Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


etinasız yanaşmağın nə qədər böyük bir xəstəlik olduğunu görmüşəm



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə262/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   258   259   260   261   262   263   264   265   ...   382
Sechilmish eserleri II cild

etinasız yanaşmağın nə qədər böyük bir xəstəlik olduğunu görmüşəm.
Bu etinasızlıq mühəndisin bütün hovosini öldürə bilər. Bu zərərli vər­
dişlə amansız vuruşmaq bizim müqəddəs borcumuzdur. Biz neftçilər
elmi işçilərimizə kömək əlimizi uzatmalı və onların ixtiralarını tocrü-
bədən keçirməyə imkan yaratmalıyıq...
O, Minayevin üsulunu müdafiəyə başlarkən, kabinetin qapısı açıl­
dı və təkdenbir mədənlərə yolu düşəndə olduğu kimi, indi də uzunbo­
ğaz çəkmə və qalifc şalvar geyinmiş Mirzəyev göründü. O salam verdi
və keçib oturmamış bu iclasın nə üçün çağırıldığım öyrənəndən sonra
Qüdrətə tərs-tərs baxaraq onun sözünü kəsdi:
- Məncə, - dedi, - Qüdrət yoldaş məhz nə üçün bu trestə göndə­
rildiyini mendən de yaxşı bilir. O, buradan neft çıxarmaq üçün təyin
213 O V


olunmuşdur. Ancaq bele görünür ki, o, elmi-tədqiqatla məşğul olub,
öz vəzifəsini unutmuşdur.
Elə bil hamının başına qaynar su tökdülər. “Azəm eft” birliyində
böyük vəzifə sahibi olan bu adamın qabalığı, hətta Minayevin ixtirası­
nı ciddi tənqid edənlərin də əsəbinə toxunurdu. O, yenə eyni sərt və
amiranə bir tövrlə vəzifəsinin böyüklüyünü hamıya göstərmək üçün
qalın qaşlarının arasını düyünləyib, heç kimin üzünə baxmadan gözlə­
rini yerə zillədi: - M əncə belə iclasları ixtisar edib buruqlara getsəniz,
heç də pis olmazdı, Yoldaş İsmayılzadə, siz trestinizin kəsir içində ol­
duğunu nahaq unudursunuz. Men indi başa düşürəm ki, geriliyin səbə­
bi bu cür “elmi” müşavirələrdir.
O, “elmi” sözünü ağzını-burnunu ə y ə -ə y ə , istehzalı bir təbəssüm­
lə deyərkən, Qüdrət buna dözmədi və uca səslə etiraz etdi:
-X e y r , bu deyildir, yoldaş Mirzəyev! Geriliyin səbəbi belə xeyir­

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin