Məşhur konstruktorlardan bir neçəsi mənim ixtiramın layihəsilə tanış 212
dır, Onların fikrincə bu kvadrillerä kütləvi surətdə istehsal etmək də o qədər çətin deyildir. İndi siz də bu barədə Öz mülahizənizi söyləyin. Xahişim budur ki, həmin ixtiranın nə dərəcədə yararlı olub-olmadığı nı təcrübədən keçirmək üçün mənə imkan verilsin. Minayev sözünü qurtarandan sonra uzun bir mübahisə başlandı. Rəylər m üxtəlif idi. Bəziləri Minayevin üsulunu büsbütün rədd edir və öz fikirlərinin doğruluğunu sübut üçün, indiyə qədər ixtira olunmuş alətlərin çox az xeyir verdiyini söyləyirdilər. Bəziləri isə Minayevi qızğın müdafiə edir və quyulan sürətlə istismara buraxmaqda bu üsulun böyük bir yenilik yaradacağını iddia edirdilər. Bu iki cəbhə ara sında tərəddüd göstərən vo qəti bir fikrə gəlm əyən adamlar isə həmin ixtiram təcrübədən keçirməyi elmi idarələrin boynuna atmağı və is tehsalata mane olmamağı məsləhət görürdülər. Nəhayət Qüdrət söz aldı və ümumən trestlərdə ixtiralara qarşı yanlış bir münasibət hökm sürdüyündən danışdı. O göstərdi ki: - Neft sahəsində elmi idarələrin gördüyü iş həqiqətən az deyildir. Bakı mühəndislərinin ən gözəl cəhətlərindən biri də budur ki, onlar işe rəsmiyyetçi yanaşmırlar, hər zaman istehsalatın taleyini düşünürlər. Onlar boş vaxtlarında yeni ixtiralar üzərində çalışırlar. Cəsarətlə demək olar ki, ixtira onların əsas işilə üzvü vəhdətdədir. Ancaq no edəsən ki, yeni ixtiraların imtahandan keçirilməsi, bəzən bu vo ya başqa bir çinov nikin səhlənkarlığı üzündən illər boyu süründürülür... - Qüdrət özünün də bəzi ixtiralarım xatırlayıb, onların istehsalatda tətbiqinə əngəl törə dənləri gözü önünə gətirəndə əsəbiləşdi: - Şəxsən mən də ixtiralara