Usta Ramazan otaqda var-gəl etdi, sonra yenə C əm ilə üz tutdu: - Ə vvəlcə bizə də m əsləhət dəyəydin də... Hamıya bir ölçü ilə yanaşmaq olmaz axı... Yəqin o qədər danlamısınız kİ, axırda baş götü rüb qaçıb... - B əs özünütənqid nədən ötrüdür? Hamımız onun xeyrini fikirlə şirik do... Bu dofo bərk vurmazsan, axırda elə iş açar ki, buruğu da korlayar, özü də bədbəxt olub gedər. - Mən deyəni başa düş. Tənqid elə, səhvini göstər, amma hə vəsdən salma!.. - deyə usta, cavanların həddi-hüdudu keçdiklərini dü 4
220
şünüb, bütün günahları Cəmilin üstünə yıxdı: - Əgər yaxşı yoldaşdın, niyə əvvəlcədən onu başa salmırdın? - Axı o məni saymır, usta... Elə bilir ki, onunla qərəzliyim var. Guya ki, mən onun ayağından çəkirəm. - Niyə ayağından çəkirsən? Guya mən Lətifəni istəyirəm. Usta, cavanlar arasındakı bu macəradan yalnız indi xəbər tuturdu: - Yeni elə bir şey var? - Yox, canım, sözdür! Bu halda Səməndər içəri girdi. Ustaya salam verib, əlindəki bağ lamanı lumboçkaya qoydu (deyəsən o yemək alıb gətirmişdi), - İclasda sən də vardın? - deyə Ramazan Səməndərdən soruşdu, - Bəli, vardım. Sən də Tahirin pisliyinə danışdın? - Xeyr. Mən heç danışmadım. Doğrusu, uşaqlar qarışqanı böyüdüb dəvə elədilər Adam başına iş gətər, Elə hər şeydən ötrü adamın abrı nı tökməzlər ki? Amma bunlar ağına-bozuna baxmadılar. D öşə ki, dö şəyəsən... Öz aramızdır, son vaxtlar çox həvəslə oxuyurdu. Deyirdi bir də kənd adım dilimə gətirməyəcəyəm . - Səməndər Bədirimin təzə al dırdığı etajerkanın gözlərində cərgə ilə düzülmüş kitabları göstərdi. - Bunların hamısını təzəcə almışdı. Öz aramızdır, bərk çalışırdı, balam... - O Cəmilə baxıb ondan bu fikrini təsdiq işarəsi gözlədi,