leti, kabinetin qapısı ağzında dayanasan, sözünü deyib qurtarandan sonra, oradan bir baş vağzala gedib, naməlum istiqamətdə yola düşə sən. Buna da ki, çox adam razı olmaz. Çünki vətənindən didərgin düşmək heç kəsin ürəyindən deyil. * Dmitrinin qanı başına vurdu: - A x, siz!.. H ələ bir mühəndis adını da daşıyırsınız! Mühəndis narazılığını gizlədə bilmədi. - Məni niyə təqsirləndirirsiniz? Mənim günahım nədir? Minayev əsəbi bir tərzdə qolunu qaldırıb saldı, dişini qıcadı ve mühəndisə baxa-baxa başını buladı: - Günahınız çoxdur, - dedi, - əvvəia odur ki, siz orada fikrinizi de məkdən qorxursunuz, ikincisi də, dalda danışırsınız. Doğrusu belə şeylərdən mənim xoşum gəlmir. - Axı... Dmitri Semyonoviç... inən... Minayev artıq onu dinləməyib, Mirzəyevin qəbul otağına tərəf yö nəldi və onun qapısına əl atanda, stolun dalında oturub telefonda kimi isə acılayan katibənin cır səsini eşitdi. 210 < 2 V
- Yoldaş Mirzəyev bu gün heç kəsi qəbul etmir! Lakin Dmitri onun sözünə əhəm iyyət vermədən özünü içəri saldı. Saysız-hesabsız portretlərlə bəzənmiş uzun otağın qurtaracağında, pencərə qabağındakı enli yazl stolunun dalında böyük bir iştah ilə səhər naharı yeyən yoğun, gödək adam Minayevi gülər üzlə qarşıladı vo əlilə qabağında ona yer göstərdi. - Əyləşin, Dmitri Semyonoviç, - dedi, — sizdən nə əcəb? Mirzəyevin bu nəzakəti de Dmitrinin qəzəbini soyutmadı. - Sizə no olub? N ə üçün kefiniz yoxdur? — deyə Mirzəyev yemək lə dolu ağzını əlilə Örtdü və nəhayət yem əyi uddu... Minayev oturmadı: - Mən bir sualıma cavab almaq üçün buraya gəldim. Naharınızı qurtarın, mən gözlərəm. - Eybi yoxdur, eybi yoxdur, menə mane olmursunuz, buyurun.