Aslanov iclasdakılara baxdı. - Əgər, - dedi, - bu yalnız fərziyyə olsaydı, Mərkəzə bunuyazma- ğın nə mənası vardı? Qüdrət: “Aha, məktubdur!11 - deyə xəyalından keçirdi. Aslanov isə artıq izaha ehtiyac görməyib, bir neçə yerini cızıb qaraladığı kağızı yanındakı qadına verdi. Qadın çıxıb getdikdən sonra katib, müşavirə nin üzürlü səbəbə görə gec başladığını söyləyərək: - Hamı gehnişdir- mi? - deyə soruşub, müşavirəyə toplaşmış adamları tələsmədən, iri, ala gözlərinin sakit baxışlan ilə süzdü. 206 C 2 V
Onu çoxdan tanıyan Qüdrət bu sakit, lakin nüfuzedici baxışlardan müşavirəyə nə üçün çağnldıqlannı bilməyə tələsdi. Ancaq Aslanovun fikri, bircə dəqiqə ə w o l oxuyub qadına verdiyi məktubda idi. Qüdrət onun neft məhsuluna nə qədər diqqət yetirdiyini, bəzən bu işin hər bir təfərrüatına necə fikir verdiyini yaxşı bilirdi. Qüdrət, neft istehsalına dair qəzet səhifələrində gündəlik məlumatı oxuyanda, katibin üzünü görməsə də sevindiyini və ya kədərləndiyini dərhal təyin edo bilərdi. Çünki neft, respublikada görülən bütün işlərin barometri sayılırdı. Katib neft istehsalının hətta bir faiz azaldığından xəbər tutduqda, yalnız pambığın, təzə salınmaqda olan asfalt yolların və payız əkininə hazırlaşan traktorların deyil, uzaq kəndlərdəki onillik moktəblərin vo qiraət komalarının da taleyi üçün həyəcan keçirməyə başlardı. O: - Bakı ölkənin damarlarına təzə qan dağıdan bir ürəkdir. Bu ürə yin döyüntüsünü dinləyən hər kəs, bütün ölkənin səhhətini öyrənə bilər! - deyəndə, qanadlı sözlərə həvəs göstərmir, uzun illərdən bəri möhkəmləşmiş əqidəsini ifadə edirdi. - Bir m əsələ üçün sizə zəhmət vermişəm, - deyə katib danışığına sadə, lakin qəti bir tərzdo başladı. - Yeni il yaxınlaşır. Bir azdan son