Tahir geriyə dönüb əlilo eşikdəki adamlara gəlmək işarəsi verdi. Beş nəfər boylu-buxunlu, Tahir kimi qarayanız və sağlam gənc bir- birinin dalınca kabinetə girdi. Onlar hərbi qayda ilə sıraya düzülüb, dartınmış halda dayandılar vo salam verdilər. Qüdrət bu gəlişin məna sını heç anlaya bilmirdi. Cavanlar dinm əz-söyləm əz ona baxır, Tahir isə Qüdrətə yanaşıb deyirdi: - Ustaya söz vermişdim ki, səngərdən qaçmayacağam. Mən sözü mün üstündə möhkəm durmuşam. Bu uşaqların hamısını da mən g ə tirmişəm. Dəniz buruğunda işləmək istəyirlər. Qüdrət öz adi təbəssümü İlə güldü: - Demək istəyirsən ki, gec qayıtmağın üzürlü səbəbdən olub? Tahir: - Xeyr, - dedi, - bu günahımı nəyin hesabına yazırsınız, yazın. Qüdrət, komandir kimi, əli belində cərgənin qabağına yeridi. Baş tərəfdə dayanmış birinci oğlana yanaşıb soruşdu: Adm nədir? Oğlan, əsgəri qayda ilə dartınaraq cavab verdi: - Əhməd Bayramlı. Qüdrət ikinci oğlana yanaşdı: - Sənin adın nədir? Bu oğlan da geniş sinəsini irəliyə verib gur səsilə dilləndi: - Səməd Bayramlı. Qüdrət bir neçə an duruxdu və üzündə təəccüblə qarışıq bir təbəs süm gəzindi. Sonra üçüncü oğlanın adını soruşdu. Boyca ə birilərindən bir daban gödək olan bu oğlanın döşündə iki-üç hərbi medal parılda yırdı (Avropa şəhərlərini vurub keçdiyi aydın oldu), onun duruşu da 5
223
hərb) qaydaya tamam müvafiq idi. Əllərini yanını qısmış, döşünü irəli verib başını dik tutmuşdu. Qüdrətə cavab verəndə, onun azacıq pəltək olduğu aydınlaşdı: - M ə-m m -m ed Bayramlı. Qüdrət Özünü saxlaya bilməyib qaqqıltı ilə güldü. Oğlan, məhz