Abraham`s Vision) adlı müsəlman-yəhudi dini təş-
kilatında ziddiyyətlərin həllinə dair gənclər üçün
keçirilən kursların həmmühazirəçisi idi.
2006-ci ildə Lətif Nyu Cersidəki Prinston Uni-
versitetinin ilk müsəlman kapellanı kimi yarımştat
işə qəbul olundu. Tezliklə o, Prinston və Nyu York
universitetləri arasında əlaqə yaratdı. Hər iki univer-
sitet ona daimi işlər təklif etdi. Lətif isə Nyu York
Universitetinin İslam Mərkəzinin direktoru kimi
fəaliyyət göstərmək təklifini qəbul etdi.
Universitet kapellanı
Bir çox cəhətlərinə görə, Lətif müsəlman tələ-
bələrin sayının artdığı, onların saysız-hesabsız bey-
nəlxalq tələbələrlə birgə təhsil aldığı və kampuslar-
da müsəlman kapellanlara tələbatın böyük olduğu
bir dövrdə bu sahənin pioneri oldu.
Lətifin ən böyük uğurlarından biri onun cümə
namazındakı iyirmi dəqiqəlik xütbəsi idi. Dostu bu
xütbənin yazılıb İslam Mərkəzinin İnternet səhi-
fəsinə göndərilməsini təklif etdi.
Çıxışa reaksiya gözlənildiyindən daha güclü oldu.
Bu İnternet səhifəsini ayda orta hesabla 15 min
nəfər izləyir. Onun 40-50 müxtəlif ölkədən, xüsusilə
İndoneziya və Malayziyadan dinləyiciləri var. O,
avropalı məktəb müəllimlərindən və izləyicilərindən
də təşəkkür ismarıcları alır.
Lətif bugünkü çoxmədəniyyətli dünyada özünün
Yuxarıda: “Nyusvik” jurnalının üz qabığında müxtəlif
həyat tərzinə mənsub Amerika müsəlmanlarının fo-
tosu verilmişdir. Xalid Lətif başında təsək və əynində
polis forması mərkəzdə solda dayanmışdır.