Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


baxsan, o buna inanmaq istəmirdi. Sevincini gizlədə bilməyib, göz ya­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə279/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   275   276   277   278   279   280   281   282   ...   382
Sechilmish eserleri II cild

baxsan, o buna inanmaq istəmirdi. Sevincini gizlədə bilməyib, göz ya­
şı axıtdığı halda, İndi artıq dərdini ürəyinə saldı: “Allah Hitlerə min
təsbih lənət eləsin!..” deyə fikrindən keçirib, ah çəkirmiş kimi, derin­
dən köksünü ötürdü.
Qoca usta yerindəcə doğrulub Paşanı qucaqlayanda Nisa kimi ağ­
lamadı. Onun gözlərində nə isə alışıb yanırdı.
- Elə m ən bilirdim gələcəksən, oğul, - dedi və bir qolunun yox­
luğunu dərhal görüb, həm özünə, həm də arvadına təsəlli vermək
üçün əlavə etdi: - Canın sağ olsun, igidin başı qatda gərək!.. - O cəld
geyindi, hele də gözləri Paşaya zillənm iş qarının nələr çəkdiyini
duyub sözünə ara vermədi: - Sən ki o odun - alovun içində dörd il
vuruşubsan, ele igidsənmiş. Dem əli, papağımı yerə vurmamısan. D ö­
şündəki o nişanları görəndə başa düşdüm ki, elə qolsuz ola-ola da
yeyib-yatmamısan.
- Əlbəttə, ata, əlbəttə! - deyə Paşa atasını inkisar xəyala uğratma­
maq üçün onun sözlərini ucadan təsdiqlədi. - Yeri gələndə bir qol da
azlıq eləmirdi.
Qoca, oğluna yer göstərdi.
227


- Bir otur görək, otur! Gəlini görübsən, yoxsa elə birbaş buraya
gəldin?
- Yox, hele görməmişəm, ata. Cəbhəyə də buradan yola düşmüş­
düm, dedim ki, buraya qayıtsam yaxşı olar. Bəlkə o məni bir qolla
görüb üz döndərəcək?
Paşa qəmgin bir tərzdə gülümsədi,
- Elə demə, ağrın ürəyimə. Halal süd əmib, - deyə Nisa qarı gəli-
nini təriflədi. - Dünən axşam burada idi. Yazığın gözü yoldadır.
Paşanın nə qeder sevindiyini dem əyə ehtiyac varmı? O, qəlbinin
nə qədər bərk döyündüyünü Özü do hiss edə-edə atası ilə bərabər
yemək otağına keçdi.
- Ay arvad, uşaq yoldan gəlib, dur bir çaydan-çörəkdən gotir!

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin