dirmişdi. Xeyr, burada şəxsiyyət m əsələsi yoxdur. Mirzəyev məni fokstrot oynarkən görsəydi və ya təhqir etsəydi, bu doğrudan da şəxsi m əsələ olardı. Minayevin ixtirası nəticə verərsə, o zaman mən M irze- yevdon yox, o məndən do, iclasdakı yoldaşların hamısından da üzr is təməli olacaq. Mən sizin yanınıza gəlm əyə hazıram, lakin ondan üzr istəm əyəcəyəm . Xeyr, - Qüdrət səsini ucaltdı. - O, qaçmamışdır. Tahir, səksənmiş kimi başını dik qaldırıb gözlərini Qüdrətə zülədi: söhbətin özünə aid olduğunu düşünməkdə o yanılmırdı. O nəinki qaçmamışdır, hətta beş nəfəri də Özü ilə bərabər gətir mişdir. Mirzəyev yoldaşın verdiyi melumat həqiqətə yalnız bu də rəcədə uyğun gəlirsə, onun dediklərinə bir qədər tənqidi yanaşmalı olacaqsınız! Qüdrət dəstəyi yerinə qoydu. Papiros götürüb yandırdı v ə dərin dən qullab vurub Tahirə baxarkən gülümsədisə də, bütün bayramlılar onun əsəbiləşdiyini, əlinin x ə fif titrəyişindən aydm hiss edirdilər, - Yaxşı, qoçaq, - deye Qüdrət Tahirdən soruşdu: - Bu oğlanlar bir konddəndir, yoxsa bir famılyadan? - Hamısı mənim əmim uşaqlarıdır. Ancaq, yoldaş İsmayılzadə, sizdən xahişim budur ki, usta Ramazana zəng edib deyəsiniz. Qorxu ram gecikməyim onu həyəcanlandırsın. Təqsir məndə olmadı. Anam fermadan gec gəldi. Onu görməmiş qayıtsaydım, elə siz de razı olmaz dınız. Qüdrət qəsdən qaşqabağını turşutdu. - Hər halda xəbər verməli idin, - dedi. Tahir dinmədi. Haqlı sözə nə deyə bilərdi? - Gedin, hamınıza iş veriləcək. Tahir buranın qaydasım bilir, o sizi aparar... - Beli, apararam. Bayramlılar kabinetdən çıxdılar. Bir neçə dəqiqə ə w ə l cavanların gəlişindən hədsiz dərəcədə sevinmiş Qüdrət, indi artıq pərt olmuşdu. Telefonla danışan adamın