dən aralanıb stol arxasına keçdi, dostoyi götürdü. -- Hə, hə, mənim qızım... Trest adından ustaya de ki, mən ona təşəkkür elan edirəm. Mükafat də öz qaydasilə. Bütün briqadaya! Briqada acdır. Mən bunu bilirəm. Qorxmasınlar. Mən onları unutma mışam. Ggər bunun üçün toyyaro do lazım olsa, düzəldib yemək gön dərəcəyəm. Elo belə də deyərsən! Qüdrət dəstəyi yerindən asanda şadlığından bir yerdə qərar tuta bilmir, gəzinir, yenə də Mirzəyevə müraciət edib deyirdi: - Varam belə adamlara! Bu günə qədər yemək göndərməyimizə razı deyildilər. Qoca Ramazan deyirdi ki: “Lazım deyil, ölüm-itim olar”. 276 < 3 ^
- Bəs indi necə, istəyirlər? - Yox, yenə də razı deyillər? Amma, doğrusu, zarafat deyil. Üç gündür dənizdə bütün nəqliyyatın hərəkəti dayanıb. Camaat bir saat belə istirahət eləməyib. Yorğunluq, aclıq yəqin onları əldən salıb. N ə təhər olsa yemək göndərəcəyəm! - Gedənlər dənizdo qərq olsalar, kim cavab verəcək? - Özləri! - Necə yəni özləri? Mirzəyev heç özü də fərqinə varmadan sualını amiranə bir tövrle verirdi. Lakin Qüdrət üçün bunun heç bir əhəmiyyəti yox idi. O, yenə otaqda var-gol cdorok, birdən dayandı: - Özləri cavab verəcəklər. M ən bu işə könüllüləri göndərəcə yəm! - dedi: - Bunun məhkəməsi var, prokuroru var! Qüdrət bu dəfə gərgin bir fikrə getdi. Lakin onu həyəcanlandıran Mirzəyevin dediyi sözlər deyildi. O indi yalnız Mirzəyevin xasiyyəti haqqında düşünürdü: “Axı bu neft sahəsinə haradan gəlib düşmüşdür? Məhkəmə, prokuror... Onlardan mən ne üçiüı qorxmalıyam? Mirzə yev, sən bilirsənmi ki, məhkəmə ilə prokuror yalnız caniləri qorxuda bilər? Yox, aşna sən belə sözlərlə mənim inadımı zəiflədə bilməzsən!