Usta Ramazan şor qarışanda Qüdrətin evindən birbaş gənc fəhlə lərin ümumi yaşayış evinə getdi. İçəridə Cəmil əllərini belinə qoyub ayaq üstündə durmuş, pəncərədən eşiyə boylanır və dodağının altında Tahir oxuyan mahnılardan birini zümzümə edirdi. Ayaq səsi eşidəndə dönüb usta Ramazana baxdı. Onun tutqun qaşqabağını görüb, kədəri nin sobəbini o dəqiqə başa düşdü v ə Ramazanı əvvəlcə o salamladı. - Xoş gəlm isən, usta! Usta Ramazan cavab verməyib, Tahirin yatdığı çarpayıya yanaşdı, bir söz demək istədi, ancaq nədənsə dinmədi. Tahir iş paltarını qatla yıb səliqə ilə, çarpayısının başından asmışdı. Ona verilmiş başqa dövlət şeylərinin də heç birini aparmamışdı. Usta, Tahirin heyfini Cəmildən alacaqmış kimi, dinm əz-söyləm əz ona qəzəbli bir nəzər saldı, sonra ağır-ağır dilləndi: - Allah ona lənət eləsin! Gör bir neylədi... Günah səndədir. Niyə m ənə demədin ki, o kəndə gedib qayıtmaq fikrində deyil? - Mon neyləyim, ay usta? Mən onun getdiyini sonradan bildim. Mənim günahım yoxdur, usta, deyə Cəmil uzun bir nağıl başla dı: - O günləri iclas çağırmışdılar. Tahir də orada idi. Bərk vurhavur başlandı. Avariyada müqəssir olduğu üçün üstünə düşdülər. Hamı da nışdı. Düz üç saat müzakirə elədik. Başa saldıq ki, belə olmaz, fəhlə sən, gərək fikrin işdə olsun. - Çıxardınız? - deyə usta sebirsizcə soruşdu. - Çıxaraq deyənlər az olmadı, Elə biri Lətifə. Dedİ ki, biz gərək o biri uşaqlara nümunə olaq, amma Tahir təşkilatın adını batırır. Lətifə ne dedi, "çıxaraq?” - Bəli, o təklif elədi ki, o birilərinə ibrət dərsi olmaq üçün bir d ə fəlik çıxaraq getsin. Amma Dadaşlı razı olmadı. Dedi ki, çıxarmaq asandır, tərbiyə eləmək lazımdır. Bərk töhmət verdik.