İsmayılzadəni götürün! Qüdrət qulağının dibinəcən qızardı, yanaqları xal-xal oldu. Az qala bütün ümidləri alt-üst olub getdi. - Azdır, yoldaş Lalə, azdır! — deyə katib sözünə davam etdi. — Srağa gün bir ayda əlli metr qazan ustanıza rast gəldim. Bu nədir? Qüdrət dərindən nəfəs aldı: “H ələ mənə briqada göndərməyindən xəbəri yoxdur” deyə fikirləşdi. - Bilirəm, başqa trestlərə də kömək edirsiniz, deyə katib Lalənin utandığını duyub gülümsədi. - Əlbəttə, mən sizi başa düşürəm. Ancaq belə köməklər, bəzən ziyan da verə bilər. - Düzdür, - deyə Qüdrət yerindən söz atdı. - Bu, avral əhval- ruhiyyəsi yaradır. - Ramazan buna razı ola bilməzdi. Briqadanı geri yollamaqda mən ona haqq verirəm. Əlbəttə, qazıma planını hər gün yüz iyirmi faiz ödə yən bir usta bu köməyi təhqir hesab etməkdə haqlıdır. M əgər trestin geriliyi yalnız fəhlə qüvvəsinin azlığındandtr? Əlbəttə, yox! Fəhlə qüvvəsindən səmərəli istifadə edilmir! * Adi bir qəzet üslubunda, ancaq dərin bir atəşlə deyilən bu son cümlə Qüdrətin qulağında yeni bir ahənglə səsləndi. Ona elə gəldi ki, çoxdan bildiyi bu adi və sadə həqiqəti, əsil mənasında yalnız indi başa düşür. - Yoldaş İsmayılzadə, - deyə Aslanov Qüdrətə üz tutdu, - söylə yin görüm, nə üçün üç yüz beşinci buruqdan yalnız əlli ton neft almır? Görünür, yoldaşlar nəyi isə korlayıblar. Mən o bııruğa çoxdan b ələ dəm. Qüdrət ayağa qalxdı. Trestindəki bütün köhnə quyularla yaxşı tanış olduğu üçün, katibin noyə işarə etdiyini bilirdi. - Belədir, - deyə bir an duruxdu v ə sonra həyəcanını boğmağa ça lışaraq, sakit və təmkinli bir tərzdə izaha başladı: - Həmin buruq doğrudan da trestin gözü hesab olunur. Ancaq m əsələ burasındadır ki, 208 < 2 V