dı. Ayaqlarında gödək dabanlı, sadəcə qara tufli vardı. Paşa dalı qapıya san oturduğu üçün onu görmürdü. Ayaq səslərini eşidəndə dönüb geriyə baxdı. İxtiyarsız olaraq yerindən qalxdı və qa dına tərəf getmək istədi, amma kəsik qolu yadına düşəndə ayaq sax ladı. - Sabahınız xeyir, deyə qadın Ramazandan yaşınaraq gözlərini yerə dikdi. - Yaxın gəl, qızım Nailə, utanma! - deyə qoca ayağa qalxıb gəli nmə yanaşdı, onun boynunu qucaqladı, bu dəfe özünü saxlaya bilm ə di, uşaq kimi hönkürdü, lakin öz-özündən utanıb ağlamağına tezcə də ara verdi. - Ananın südü sənə halal olsun, bala! - dedi. Paşanın səbri tükənirdi. O, arvadının hər şeydən tez xəbər tutma sının, tez də ürəyini açıb söyləməsini arzu eləyirdi. Əgər Nailənin üzündən narazı göründüyünü azacıq olsa da hiss etsəydi, bu qədər yo lunu gözlədiyi üçün ona təşəkkürünü bildirər: - “sən məni şikəst ikən sevməmişdin, indi ixtiyar senindir” deyərdi. Ramazan ürəyində qövr edən dərdi elə bil göz yaşının köməyilə azaldıb bir qədər yüngülləşdi, yavaş və ağır addımlarla eşiyə çıxdı. Nailə ərinin üzünə baxdı. Onların gözü bir-birine sataşdı. Sanki heç birinin tərpənməyə taqəti yox idi, yenə də həmişəki kimi məsum bir qız utancaqlığı ilo durmuş Nailə, ilk hərəkəti ərindən gözləyirdi. Paşanın dərdi isə get-gedə dağ kimi ağırlaşırdı. Elə bil ayaqlan yerə mıxlanmışdı. O da ilk sözü Nailədən gözləyirdi. İçəridəki sükut elə gorgin, elə həyəcanlı idi ki, onların her biri ayrı-aynlıqda öz ürəyinin döyüntüsünü belə eşidirdi. İnsan ne qədər səbir edə bilərdi? Cəbhədə hər şeydən çox təmkin li və səbirli olmağa öyrənmiş Paşa üçün bu o qədər de çətin deyildi. Ancaq Nailə? Yox, o, dörd illik intizardan sonra daha dözə bilməzdi.