36
paqların üst qatında uranın miqdarı 2,16-1,3∙10
-4
%, radiumun miqdarı 1,1-0,55∙10
-4
%, toriumun miqdarı 3,3-0,65∙10
-4
% təşkil etmişdir.
F.V.Sultanzadə (1997) tərəfindən Lökbatan, Balaxanı, Binəqədi, Ramanı və
Suraxanı rayonları ərazisində neftəbulaşmış ərazilərin radioaktiv vəziyyəti və torpaq
profili boyu radioaktiv maddələrin paylanması öyrənilmişdir [28].
Lökbatan və Balaxanı rayonları üzrə neftəbulaşmış torpaqların sahələrində
uranın miqdarı (3-2,2∙10
-4
%), radiumun miqdarı (2,45-6,1∙10
-4
%), toriumun miqdarı
(7-8∙10
-4
%) klark vahidlərindən 2-3 dəfə artıqdır. Ramanı və Binəqədi rayonları
ərazisi torpaqlarında isə radioaktiv maddələrin miqdarı U (Ra) 0-1∙10
-4
%, Th 0-
0,2∙10
-4
% normadan artıq deyildir.
Radioaktiv elementlərin torpaq tipləri üzrə paylanmasına nəzər salsaq, su-
varılan şorakətvari boz-qonur torpaqların üst qatında toriumun miqdarının yüksək
olduğunu görürük: 2∙10
-4
%, uranın yüksək miqdarına şorakətvari boz-qonur torpaqlar
malikdirlər: 2,4∙10
-4
%, toriumun ən yüksək miqdarına bataqlaşmış boz-qonur
torpaqların üst qatında (0-10 sm) rast gəlinir: 4,37∙10
-4
% (şəkil 3.).
Ümumi radioloji aktivliyə profilin üst qatında bataqlaşmış boz-qonur torpaqlar
- 69,96 Bk/kq, profilin orta qatlarında isə suvarılan şorakətvari boz-qonur torpaqlar –
88,47 Bk/kq malikdirlər. Texnogen torpaqların radioaktivliyi isə təbii ki, bütün
göstəricilər üzrə yüksək olub, ümumi aktivliyi 122,18 Bk/kq təşkil etmişdir.
Torpağın radioaktivliyinin profil boyu dəyişilməsinin ümumi tendensiyası
belədir: üst horizontda radioaktiv elementlərin yüksək miqdarı profilin ortalarına
doğru azalır və ana süxura doğru getdikcə yenidən artır. Bu torpaqların “C” qatında
(113-130 sm) uranın miqdarı 2,6∙10
-4
%, toriumun miqdarı 3,67∙10
-4
% təşkil etmişdir.
Ədəbiyyat mənbələrindən məlum olur ki, Abşeronun təbii radioaktiv fonu 6
mkr/saat təşkil edir. Abşeronun bəzi hissələrində lokal şəkildə insanın təsərrüfat
fəaliyyəti nəticəsində radioaktivlik radiasiya fonuna nisbətən dəfələrlə artıq olur, bura
əsasən NQÇİ əraziləri, neft istehsalı tullantıları toplanmış ərazilər (şlam, lay suları),
yod zavodunun əraziləri aiddir. Belə yerlərdə radiasiya fonu 800-1000 mkr/saata
çatır. Radiasiya çirklənməsi əsasən tərkibində radium, radon və s. olan toz hesabına
baş verir. Balaxanıneft və Binəqədineft neft-qaz çıxarma idarələrinin (NQÇİ)
37
ərazilərində radionuklidlərlə çirklənmiş sahələrə rast gəlinir.
Dostları ilə paylaş: