- Zəng edib Nisa xalaya deyərik ki, bizdəsən, o da gələr. Qapıda onları Tükəzban qarşıladı: Allah sənə şükür, - dedi, - sizdən nə əcəb bu gün tez gəlibsiniz? Qüdrət anasını qucaqladı: - Ay ana, ay ana işimiz çoxdur. Bizdən nahaq inciyirsən, geri qa lanları əzişdirirlər axı... İndi menim dilim lap gödəkdir. Hər yoldan ötən üstümə ayaq alır. Mən buna öyrəşməmişəm, Tükəzban qarı oğlu ilə həmişə fəxr edirdi: - Lap yaxşı eləyirsən, oğul. Namərdə baş əym ək sənə yaraşmaz. Axı sonin atan Salman... Onun sözü yarımçıq qaldı. Gözləri Qüdrətin dalınca içəri girən Ramazana sataşanda, demək istədiyi sözləri tamam unudub oğlundan aralandı. 217
- Səndən nə əcəb? - deyə Ramazana yanaşdı. - Bu gün Nişanın ya- nındaydım, O da sənin əlindən şikayət eləyirdi. Yazıq evdə təkdir, lap bağrı çatlayır, - Tükəzban qan duruxdu, nə isə yadına düşdü. - Hələ bir de görüm, sənə nə tapşırmışdım? - Unutmuşam.,. Hə, ho yadıma düşdü. Qab-qacağı sürtməyə qum istəmişdin. Elə bunun üçün deyiblər ki, keçi can haymdadır, qəssab piy... Ramazan könülsüz bir tərzdə gülümsündü. - Bu gün axşam nə təhər ulsa yollaram. Lap denizin dibindən, iki min yüz metrlikdən... -U s ta , bununla quyunun dərinliyini bildirmək istəyirdi. - Ancaq sap gətir, barmağıma bağla, yoxsa yadımdan çıxacaq. Allahdan gizlin deyil, səndən nə gizlədim, heç no yadımda qalmır. Qüdrətlə Lalə qocaların söhbətini dinlədikcə, bir-birinə göz vurub oğrun-oğrun gülürdülər. Onlar yemək stolunun dövrəsində oturub, Tükəzbanın xörəyini gözlədikləri zaman, qonşu otaqdan Şirmayı ilə musiqi müəlliməsi çıxdı. S əd əf hamım salamlayıb, axırda Qüdrətə müraciət elədi;