38
Şəkil 4. Abşeron yarımadasınn ı torpaq-ekoloji vəziyyətinin qiymətləndirilmə diaqramı
Abşeron yarımadasında pozulmuş torpaqların təsnifatını ilk dəfə M.P.Babayev
(1975) vermişdir. XX əsrin 80-cı illərində Q.Ş.Yaqubovun rəhbərliyi ilə Abşeronda
neft və qaz çıxarma nəticəsində pozulub sıradan çıxmış torpaqları öyrənilmiş və
1989-cu ildə ilkin variant kimi təsnifatı verilmişdir. Sonralar Q.Ş.Yaqubov (2003) bu
işi davam etdirərək neft-qaz istehsalı nəticəsində pozulmuş torpaqların təsnifatını
daha da dəqiqləşdirmişdir [22].