171
“Svabodnı Asiyamn svabodnı qrajdanları, bu xüsusda iki mneniye
bıt ne mojet” kibi cümlələr bu “volepuk”a məxsus cümlələrdəndir. Fəqot
əlbəttə, zənn olunmasın ki, bütün tatar böylə danışıyor. Əstəğfurullah,
bu cinayəti-tarixiyyənin məşum əsərlərindən hala baqi qalmış parçala-
rıdır. Yoxsa müəllimlər, mollalar və ədiblər tərəfindən söylənən tatarca
nə qədər fəsih, nə qədər türkcədir...
Fəqot heyrət olunacaq, canı sıxacaq bir şey var ki, onu bəncə heç
bir “bəhanə” ilə müdafiə etmək olmaz. Bu da məclisin əksərən rusca
ilə idarə olunmasmdan ibarətdir. Sədrlər rusca danışıyor. Sonra lazım
görüldükdə tatarcaya tərcümə ediyorlardı. Həmçinin Büro tərəfindən,
Büro və naminə hazırlanan məruzələrin əksəri rusca tərtib edilmiş və
surətlə ərz olunuyordu.
Xülasə, qiyafələr qədər dillər də müxtəlif. Fəqət ruhlarda ittihad,
qiyafələrdəki ixtilafa mane olmadığı kibi başlı və əsaslı nöqtələrdəki
mənalara, dillərdəki ixtilafm dəxi məmaniəti görülmüyor.
Hər kəs acı məcburiyyətlə müxtəlif dildə danışıyor. Fəqət ürəkdə
ümumi və ədəbi bir türkcənin lüzumunu da hiss ediyor.
Birinci gün
Məclis rəsmi surətdə fazili-möhtərəm Musa Bikiyev cənabları
tərəfindən açılıb İbrahim həzrət tilavəti-Qurani-məcid ilə rəsmi-iftitahi
təqdis etdi.
Bədə Musa Bikiyev zamanın əhəmiyyətindən, keçirdigimiz tari-
xi günlərin qiymətindən, hürriyyət üçün olunan fədakarlıqlardan bəhs
edərək dedi ki: “cəmaət, verdigimiz qurbanlar badi-həva sərf olunma-
dı, nəticə hasil oldu”. Daha sonra məclisdə hazır olan müslimələrə işarə
edərək dedi ki, bu vəqtə qədər qurulmuş olan müsəlman nədvələri ax-
saq idi. Çünki vücudi-milliyyəmizin ancaq bir yarısı tərəfindən qurul-
muş öluyordu. Bu dəfə isə artıq millət tam bir vücudla işə girişiyor.
Musa əfəndinin mənaca qiymətli olan bu müxtəsər nitqi alqışlarla
qarşılandı.
Musa əfəndidən sonra Əhməd bəy Salikov cənabları Büro naminə
haziruni təbrik edərək müxtəsərən syezdin nə surətlə tərtib və təşkil
olunduğu həqqində məlumat verdi və azad Rusiya yoluna qurban gedən
172
fədailər yadilə məclisə ayağa qalxmayı təklif edincə minə qərib adam
bir adam kibi ayağa qalxdı.
Bədə heyəti-rəyasətə seçiləcək on rəisin adları oxunub məclis tərə-
findən bilanifaq qəbul olundu. Bü surətlə rəyasətə Əhməd bəy Sali-
kov, Ayaz İshakov, Əlimərdan bəy Topçubaşov, Fateh Kərimov, İbadul-
lah Xocayev, İlyas Alkin, İbrahim Axtemov, Səlimə Yaqubova, Musa
əfəndi Bikiyev, Seyid Cəfər Əhməd, Dustməhəmmədov, İbadullah
Həzrət Apanayev daxil oldular.
Sonra söz hökuməti-müvəqqətə naminə məclisdə hazır bulunan
qeyri-din əhli işlərinə baxan idarənin komissarı Kutlyarovskiyə veril-
di. Komissar birinci azad syezdlərindən dolayı hökuməti-müvəqqətə
naminə müsəlmanları təbrik etdikdən sonra din işləri, məktəb və
sair müsəlman ehtiyacati-milliyyəsi həqqində təhti-idarəsində olan
müəssisənin bir takım əsaslı islahat layihəsi hazırladığını söylədi. Dedi
ki, bu layihələr yaxmda bir qanun surətilə nəşr olunacaqdır. Fəqət eyni
zamanda bunu da əlavə etdi ki, müsəlman syezdi öz tərəfindən baxəbər
adamlar versə və bu xüsusda hökumətə kömək etsəydi, çox əla olur-
du. Federasiya və muxtariyyət kibi əsaslı məsələlər əlbəttə ki, Məclisi-
Müəssisan vəzifəsidir. Fəqət hökuməti-müvəqqətə ixtiyarında olan xü-
suslarda müsəlmanların tələbi hər zaman nəzəri-etinaya almacaq. An-
caq yetişər ki, siz bizə kömək edəsiniz, ehtiyacmızı söyləyəsiniz.
Heyəti-rəyasət naminə Əlimərdan boy Topçubaşov cənabları profes-
sora cavab verdi. Rusca söylədigi bu nitqində Əlimordan boy cənabları
hər şeydən əvvəl “başqa dillər idarəsi” müəssisəsinin müsəlmanlardan
ötrü nə kibi qaranlıq bir mənbə olduğunu və müsəlman tarixində bu
mənbəin nə kibi qara işlər işlədigini bildirdi. 6 yüz ildən bəri Rusi-
ya tabeiyyətində bulunan müsəlmanlarm bu günə qədər hökumət
naminə xoş söz və iltifat görmədiklərini əlavə etdi. Bu qədər gözləyən
səbirli müsəlmanlar əlbəttə ki, Məclisi-Müəssisana qədər də təhəmmül
edərlər. Fəqət bir şey var ki, onu söyləməlidir. Qorxarsan ki, rus cəmaə-
ti də sabiqdəki səhvi təkrar eləsin. Bu vəqtə qədər öylə təsəvvür ediyor-
lardı ki, müsəlmanlara molla ilə məscid ver, artıq heç bir şey istəməzlər.
Fəqət imdi öyiə degildir. Müsəlman ləfzi din məfhumunu anlatıyorsada,
təcrübə və istilahca millət məfhumuna malik olmuşdur. Müsəlmanlar
müsəlman naminə tələb elədikləri maddələrdə milli tələblərini istəmiş
173
I'
oluyorlar. Əlbəttə ki, rauxtariyyət məsoləsini Məclisi-Müəssisan həll
edəcək. Fəqot hökumot imdidən bu nəzərdə olmahdır ki, müsəlmanlar
din və millət işlərinə aid olan işlərində muxtar olmalıdırlar. Özləri öz
müqəddəratlarım həll etməlidirlər. Qoy hökumət əlimizdön alman
vəqf yerlərini qaytarsın. O zaman biz öz milli məktəb və ehtiyacla-
rımızı özümüz təmin edə biləriz. Biz şübhosiz ki, Məclisi-Müəssisanx
gözləyəcəgiz. Fəqət oraya kəndi muxtariyyətimizi tələb etmək üçün ha-
zxrlanıb gedəcəgiz.
Əlimərdan bəydən sonra Moskva xəlq komitəsi naminə Ayaz İs-
hakov haziruni təbrik ediyor. Özünün nəfyidə ikən nə cür qürbət
çəkdigini, bu gün isə milləti içindo olduğu üçün şadlxğından dərisinə
sığmadığınx zikr edərək rus xəlqinin həqqimizdə yanlış bir fikirdə ol-
duğunu bəyanla məcliso müvəffoqiyyətlər diliyor ki, bu sayədə o yan-
lış fikirləri dağxda bilsin.
Müttohid Millətlər Şurası naminə Kenin kürsi-xitabətə çıxaraq rus-
ca söybdigi
T k itq m d ə
müsəimanlaıı təbrik edəxək “Yaşasm
m ilb Ü Ə T
vasitəsi ilə təmin olunan mədəniyyət” deyə kürsüdən eniyor.
Latışlar naminə söz söyləyən zat “Yaşasm Rusiya millətlərmin azad
ittifaqı” - diyor.
Litvalılar naminə Liyunas söylədigi nitqində millətlərin müstəqil
yaşamaya həqli olduqlarxndan bəhs edərək müsəlman həyatına nəqli-
kəlam eJədi. Müslimələrin bu məclisdə hüzurlarını müsəlman millətinin
istiqbalı üçün ümidli və işıqlı bir əlamət saydı və Türküstanda çox ya-
şadığını söyləyərək ora müsəlmanlarımn nə dərəcədə müstəid həyat və
mədəniyyətli olduqlarını təsdiq ilə “Yaşasın müsəlman millətləri!” ni-
dası ilə kürsüdən endi.
Sonra Polşa milləti naminə Lehistan odibi Mitsinski alqışlar içində
kürsiyi-xitabətə gəldi. Tatarhğxn şərqdə Polşa ədəbiyyatındakı təsirlə-
rindən bəhs edərək məşhur Polşa mühorrirlərinin əsərlərində təsvir
olunan qəhrəman tatar tiplərindən nümunələr göstərdi. “Gülüstan”m
polyak dilinə tərcümə edildigini, “Yusif-Züleyxa” hekayəsinin pol-
yakca mövcud olduğunu, leh dilinə tərcümə olunan Cəlaləddin Rumi
əsərlərinin gözəlligini qeyd elədi. Şərq mədəniyyət beşigidir, o beşikdə
böyüyən asari-təməddündən Lehistan çox istifadə eləmiş, o mədəniyyət
ruhu ilə ruhlanmış, ondan ziya almışdır.
174
Şərqin Lehistan üzərindəki ədəbi təsirini ədibanə bir lisanla təsvir
elədikdən sonra möhtərəm ədib siyasətdə Lehistan ilə islam aləmi ara-
sında bir mövəddət və irtibat mövcud olduğunu həyəcanlarla zikr elədi.
Polyaklar heç unudamazlar ki, zavallı vətənlərinin cəbrlə buluşması-
nı ancaq müsəlmanlar protesto etdilər.' Yaşasın müsəlmanlar! (Syezd
ayaq üstə qalxıb natiqi alqışlıyor. Yaşasın azad Lehistan sədası zalı
gumburdatıyor.)
Bundan sonra Kazan müəllimələr qurultayı naminə İffət Tutaş Bur-
naşova fəsih və səlis bir lisan ilə müəllimələr qurultayı tərəfindən
müsəlman syezdini təbrik edərək “bu kişidir, bu qadındır ləfzi qalxar
da, ancaq insandır sözü işlənər” - deyə müxtəsər nitqini alqışlarla ta-
mam ediyor.
Bundan sonra heyəti-rəyasət əzasxndan birisinin təklifi ilə müvəqqəti
hökumətə və soldat vəkilləri şurasına, Buxaraya, Xivəyə, Kəndistan
syezdinə, Dağıstan qurultayına, Vusaq qırğız ictimainə, Türküstan və
K nm komitələrinə teleqraflar göndərilməsi rəyasətə tapşırılıyor.
Bundan sonra Əlimərdan bəy Topçubaşov kürsi-xitabətə keçərək
millətdaş, dindaş, vətəndaşlar - deyə başladığı türkcə nitqinə Qafqasi-
ya müsəlman qurultayx naminə Ümumrusiya müsəlman syezdini təbrik
edir və sizə bir hədiyyə gətirmişəm diyor. Bu hədiyyə Qafqasiya qurul-
tayında məzhəb ixtilaflarınm bərtərəfi xüsusunda hasil olan fotoların
mənzəreyi-ittihadı təsvirdən ibarət Əlimərdan bəyin bu hədiyyəsi gü-
rultulu alqışlarla qəbul olunuyor.
Əlimordan bəydən sonra Dağıstan diviziyası tərəfindən Ilacı Murad
cənabları syezdi təbrik ediyor və Dağıstan naminə söz söylədigi üçün
ümidvarız diyor ki, müsəlman syezdi Dağıstandakı xırda millətləri də
unutmaz.
Sonra Rusiyadakı müsəlman mətbuatı naminə “Vəqt” baş mühər-
riri-möhtərəm Fateh Kərimov cənabları məclisi təbrik ediyor. Şeyxül-
mühərririn böyük İsmayıl bəy Kasprinski tərəfındən təsis olunan
qəzetənin başında “Fikirdə, dildə, işdə birlik” - deyə üç kəlmə yazıl-
mışdır. İmdi bu üç mətləbin hüsuluna imkan var - diyor. Bu üç əsaslı
mətləbə xidmət edən mətbuat xadimlərindən Həsən boy Məlikzadə
Zərdabilə İsmayıl bəy Kasprinskini yad ediyor. Bu münasibətlə
1 Məlum olduğu üzrə Lehistan seymi Türkiyə dövləti tərəfuıdən protesto edilmişdi.
175
məclisdə bulunan Şəfiqə xanıra Kasprinski cənablarma məclis böyük
bir ehtiram göstərərək onu alqışlıyor.
Kərimov cənablarmdan sonra Osman Qutumbəkov müsəlman sol-
datları naminə məclisi təbrik ediyor və üç ildən bəri akoplarda bulunan
milyondan ziyadə müsəlman soldatınm daima millətlə bərabər oldu-
ğu və bundan sonra dəxi onunla bərabər olacağım əsgərcəsinə söyliyor.
Nəhayət, ümumrusiya müsəlman müəllimləri naminə Mustafin
cənablarx syezdi təbrik ediyor və bu təbriklə syezdin birinci günü ta-
mam oluyor.
İkinci məclis
İkinci məclis İbrahim Axtemov cənablarımn rəyasətində açıhr. Hər
şeydən əvvəl dövlət nümayəndəsi professor Kutliyarovskiyə vida üçün
söz veriliyor. Kutliyarovski bu nitqində kəndisinə verilən sualları izah
yolunda diyor ki:
Ruhani idarələri islah həqqində hazxrki hökumətin hazxrlanmış
iayifaəiəri iiə sizi tamşdiTmış idim. Bvı məsələ bvs gün də qalxdığın-
dan öz izahımı vermək məcburiyyətindəyəm. Bizim əlimizdə əvvəlki
müsəlman syezdlərinin materialları var. Lakin biz hazır sizin son-
ki səsinizi, sonki sözünüzü eşitmək istiyoruz. Çıxaracaq qərarlarınızı
bizə məlum ediniz, diləklərinizi məişətə çıxarmız. Məktəb məsələsinə
gəldikdə bunu demək lazımdır ki, bən buraya gəlməkdən əvvəl məarif
vəzarətində oldum. Çünki bu məsələnin sizcə nə dərəcədə əhəmiyyətli
olduğunu nəzərə alaraq sizin tərəfdən veriləcək həqli suala cavab hazır-
layıb gəlməli idim.
M əarif vəzarətində məlum olduğuna görə m əarif vəziri məktəb
məsələsində rus olmayan millətlərin həqli tələbiəri əlbəttə, etibara alı-
nacaq. Bu məsələdə sizin syezdə də işlənib çıxacaq diləkləriniz də eti-
bara alxnxb, çıxarxlan qanunlar bu diləkləri qənaətləndirməgə məxsus
olacaq. Demək, məsələdə də hökumət sizin səsinizə qulaq veriyor.
Məclisi-Müəssisan seçkilərində tənasüb üsulu qəbul etmək
məsələsinə gəldikdə Məclisi-Müəssisan çağırmaq komissiyasında əza
olduğumdan bən bu xüsusda sizə cavab verməliyəm. Fitri tərəfdən bu
tənasüb üsulu ən məqbul üsul. Bu üsul hər bir millətin nə qədər az olsa
176
da, o millətin vəkillərinə hökumət işlərinə qatışmağa yol açıyor. Lakin
xəlq bərabər olmayan yerlərdə onu əmələ qoymaq olduqca çətin olacaq.
