sözlərini eşidəndən sonra əsil vuruşmaların hələ ycnico başlandığını duyurdu. Lakin ümidsizlik onun ürəyinə yol tapa bilmirdi. Ağır müba rizə onun mənəvi qüdrətini artırır, o, xəyalən gələcək döyüşlərə hazır laşır və öz-özünə deyirdi: “Axı bunsuz, həyat cansıxıcı olmazdımı?” 225 < ? v
YEDDİNCİ FƏSİL
1 N isa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə de oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs ne üçün Paşa özgə vaxt yuxusuna girəndə elə mühari bədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi? - Ana, xoş gördük, ana! Deyəsən meni tanımadın? Yox, Nisa tanıdı. Başqası Paşaya bu qədər oxşaya bilməzdi ki? Saçlarının ağlığı, alnındakı qırışların çoxluğu ana gözlərini aldatmaya caqdı ki? Paşa anasına yaxınlaşmaq istərkən, Nisa özünü onun üstünə atdı: - Oğul!.. - deyə necə qışqırdısa böyründə, çarpayıda uzanmış Ra mazan da hövlnak oyanıb, yuxulu - yuxulu Nisaya torof baxdı. - N ə olub, ay arvad, bu nə şivondi salmısan? - deyə azacıq tutqun laşmış səsilə, soruşanda, gördüyü mənzərəni o da röya hesab e td i.-Ə , ay uşaq men yuxu-zad görmürəm ki? (o, Paşanı da, Əhmədi də hər zaman “uşaq” - deyə çağırardı). Paşadan səs çıxmadı. Nisa onu elə qucaqlamışdı ki, oğlu cınqırını belə çəkə bilmirdi. Ananın anq qollan onun boynuna dolanmış, do daqları isə yanağının bir yerinə yapışıb qalmışdı. Yox, Nisa dörd il müddətində heç belə yuxu gördüyünü xatırlamırdı. Əlynəd də, Paşa da içəri girəndə Nisa qürurla onların üzünə baxar, amma heç birini qucaqlayıb öpməzdi. İndi isə Paşanın isti nəfəsini duyurdu.