fəaliyyət nəticəsində yararsız vəziyyətə düşmüş torpaq sahələrinin ümumi sahəsi 33,3
min ha-ya çatır ki, bunun da 10,6 min ha və ya 31,8%-i neft - qazçıxarma sənayesinin
düşməsində açıq üsulla istismarı həyata keçirilən tikinti materialları yataqlarının da
payı az deyildir. Hazırda yarımada ərazisində 1093 ha torpaq sahəsi əhəngdaşı və
digər faydalı qazıntı yataqlarının istismarı nəticəsində sıradan çıxmışdır. Qeyd etmək
lazımdır ki, faydalı qazıntı yataqlarının işlənməsi torpağa ciddi antropogen təsir
xammaldan kompleks şəkildə istifadə edilməməsi nəticəsində əmələ gələn tullantılar
33
1179,8 ha-dan çox torpaqların çirklənməsi və deqradasiyasına gətirib çıxarmışdır.
Neftin tərkibində olan toksik xassəli aromatik karbohidrogenlər, müxtəlif üzvi
və qeyri-üzvi kimyəvi birləşmələr, o cümlədən ağır metallar zərərli təsirə malikdirlər.
Abşeron yarımadasının ekosistemlərinin, o cümlədən torpaq örtüyünün
çirklənməsində ağır metallar başlıca və təhlükəli rola malikdirlər. Ağır metallar
torpaq profilində toplanaraq bitkilərə, heyvanlara miqrasiya edirlər. Ərzaq
məhsullarında toplanırlar, insanların orqanizminə daxil olurlar. Torpaqların
deqradasiyasına səbəb olur, ətraf mühiti çirkləndirirlər. Ağır metallar içərində mis,
cink, civə, kadmium, vanadium, kobalt, molibden, nikel yüksək toksikliyə malikdirlər
[4, 10, 27].
Dostları ilə paylaş: