Dmitri Semyonoviçin ilk sualı bu oldu: - İnsanlarda ikiüzlülük nədən əm ələ gəlir, yoldaş Mirzəyev? Mirzəyevin qalın və əyri qaşları dartıldı. - Mən mühəndisəm, psixologiyadan başım çıxmır, - dedi. - Amma siz rəhbər işsiniz! Mirzeyev Dmitrinin bu sözlərində ne isə bır istehza nidası duydu, nə qədər özünü saxlayıb ona cavab verməmək istədisə də, bacarmadı. - N ecə məgər, bəlkə sizin buna şübhəniz var? - Bəlkə görünür ki, var, - deyə Minayev kirpiklərini qırpmadan müsahibinin gözlərinin içinə baxdı. - İkiüzlülük qorxudan əm ələ gələn bir xəstəlikdir, yoldaş Mirzəyev. - Bu məlumatınız üçün sizə yalnız təşəkkür edə bilərəm, - deyə Mirzəyev kinayəli bir əda ilə başını qaldırıb saldı. - Ancaq mən bilmək istərdim: bu sözləri deməkdə məqsədiniz nədir? - Məqsədim odur ki, bəlkə də sizə molum olan bir həqiqəti təkrar edim. Siz ixtira büronuzda bəzi yoldaşların gözünü necə qorxutmuşsu nuzsa, öz fikirlərini deməyə ehtiyat edirlər, daha doğrusu qorxurlar. Mirzəyev yerində gərnəşdi: - Qorxmamaq üçün gərək fikir, fikir olsun, Aydındırmı? - Aydındır. Lakin o qədər də düz deyil. Əgər onların rəyi sizin üçün bu qədər əhəm iyyətsizsə, nə üçün büroda işlədirsiniz? Mirzəyev rəsmiyyətə keçdi: - Bilirsinizmi, bu yalnız mənə aid məsələdir. Bu işə men cavab dehəm. Mən də adamları seçməkdə müstəqiləm. Ancaq bilmək ol mazım, nə məsələdir? 211
- Mənim ixtiram... - Aha, sizi danışdıran yalnız şəxsi mənfəət duyğularıdır! - Mən bu dildə danışmağa adət eləm əm işəm , yoldaş Mirzəyev. - Mən də. Baxarıq, Yoxlarıq. Yaxşı ixtira bizi hər zaman sevindirir. - Büronuzda bununə üçünsə görmürəm.