pəltəkliyinin gülüşə səbəb olduğunu düşünüb, qulağının dibinəcən qı zardı. Amma Qüdrəti güldürən, əlbəttə, onun fiziki qüsuru deyildi. Onun nəzərində cavanların bu gəlişi qəribə və gülməli idi. Pəltək oğ lanın utandığını hiss edən Qüdrət, səsinə mehriban bir ifadə verdi: - N eçə yaşın var? - İyirmi bir. - Əhsən! - deye Qüdrət əlilə onun çiyninə vurdu, - Berlinə çata bildin, ya yox? - Çatdım, yoldaş İsmayılzadə. Amma hayıf ki, berk yaralandım (oğlan sağ qıçını gösterdi), məni hərbi qulluqdan azad elədilər. - Eybi yoxdur. Qəhrəmanlıq üçün Bakıda da fürsət tapacaqsan. Oğlan şirmayı kimi ağ dişlərini gösterdi: - Bi-bi-bilirəm , yoldaş İsmayılzadə, Ta-ta-ta-hİr bizə hər şeyi danışıb. Qüdrət dördüncü oğlana yanaşdı: Bəs sənin adın? Bu oğlandan nazik qız səsi çıxdı: - Əhəd Bayramlı. Onun cavabına təkcə Qüdrət deyil, hamı güldü. Bu cavanların ha mısından yoğun olan Əbəd, deyəsən, xasiyyətcəm əzəli bir oğlandı. H ələ yalnız adım söyləyəndə belə gülüş doğururdusa, demək, o, yol uzunu bütün bayramlıları doyunca güldürmüşdü. İsmayılzadə beşinci oğlanın adını soruşmadı: - Yəqin, - dedi, - sənin də familiyan Bayramlıdır, hə? Oğlan Qüdrotın sözünü yarıda kəsdi: - Düzdür, mən də Bayramlıyam, ele adım da Bayramdır. Bu anda telefon zənginin səsi eşidildi. İsmayılzadə tez yazı stolu nun dalına keçib dəstəyi götiirdü. Azəm efi birliyindən danışırdılar. Qüdrətin üzündəki x ə fif təbəssüm tədricən silinib, dodaqları səyrimo- yə başladı: - Bəli, dedi, - əgər o öz hörmətini gözləmirsə, mən müqəssir deyiləm. Mirzəyevin hərəkəti yalnız məni deyil, hamını qəzəblən 224 O V