Lakin böylə olsa da müxtəlif millətlər yaşayan yerlərdə bu tənasüb üsu-
lu ilə seçki əsasım qəbul etməlidir. Məsələn, Qafqazda, İdil boyunda bu
üsulu əmələ gətirmək mümkündür. Bu səbəbə görə onu qəbul etməlidir.
Fəqət bu sözləri rəsmi surətdə söyləmiyoram. Çünki komissiya-
nın müəyyən bir qərara gəldigi yoxdur. Bular bənim şəxsi fikir və
diləklərimdir (azca alqış).
Vida etmək üzrə Kutliyarovski söyləyir ki: “Sizə səmərəli işlər
diləyirəm. Müvəqqəti hökumət nəzərində sizin şıxaracağmız olduq-
ca mühümdür. O qərarlar sizlər həqqində düzələcək qanunlara əsas
olacaq. Biz syezddən qərarlar gözləyiriz. Burada bahadır müsəlman
əskərlərinin vəkillərini görmək, həm sizin syezdə xatun vəkilələrin iş-
ğal etdikləri mövqeyi görüb şadlığımı izhar etməyə bilmiyoram. Şərq
ilə Qərbi bu günə qədər ayıran bir məsələ varsa, o da Şərqdə xatun
qızlann qulluqda əsarətdə yaşamaları, onların Adəm balası həqqindən
məhrumiyyətləri idi. İştə, siz bu Şərq ilə Qərbi ayıran hasarı uçurmuş-
sunuz. Bu mühüm məsələni mədəni xəlqlərin şanma münasib bir hal-
da həll qılmamz üçün mən könüllə Rusiya müsəlmanlarmı təbrik edi-
yoram. Yaşasm Rusiya müsəlmanları! Rusiya müsəlmanlarına “ura!”
(şiddətli alqışlar).
İb rah im Axtemov - rəis sifətilə syezd ismindən Kutliyarovskiyə
bəyanatı üçün təşəkkür edirəm, həm müvəqqəti hökumətə bunu
söyləməsini rica ediyoram. Rusiya müsəlmanlarımn hamısı Rusiyanm
xoşbəxt olmasmı bütün millətlərin öz işlərində sahibi-ixtiyar olmasın-
da görüyorlar.
Kutliyarovski sağa, sola təzim edərək şiddətli alqışlar daxilində
məclisi tərk ediyor.
Bundan sonra Yədisu vilayətinin vəkili Tacəddin Zeynəddinov bu
vilayət qırğızları həqqində növbə xaricində söz alaraq diyor ki: Yədisu
vilayəti qırğızlardan ibarət. Onlar bundan 60 il əvvəl öz rizalıqları ilə
Rusiya tabeətinə keçmişlər. Fəqət onlar o zaman yerlərin öz əllərində
qalmalarını şərt qoymuşlardı. Fəqət hökumət bu vədəsini pozdu. Qırğız-
ların yerini alıb Rusiyadan köçürülən mühacirlərə verdi. Bu səbəbdən
qırğızların bir çoxu Çinə qaçdılar. Hürriyyət elan edildikdə Çinə qaçan
177
I
qırğızlar geri qayıtmağa başladılar. Fəqət rus mühacirləri bu geri qa-
yıdan qırğızları qılınc gücü ilə qarşıladılar. Qırğızları qırmağa başla-
dılar. Biz Almatada bu məsələnin həll edilməsini tələb ilə Almata icra
komitəsinə müraciət elədik. Fəqət onlardan gərəkincə kömək olmadı.
Bən bu məsələdə sizin köməginizi və lazım yerinə müraciətinizi tələb
ediyoram.
Syezd bu məsələni mühüm, həm qeyri-qabil təxir bularaq bu xü-
susda müvəqqəti hökumətə, Daşkənd icra komitəsinə, Petroqraddakı
Əmələ və Soldat Vəkilləri Şurasmda Türküstan vilayəti komitələrinə
Almatanm vilayət idarəsi komitəsinə və Yədisu vilayət komitələrinə
teleqraf göndərib bu məsələnin təhqiqi ilə müsəlmanların müdafiəsini
və onlarm ayaqları altmda tapdanmasmm saxlanmasım istəməgə dair
qərar çıxardı.
Üçüncü nıəclis
Məclis İlyas Alkin rəyasətində açıhyor. Zantukin cənabları gürcülər
TıMTıİYıT) syezd\ ləbıik ediyor. Dryor ki: gürcülər i\ə müsəlmanlar əski
idarə zamanmda ülfətlə yola getdilər. Müqəddəratlarmın birligi səbəbilə
onlar arasmda təbii ittifaq var idi. Bundan sonra da bu ittifaqm davamı
mətlubdur. Bizim federasiya tələb etməmiz siz tərəfdən yaxşı, gözəl gö-
rülüyor. Bizim əlimizdən gəldigi qədər sizə kömək edəriz. Hər millətə
kamil muxtariyyət verilməlidir. Yaşasm qoşma xəlq cümhuriyyəti. Ya-
şasm alicənab müsəlman xəlqi (şiddətli alqışlar).
Rəis bu gün məclisdə üç daklad oxunacağım elan ediyor.
1)
Məmləkəti idarə üsulu həqqində (bir neçə doklad) 2) Nəşri-məarif
işlərinə dair 3) Ruhani məsələlərə aid daklad.
***
Syezdin üçüncü məclisi siyasi dokladlara (məruzələrə) münhəsir ol-
muşdu. Əvvəlcə Əhməd bəy Salikov cənabları rusca yazmış olduqları
uzun məruzələrini oxudular. Məruzənin oxunması təqribən saətyarım
davam elədi. Məruzə aşağıdakı əsasları havi idi.
İntibah (oyanmaq) iki qism olur. 1) Mədəni intibah, 2) Siyasi inti-
bah. Rusiya inqilabı bu iki cəhətdən də müsəlmanlara böyük və ge-
178
niş yol açıyor. Biz Rusiya müsəlmanları bu fürsətdən faidələnməliyiz.
Fəqət bununla bərabər iki mədəniyyətin, Şərq ilə Qərb mədəniyyətinin
biri-birisinə gəlib çatdığı bir yerdəyiz. İslam mədəniyyəti ilə işıqlamb
yaşadığımız halda Qərbdəki böyük fikir və qayələr təsiri altındayız.
Biz o Qərb qayələrini, Qərb mədəniyyətini müsəlman Şərqinə peyvənd
etməgə, o qayələri özümüzün Asiyadakı qardaşlarımıza bildirməgə
borcluyuz. Demək, əvvəlcə islam mədəniyyətinin tazələnməsinə, son-
ra da müsəlmanları avropalılarm istibdadmdan qurtarmağa borclu-
yuz. Bu məqsədlərə yetişmək üçün bizə 1) mədəni, həm 2) güclü siya-
si mərkəz - mərcə gərək. Mədəni mərkəz düzəltmək üçün bizə mədəni
muxtariyyət lazım olsä, ikincisi üçün də öz siyasi qüvvətlərimizi bir
tərtibə salmaq lazım. D oğrudur ki, siyasi mərkəz diizəltmənin ən
doğru yolu ay rı hökum ət düzəltm əkdir. Ancaq bu xüsusda bizə xəyal
etmək də müvafiq degildir. Bunun üçün də yalnız bir yol qalıyor ki, o
da: Rusiya hökumətinə təsir edib öz məqsədlərimizin həyata çıxması-
na çahşmaqdır. Biz Rusiyadakı müsəlmanlar öz çoxluğumuz və birli-
gimiz sayəsində hökumət işlərində mühüm mövqelər tuta biləriz. Əski
hökumət bizi saya salmıyordu. Lakin tazə xəlq hakimiyyətinə binaən
qurulan idarə bizim diləklərimizi etibara alacaq. Fəqət yeni Rusiya öz
məqsədinə yetmək və bütün millətlərinə hürriyyət verə bilmək üçün
onun bir və bütün qalması lazımdır.
Filosof Bulunçli “hər millət ayrı hökumət qurmalıdır. Dünya
millətlərin sayı qədər dövlətlərə bölünməlidir. Hər dövlət milli bir
hökumət, hər hökumət də milli bir üzviyyət vücuda gətirməlidir” di-
yor. Əgər bu əsas qəbul edilsə, o zaman bizim Rusiyadan ayrılmağı-
mız məsələsi doğacaq. Lakin bu ayrılmaq məsələsi hazırki gündə heç
bir partiyanm proqramına girəməz. Çünki Rusiya müsəlmanları Ru-
siyanm bütün yerlərinə dağılmış, onların sanları da müxtəlif yerlərdə
müxtəlif miqdardadır. Müsəlmanlar cəmən 96 quberniyadadırlar. Bun-
lardan 6-sında yüzdə 9 0 ,3-ündə yüzdə 75,6-sında yarı olub qalanların-
da çox azdırlar. Müsəlman çox olan yerlər ancaq şərq, həm cənub-şərqi
tərəflərdədir. Əgər o yerləri istiqballı el-milli olsaq açı həqiqət qarşı-
sında qalacağız. Hökumət işlərinə hazırhğı olan adamlarımız yox. Bu
xəyal degil, həqiqət. Müvəqqəti Büroya Xivə ilə Buxaradan müraciət
edib də kömək istiyorlar.
179
Hökumətlərin əsas üç qismi olur:
1)
Bir neçə ayrı müstəqil hökumətlərin bir araya gəlib də öz
hakimiyyətlərini itirmədən biri-birisi ilə ittifaq bağhyorlar ki, bü-
tün federasyondur. 2) Bir neçə siyasi təşkilat (hökumətlər) öz arala-
rında müahidə bağlayıb hakimiyyətə şərik olurlar və ümumi məsələ-
lərdə hakimiyyəti ortaq bir məclisə tapşırıyorlar, bu federasyondur. 3)
Ayrı idarələr olmayıb bütün xəlq ancaq bir siyasi mərkəzə tabe olub,
həm bütün hakimiyyət bu mərkəzi hökumət əlində oluyor ki, bu da
mərkəziyyətdir.
Rusiyanın ayrı hökumətlərə bölünməsi Rusiya dövlətinin həlak ol-
ması deməkdir. Biz Rusiya müsəlmanları Rusiyanın həlakmı özümüzə
qayə edə bilmiyoruz. Bizim siyasi və mədəni qayələrimizin qövldən-
felə gəlməsi Rusiya həlak olmasilə müvafiq degildir. Bizim mədəni in-
tibahımız həm Asiya səhralarma yayılan bütün islam aləminin oyan-
ması üçün Rusiya dövlətinin tamam qalması lazımdır. Buna görə kon-
federasiya üsulunu əslindən rədd ediyoruz.
Federasiyaya gəlincə: bu üsulu hal-hazırda Rusiyada olan qeyri-
rus millətlər, bu cümlədən də müsəlmanlar iləri çəkiyorlar. Rusiya-
dakı müxtəlif millətlərin milli məsələləri bu surətlə milli oluna bi-
lir, diyorlar. Federasiya üsulu Rusiyayı bir çox ayrı ştatlara böləcək.
Hakimiyyəti ikiyə bölüb bir qismini bu ştatlara verəcək, o biri qismini
də öz əlində saxlıyacaq.
Hökumətlərin tarixinə baxanda görüyoruz ki, məsələn, Amerika
Cümhuriyyəti əvvəl konfederasyon idi. Ondan sonra federasiya oldu.
Sonki zamanlarda mərkəziyyət üsuluna tərəf meyl edib bu iş Almaniya
ilə Avstriyada da böylədir. Bəni-bəşərin bütün tarixi xırda dövlətlərin
bir mərkəzə doğru hərəkət etməsi yolunda cərəyan ediyor. Əgər federa-
siya üsulu qəbul edilsə, o zaman Rusiya müsəlmanları Türküstan, Qaf-
qaz, Qazaxıstan, Volqaboyu ayrı-ayrı muxtariyyətlər təşkil edəcək, o
zaman ümumi və bir mədəniyyət vücudi mümkün olmayacaq. Həm də
siyasi qüvvələrimiz xırdalanacaq. Federasiya üsulunun bəzi müsəlman
muxtariyyətlərində tərəqqiyə mane olmasına ehtimal vardır. Biz
müsəlmanhq əvəzinə kazanlıyıq, azərbaycanlıyıq, Türküstan və qırğı-
zıstanlıyıq söhbəti gələr. Bundan başqa muxtariyyət yerə bağlı olduq-
da Rusiyanm sair nöqtələrinə yayılıb da yeri olmayan müsəlmanlar bu
180
muxtariyyətdən məhrum qalarlar. Buna görə də müsəlmanların mil-
li mənfəətlərini lüzumunca həll etmək üçün bir yol qalıyor, o da bütün
Rusiya müsəlmanlanna ümumi mədəni muxtariyyət vermək. Bu üsul
bir quberniya, uyezd mülahizə etməyib hər şəxsin milliyyətinə binala-
nacaq.
Bir müsəlman milləti varmı? - deyə sora bilərsiniz, müsəlmanlıq
millətmi? Bir millət olmaq üçün bir xəlqin başqalarmdan ayrılığmı
göstərən sifətləri olmalıdır. Müsəlman xəlqləri Qərbi Avropa xəlqindən
müsəlman olmaları ilə ayrılırlar. Demək ki, müsəlmanlıq millət
mənasma da şamildir. İslam bizi başqa millətlərdən ayıran bir sifət ha-
lmı da almışdır.
Milliyyət əsası üzorinə bina olunan şəxsi muxtariyyət nə surətdə
oluyor. Avstriya alimi Şpirenger hər millət 3 qism siyasi müəssisəyə
malik olmalıdır. 1) Şurayi-milli, 2) milli vəzarət, həm də 3) milli hüquq-
ları müdafiə edən müəssisələr.
1907-ci ildə milli sosialist partiyalarmın konfransiyasmda bu
üsul həqqində böyük bir doklad oxunmuşdu. Bu doklada görə 1)
Muxtariyyətin əsası bir teritoriya degil, milliyyət olacaq. 2) Hər milləti
idarə edən bir müəssisə məzkur millət mənsubları tərəfindən seçi-
lib gələn vəkillərdən ibarət bir şura olur. 3) Ayrı millətlərdən işlərini
birgəlikdə idarə edə bilmək üçün hər oblastda millətlər arasmda
müştərək bir müəssisə tərtib edilir. 4) Milli işlərə baxan fövqüzzikr
müəssisə milli seym (millət məclisi) adlamr.
Böylə bir milli muxtariyyəti ancaq mərkəziyyət üsuluna bina olu-
nan cümhuriyyətdə vücuda gətirmək olar. Demək, bəncə Rusi-
ya dövləti mərkəziyyətə bina edilməli, hər millətə və o cümlədən də
müsəlmanlara milli muxtariyyət verilməlidir. Fəqət siz bəni Fransada
mərkəziyyət tərəfdarlarından saymayımz. Bən geniş hüquqlu məhəlli
idarələr tərtibinə, məsələn, Qafqasiya, Türküstan səhra vilayətləri
ilə Sibirya kibi ölkələrə ümumi məhəlli idarə işində geniş hüquqlar
verilməsi rəyindəyəm.
Məhəlli muxtariyyətlə bu geniş hüquqlu məhəlli idarələrin fərqi
nədir? O ayrıca bundan ibarət: məhəlli muxtariyyət üsulunda ümu-
mi vəkillər palatasmdan başqa muxtariyyətli məclislərdən seçilib
göndərilən vəkillərdən ibarət olacaq ikinci yuxarıkı palata (məclis) ola-
181
caq. Bəncə bu iki məclislik demokratiya ənənəsinə ziddir. Yuxarıkı pa-
latada milli hüquqları müdafiə etmək də müşkül olacaq.
Məruzənin xülasəsi bu: 1) Rusiya federasiyalara bölünməyib də ge-
niş hüquqlu məhəlli idarələri olan bir xəlq cümhuriyyəti olmalıdır. 2)
Müsəlmanlarm milli, mədəni muxtariyyətləri qanuni-əsası üzrə təyin
və təhkim edilməlidir”.
Mübəttərdən enərkən Əhməd bəy dedilər ki, Asiyamn böyük
mədəniyyəti tazələnmək narhinə bütün islam ailəmini Avropa burjuazi-
yası istibdadmdan xilas etmək naminə bugünki gündə moda hökmündə
olan məhəlli federasiya üsuluna uymalıyız. Əgər də Rusiyada hazır
hürriyyət məşəli alovlanıb işıq salsa, bu işığın şöləsi bütün Şərqi-İslama
yayılacaq, bu isə bizim mədəni borcumuzdur (alqışlar).
Məhəmməd Əmin Rəsulzadə cənablarmm məruzəsi yarmki sayı-
mızda.
***
Əhməd bəy Salikov cənablarmdan sonra acaralı lord Kipanid-
ze cənabları rusca federasiya lehində müxtəsər məruzədə bulunub
sonra söz Məhəmməd Əmin Rəsulzadə cənablarına verilir. Alqışlar
içərisində minbəri-xitabatə gələn natiq ədəbi türkcə ilə əzbər söylədigi
və dəfälərlə alqışlanaraq kəmali-diqqətlə dinlənilən bəyanatında aşağı-
dakı əsasları şərh elədi.
Millətdaşlar! Həll etmək istədigimiz məsələ olduqca mühümdür.
Şəkli-idarə məsələsidir. Bu məsələyə həm mədəniyyəti-bəşəriyyə, həm
də mənafeyi-milliyyə nöqteyi-nəzərindən baxmalıdır. Cəmaətbilməlidir
ki, mədəniyyəti-bəşəriyyə milli mədəniyyətlərin məcmuindən hasil
olma bir yekundur. Mədəniyyəti-bəşəriyyə öylə bir sərgidir ki, orada
bütün millətiərin xəlq etmiş olduqları asari-nəfisə toplanmışdır. Buna
görə də hökumətlərin şəkli-idarəsi mədəniyyəti-bəşəriyyənin təkmilinə
xadim olmaq üçün millətlərin istiqlalmı təmin etməlidir.
Əfəndilər, Böyük Fransa inqilabı şəxslə vətəndaşın hüququnu elan
etdikdə bir camiyyəti-şəxsiyyə olan millətin də hüququnu elan etmiş
idi. Bir şəxs nasıl hürr və hər növ təcavüzdən saklı isə, bir millət də o
dərəcədə azad və hər bir təcavüzə qarşı məhfuz bulunmalıdır.
182
Mədəni dövlət azad vətəndaşlarm azadlıqla vücuda gətirdikləri
etilafdan ibarətdir. İstibdaddakı rəiyyətlərlə cümhuriyyətdəki vətən-
daşlann fərqi ondadır ki, birincilər öz rəy və arzularına rəğmən cəbrən
bir nöqtəyə məhkumdurlar. İkincilər isə tamamilə azad olduqları hal-
da öz xahişlərilə vücuda gətirdikləri idarəyə və öz iştiraklarilə yazdıq-
ları qanuna tabedirlər.
Bir cins və bir millətə mənsub vətəndaşlardan ibarət olan dövlətin
mədəni bir şəkildə təşkili vətəndaşlarm azadlığı ilə məşrut olduğu kibi,
müxtəlif millətlərə bölünən bir dövlətin mədəni bir şəkil ala bilməsi
üçün də bittəbii oradakı millətlər, digər təbirlə, şəxsiyyət cameələrin
tamamilə muxtariyyətləri və azadlıqla müəyyən bir etilafa gəlmələri
mətlubdur.
Şəxslə dövlət, öylə də millətlərlə dövlət münasibətlərində bir növ
ayrılmaq və eyni zamanda da birləşmək xassəsi vardır. Bu xassə bir
tərəfdən muxtariyyətlərə, digər tərəfdən muxtariyyətlərin irtibatına
səbəb oluyor. Ayrı fərdlərlə millətlərin xüsusiyyətlərini nəzəri-etibarə
almayıb mərkəziyyət üsulu ilə idarə olunan böyük hökumətlərə, bö-
yük hökumətlərlə fatehlərin vücuda gətirdikləri məmləkətlər davam
etməyib dağıldı. İstibdad və mərkəziyyət əsası üzərinə qurulan və
qələmrovlarma daxil olan ayn-ayn millətlərin mənafeini nəzərə al-
mayan dövlətlərin uçurulduğunu tarix bizə nişan veriyor. Bu tarix ey-
ni zamanda bunu da bizə göstəriyor ki, dövlətlərin idarəsində bir növ
təkamül əmələ gəliyor. Böyük dövlətlər muxtariyyətlərə bölünüyorlar.
