Ramazan köksünü ötürdü. Qüdrətlə Lalə yalnız bundan sonra us tanın Tahirə nə qədər böyük ümidlər bəslədiyini başa düşüb, bir də onun könlünə toxunmadılar. Qüdrət: - Gedək bizə, usta, - dedi, - qəm yemə. Bu saat Bakının sənət məktəblərində minlərcə ixtisaslı fəhlə yetişdiririk. Tahirdən yüz qat artıq bacarıqlı oğlanlarımız var. 216 O V
- Mən demirəm yoxdur. Ancaq, onun üstündə çox em ək çəkmi şəm. Hökumətə zərər olub. Gərək onu öyrədib əvəzini çıxarım, ya yox? Vallah, izin versən, özüm gedib onu kənddən qaytararam. Qüdrət ustanın qoluna girdi: - Gedək, usta. Anam bizi gözləyir. Onlar pilləkənlə həyətə enib M -l maşınına yan atdılar v ə minib yola düşdülər. Usta Ramazanın kədərini artırmamaq üçün, zahirdə bu xəbəri əhə miyyətsiz bir hadisə kimi qarşılayan Qüdrət, əslində ondan heç də az həyəcanlanmırdı. İstehsalata yeni golmiş cavanları narazı salan ən adi uyğunsuzluğun belə, trestdəki ümumi vəziyyətdən əm ələ gəldiyini düşündükcə, onun da ürəyində dərin bir təşviş baş qaldırırdı. Bir nəfər oğlanın işi buraxıb qaçması istehsalata çox cüzi bir təsir göstersə de, bunun daha geniş miqyasda zərəri ola bilordı. Tahirin qaçdığını görən cavanlara bu xəstəlik sirayət edərsə, yeni fəhlələr hazırlamaq kimi böyük dövlət tədbirinə zərbə dəyə bilərdi. Qüdrət Lalədən soruşdu: - Sizdə də belə hadisələr olurmu? - Əvvəllər tekdənbir olurdu. Amma son zamanlarda əksinə, kö nüllü gələnlərin sayı artır. Maşın Qüdrətin evinə yetişəndə, usta üzrxahlıq edib onlardan ay rılmaq istədi: Qanun qaradır, sabahda-birigündə gələrəm. Nisa məni gözləyir. Lalə bir qoluna, Qüdrət də o biri qoluna girib onu buraxmadılar.