İndi hər şey Laləyə aydın oldu: bu adamlar Dövlət Müdafiə Komi təsinin keçici bayrağını Qüdrətin trestinə aparmağa gəlmişdilər. - Gərək onlar Ramazanın briqadasına təşəkkür eləsinlər! — deyə Lalə, baş mühəndisin üzünə baxmadı, qaşqabağını salladı. - Siz Qüdrətə altı ay vaxt vermişdiniz. Ancaq görünür nəyi isə nə zərdən qaçırmısımz. Lalə həyətdəki dəstənin ikinci mərtəbəyə qalxdığını görüb söhbə tə ara verdi. Qapı açıldı. Əlində qarmon tutmuş Mişa, sazını qoltuğu na vurmuş Tahir hamıdan qabaqda gəlirdi. D əstə nəfərlərinin çoxusu cavanlardı. Bayramlılann da hamısı burda idi. Cəmil Tahirlə yanaşı durmuşdu. - Salam, yoldaş İsmayılzadə! - deyə Mişa sözə başladı v ə Lalənin stolu arxasındakı divardan asılmış bayrağı göstərdi. - Yarışda qalib gəldiyimiz üçün, Mərkəzi Komitənin göstərişi ilə bu bayraq indi bizim trestə verilir! Məmməd Bayramlı ucadan qışqırdı: - U-u-u-r-ra!.. Hamı gülüşdü v ə ura səsləri kabineti titrətdi. Lalə ne isə bir söz deməli, bu məğlubiyyətdən pərt olmadığını söyləm əli idi: - Biz sevinirik, yoldaşlar!.. — dedi və bir an duruxdu. — Sevinirik ki, bizim dostlarımız çətin vuruşmadan qalib çıxıb, belə bir şərəfə nail oldular. Lakin... - Lalə gülümsündü. - Lakin bu hələ işimizin başlan ğıcıdır. Bizim trest də özü üçün nəticə çıxaracaq! - Lalə bayrağa ya naşdı, onu divardan götürüb, döşündə hərbi medallar parıldayan Məmməd Bayramlıya verdi. - İki cəbhənin qəhrəmanına verilsə yax şıdır, - dedi. 10
307
Məmməd Bayramlı daha da ucadan qışqırdı: - Biz söz veririk ki, bu bayraq həm işəlik bi-bizdə qalacaq! Bu anda telefon zəngi cingildədi. Lale dəstəyi götürdü: