- Mənəm!.. - dedi. - Sol əlini yanaqlarına çəkdi. Otaqdakı adam ların hamısı kiridi. Kiminsə, məhz bayraq haqqında danışdığını hamı aydın hiss edir di. Lalə aralıqdakı həyəcanlı sükutu pozdu: - N ə olar ki? Dava iki faizin üstündədir. Siz yüz iyirmi İki, bir yüz iyirmi... Bundan sonra canımıza cəfa basarıq, Qüdrət! - Lalə qızardı, - unutma ki, iki il saxlamışıq, bir ay da sizdə olsun görərik!.. Lalə dəstəyi yerindən asanda, qarmon səsləndi. Mişa qaytağı çaldı. Səməndəri xatırladı. Bütün dəstə hərəkətə gəldi. Məmməd Bayramlı qabağa düşdü və hamı onun dalınca eşiyə çıxdı. Lalə gülə-gülə trestin baş mühəndisi nə baxdı. - Ramazanın buruğu gündə neçə ton verir? - Beş yüzdən çox... - Mən çox şadam, — deyə Lale, narahat halda, qeyri-ixtiyari olaraq, stolun üstündəki kağız-kuğuzları araşdırdı. Ancaq o, birdən baş mü həndisə durğun bir nəzər saldı. - Bəs biz? Müharibənin ən ağır günlərində neft İstehsalını bir faiz də aşağı salmamış bu trest üçün, bayrağın əldən çıxması əlbəttə ağırdı, - Hamını ayağa qaldırmaq lazımdır! Bİz yəqin tuzlara ümid bağla mışıq, - deyə baş mühəndis Aslanovun tənqidini xatırladı, amma lalə nin həyəcanım öuyuəibır dana dinmədi... 11
Qüdrətin maşını sahildə dayanmışdı, ö z ü tanış müxbirlə yanaşı durub, sakit-sakit ləpələnən dənizə baxırdı. - Mən sizi çox gözlədim, - deyirdi, - indi Ramazan artıq poeziya dan prozaya keçmişdir. Yalnız iki gündən sonra təzə buruğu qazımağa başlayır. Müxbir, sual verir kimi, Qüdrətin üzünə çəpəki nezer saldı. - İstirahət bizim dildə əsil prozadır!.. - deyə Qüdrət əlavə elədi. - Bir də, biz indi köhnə səhvimizi təkrar etməyəcəyik. Adətən trestin müdirlərinin bir çoxu ümidini ayn-ayn briqadaların nümunəvi işinə