Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə377/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   374   375   376   377   378   379   380   381   382
Sechilmish eserleri II cild

udquna dinləyirdi.
Sergey Timofeyeviç briqada üzvlərinin “Çapayev” qayığına tərəf
getdiklərini görüb, brezent plaşını qoltuğuna vurdu v e kənarda qurda­
lanan Hey derə döndü:
- Oğlum, - dedi, - camaata xəbər vermisənmi?
Heydərin başı sinəsinə endi. O, utana-utana dilləndi:
- Xeyr, Sergey Timofeyeviç, özünüz xəbər verin.
- Nəyi? - deyə usta Ramazan təəccüblə soruşdu.
Vasilyev bütün briqadaya üz tutdu:
- Bu gün hamınızı Heydərin toyuna dəvət edirəm! Şərtimiz bu idi
ki, quyunu qazıb qurtaran günü olsun. Saat onda buyurun, gəlin.
Lətifə də sözə qarışdı:
- Kimi alır, kimi alır?
- Bilmirsən? - deyə Tahir qıza baxıb hiyləgərcəsinə gülümsədi.
- Seygey Timofeyeviçlə qohum olur da.
Hamı yorğunluğunu unudub, sevinclə Heydərə baxırdı.
Ramazan isə mənalı-mənalı dostlarım süzərək deyirdi:
- Seygey Timofeyeviç köhnə dünyadan hayıf alır, uşaqlar. Bizim
dostluğumuz qohumluğa keçir.
“Çapayev”in motoru guruldadı.
Hamı sürətlə qayığa doluşdu. O, hərəkətə gələndə Tahir sazını çı­
xardı və köhnə bir aşıq mahnısı oxudu:
Görüm, ay bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun!
Bütün briqadanın gözü Heydərə zillənmişdi. Yalnız Tahirlə, Lətifə
bir-birinə baxırdı...
306
On gün sonra, Lalə öz kabinetində oturub dünənki işlərin yekunu­
na dair məlumat cədvəlini gözdən keçirəndə, eşikdə qarmonda çalınan
oyun havasım eşidib, ayağa qalxdı v ə pəncərəyə yanaşdı. Trestin hə­
yətində böyük bir dəstə durub, ortada oynayan adama ə l çalırdı.
- Bu nədir, günün günorta çağı n ə konsertdir? - deyə Lalə, içəri
girən baş mühəndisdən soruşdu.
- Aparmağa gəliblər?
- N ə y i?
- Axı onlar yarışda qalib çıxdılar!

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin