Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


Şirmayı inam v ə m əhəbbətlə çalırdı. Dinləyənlərin üzündə



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə370/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   366   367   368   369   370   371   372   373   ...   382
Sechilmish eserleri II cild

Şirmayı inam v ə m əhəbbətlə çalırdı. Dinləyənlərin üzündə
səmimi və sadə bir təbəssüm vardı. Analar v ə atalar hər bir uşağın
məharətinə sevinirdilər.
Qüdrət özü de heyrət içində donmuşdu. İlk dəfə idi ki, Şirmayının
çalmasına belə diqqətlə qulaq asırdı: “Afərin, qızım!” deyə dodaqal-
tında onu tərifləyirdi.
- Bu qız sizındirmi? - deyə yan tərəfdən bir qadın soruşdu.
300
Qüdrət dönüb baxdı. Qadını tanımadı. Balkonda da boş yer qalma­
mışdı.
- Bax, bu qızdan gözəl pianoçu çıxacaq! - deyə həmin qadın,
yanında durmuş başqa bir qadına baxdı. - Mən onu məmnuniyyətlə öz
sinfimə götürərəm!
Qüdrət qadından soruşdu:
- Yaxşıdır, hə?
- Bəli, bəli, — deyə qadın heyranlıq əlaməti olaraq başını qaldırıb
saldı. Qüdrət qadını yalnız indi tanıdı: məşhur musiqi müəlliməsi
Şeyda xanım idi.
Şirmayı son akkordları vurub ayağa qalxdı v ə yüyürə-yüyürə səh­
nəni tərk elədi. Salondakılardan heç bir səs çıxmadı. Şirmayıya əl
çalan yox idi. Qüdrətin alnım soyuq tər basdı. O, dinləyənlərə baxdı.
Sükut davam edirdi.
Birdən sürəkli alqışlar qopdu, İndiyə qədər çalan uşaqlardan birini
də bu qədər çox alqışlamamışdılar. “Bis, bis!” deyə qışqırırdılar.
Qüdrət yaylığı ile alnının tərini sildi...
8
Bu zaman dənizdə tufan daha da şiddətlənmişdi. Hər tərəf zülmət
içində idi. Əgər sahil boyunda Bakının x ə fif v ə bozumtul bir dumana
bürünmüş sayrışan işıqlan görünməsəydi, Tahir də, briqada üzvləri də
dünyanın sonu yaxınlaşdığını güman edərdilər. Bütün qurğu yerindən
sarsılıb uçmaq dərəcəsinə gəlir, mexanizmlərin səsi tufanın qorxunc
uğultusuna qarışırdı. Lakin qazıma işi eyni sürətlə davam edir, proyekt
dərinliyinə yetişmələrinə çox az qalırdı.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin