Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   27   28   29   30   31   32   33   34   ...   40
Mehdiyeva Səadət Fazil qızı

III FƏSIL 

 

ABŞERON YARIMADASININ SƏNAYE TUILLANTILARI İLƏ 

ÇİRKLƏNMİŞ TORPAQLARININ YAXŞILAŞDIRILMASI 

TƏDBİRLƏRİNİN ARAŞDIRILMASI 

 

3.1. Abşeron yarımadası ərazisində ekoloji şəraitin yaxşılaşdırılmasının 

əsas istiqamətləri 

 

Statistik  məlumatlara  görə,  Abşeron  yarımadası  ərazisində  200-dən  çox  göl 

vardır.  Bu  göllər  yarımadanın  iqlim  şəraitinin,  su  balansının  tənzimlənməsinə  və 

ekoloji  şəraitə  ciddi  təsir  göstərir.  Onların  təbii  sərvətləri  illər  boyu  yarımadada 

yaşayan  əhalinin  təsərrüfat və sosial-iqtisadi ehtiyaclarının ödənilməsi  üçün istifadə 

olunmuşdur. Bəzi göllərin sahilində yaşayış məntəqələri salınmış, onlardan balıqçılıq 

məqsədləri üçün istifadə edilmişdir. 

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin hesabatlarında göstərilir ki, son 

əlli  ildə  göllərin  ekoloji  vəziyyəti  kəskin  surətdə  dəyişmişdir.  Yarımadada  neft 

sənayesinin inkişafı nəticəsində formalaşan mədən sularının, habelə məişət-təsərrüfat 

axınlarının birbaşa göllərə axıdılması onların çirklənməsinə və sahəsinin böyüməsinə 

səbəb  olmuşdur.  Belə  ki,  göllərin  sahələri  ilkin  vəziyyətə  görə  2,5-3,0  dəfə  artmış, 

sularının  tərkibindəki  neft  məhsullarının,  fenolların,  səthi  aktiv  maddələrin,  ağır 

metalların və digər zərərli maddələrin qatılıqları yol verilən normalardan on dəfələrlə 

yüksək olmuşdur [12].  

Abşeron  yarımadasındakı göllər  ərazinin 2,5%-dən  çoxunu  əhatə  edir  və  əksər 

hissəsi kiçik ölçülü olub ilin isti dövründə quruyur. Belə ki, 10 gölün sahəsi 1,0 km

2

 



dən  artıqdır.  Göllərin  əksəriyyəti  yarımadanın  mərkəzi  hissəsində  cəmləşmişdir. 

Mənşəyinə görə bu göllər endogen, ekzogen və antropogen qruplarına ayrılır. Son 10 

ildə  göl  hövzələrinə  antropogen  təsirlər  artmış  və  onların  hidroloji  rejimləri 

dəyişilmişdir.  Hazırda  ekoloji  cəhətdən  təhlükəli  Böyük-Şor,  Bülbülə,  Qırmızı  göl, 

Hacı-Həsən,  Çuxur-Dərə  və  Qızıl-Nohur  kimi  göllər  öz  sahələrini  xeyli 

genişləndirmişdir . 

Tədqiqatçılar  göstərirlər  ki,  hazırda  Böyük-Şor  gölünə  3  ,  Qırmızı  gölə  3, 

Bülbülə  gölünə  4,  Hacı-Həsən  gölünə  3,  Zığ  gölünə  4,  Qızıl-Nohur  gölünə  2, 




 

 

41 



Mirzələdi gölünə 2, Masazır gölünə 2 mənbədən müxtəlif həcmli tullantı suları daxil 

olur  (Cədvəl 3.1) [11].  




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin