yer tapılmır. O gündən sonra Dadaşlı təşkilat üzvü olanları da, bitərəf cavanla rı da bu mühazirəyə yığmaq üçün dəymədiyi buruq qoymadı. İndi isə çəx şaddı ki, salonda iynə salmağa yer yox idi. - Buyurun, söz sizindir, yoldaş İskəndərzadə, - deyə nəzakətlə Paşaya xitabət kürsüsünü göstərdi. Paşa, cərgələrin qabağında qoyulmuş balaca stoldan bir az arala nıb, düz Tahirin qənşərində dayandı. Onun tək əli bomboş idi. O biri mühazirəçilər kimi notlarını əvvəlcədən yazıb gətirməmişdi. - Mən bu gün cəbhədə gördüyüm İşlərdən danışmayacağam, - deyə Paşa sakit bir səslə sözə başladı. - Lazım olsa, bu barədə son ra sizə söhbət edərəm. Meni ən çox maraqlandıran müasir gənclərimi zin əxlaqı məziyyətləridir... Əxlaq özü nədir? Paşanın gözləri salondakılara deyil, hara İsə başqa bir nöqtəyə dikilmişdi. Amma o bütün dinləyənləri birdən-birə ələ aldı: - M ən Avropa ölkələrini bir dəfə də olsun görməmişdim. Onların mədəniyyətindən danışılanda mən daima heyrətlə dinlərdim. Mənə elə gəlirdi ki, hər bİr avropalı, bizdən on azı iki əsr irəlidədir. Ancaq əsil həqiqətdə no gördüm? Gördüm ki, bu vaxta qədər bizi en adi bir əfsanə ile aldadırlarmış. Mən gördüm ki, ən sadə bir azərbaycanlı da tərifli avropalılardan qat-qat üstündür. Yaxşı avropalının gözü isə biz də, bizim mədəniyyəti mizdədir. Mən qərb ölkələrində yaşayan xalq lara baxanda, bizim gənclərə məhəbbətim birə yüz artdı. tndİ men hər dəfə küçə ilə gedəndə, iclasa gələndə, buruqlara yolum düşəndə, hər bir cavan oğlana, hər bir cavan qıza ürək döyüntüsü ilə baxıram. Vax- tilə onların əxlaqında qüsurlu saydığım cəhət də indi m ənə xoş gəlir. Biz çox vaxt onlann zahirən qaba görünən hərəkətlərinə baxıb deyi rik: “Bu cavan nə pozğundur!” Amma biz yanılırıq! Biz çox tələsik 233 O V