Çünki bir mərkəzdən hər növ məhəlli, bilxassə milli ehtiyacların rəf
olunmuyacağmı dərk ediyorlar.
Böyük müslihlərin təsəvvür elədikləri səadəti-bəşər məsud bir gün
gəlib də feliyyətə çıxsa və bütün dünya böyük bir səltənəti-mədəniyyə
şəklində təcəlli etsə bu səltənətin milli və məhəlli muxtariyyətlər it-
tifaqmdan başqa bir şəkildə olması qeyri-mümkündür. Çünki mədəni
bir dövlətin ən müvafiq şəkli mədəni dövlət şəklidir. Heç şübhəsiz ki,
müsavati-bəşər salonuna hər millət kəndi qapısmdan girəcəkdir.
Böyük dünya səltənəti-muxtariyyəsi milli hökumətlər ittifaqı şək-
lində təsəvvür olunduğu kibi hazırdakı çox millətli və müxtəlif ünsürlü
mövcud dövlətlər dəxi milli və məhəlli muxtariyyət əsası üzərinə quru-
lu bir federasyon təşkil etmolidir.
183
Federasyon nədir? Federasyon ayrı-ayrı muxtariyyətlərin bir ara-
ya gəlib do öz razılıqları ilə vücuda gətirdikləri müttəfiq bir dövlət-
dən ibarətdir. Bu müttəfiq dövlətdə muxtariyyətlərlə mərkəzi höku-
mətin vəzifəsi qəti surətdə təyin olunuyor. Ələlümum qaidədir ki,
bu dövlətlərin qəvaninin əsasında mərkəzi hökumətə aid məsələlər
təşxis olunuyor. Məsələn, deniliyor ki: hərb elan etmək, sülh bağla-
maq, müdafieyi-vətən məsələsi, yəni yeri və bəhri qüvayi-əskəriyyə
və hərbiyənin təhiyyə və idarəsi, sövqülceyş nöqteyi-nəzərindən çəkil-
məsi lazım olan dəmir yollar, sikkə, gömrük, xarici ticarət, bəlkə də
əmələlərə dair vəzhi-qəvanm (raboçiye zakonodatelstvo), ayrı-ay-
rı muxtariyyətlər arasında çıxa biləcək ixtilaflarm həll və ən mühümi
hüquqi-siyasiyyə ilə hüquqi-bəşərin bütiin muxtariyyətlərdə təmini və
sair bu kibi ümumə şamil olan məsələlər hökuməti-mərkəziyyəyə aid
olub federasyon qüvaninin əsasiyyosində təsrih olunuyor. Yerdə qalan
məsələlər məsələn, yollar çəkmək, kanallar açmaq, məhəlli xozyays-
tvo işləri, idareyi-zabitiyyə, ədliyyə və mədəniyyə muxtariyyətlərin
öz səlahiyyətində qalıyor ki, bunlarla da kəndi qəvainin əsasiyyələri
üzrə (ki, ümumi qəvainin-əsasiyyə maddələrinə nəqiz olamazlar) öz
məclisləri və öz qüvveyi-icraiyyələri (yəni hökumətləri) vasitəsilə
idarə olunuyorlar.
Hökumət təşkilinin məqsədinə böylə bir əsaslı nöqteyi-nəzər
bəsləyərək əsl mətləbə keçmək istiyoruz. Bu mətləb isə Rusiya şəkli-
idarəsi və Rusiya müsəlmanlannın bu xüsusdakı nəzərləridir.
Şübhəsizdir ki, Rusiya cümhuriyyəti-ənam (xəlq cümhuriyyəti) üsu-
lu ilə idarə olunmalıdır. Fəqət Kamçatkadan tutub Qara dəniz və Ar-
xangelskidən alıb Irani-zəminə qədər əlbəttə, boyuna uzanan, dünya-
nın altıda birini tutub da sayca 170 milyonu atlayan böyük və müxtə-
lif millət bir məmləkət bir mərkəzdən idarə oluna bilərmi? Bu məmlə-
kətdəki günəş bir tərəfdən çıxrb o biri tərəfinə çatmadan batıyor. Bir
məmləkət ki, uzunu azı bir ay, eni azı 7 gün dəmir yol səfəri istiyor,
böylə bir məmləkət bir nöqtədən idarə oluna bilərmi? Əlbəttə yox. Bunu
biz degil rus mütəfəkkirlərindən özləri söyləmişlər, həm də imdi degil
çoxdan söyləmişlərdir. Şübhəsiz ki, Rusiya ədəmi-mərkəziyyət əsasilə
idarə olunmahdır. Bunu hətta mərkəziyyət tərəfdarı olanlar, vase ida-
reyi-məhəliyyə düsturunu qəbul etmək surətilə etiraf etmiş oluyorlar.
184
Yuxarıda ərz etdigim nəzəriyyədən anlarsımz ki, bu ədəmi-
mərkəziyyəti bən muxtariyyətlərdən mütəşəkkil bir federasiya şəklində
təsəvvür ediyoram. Yenə məlumdur ki, bu muxtariyyətləri milli-məhəlli
prinsip üzərində faidəli buluyoram. Rusiya öylə bir rahət ev şəklində
olmalıdır ki, orada hər millətin özünə məxsus odası olsun.
Burada millət nədən ibarotdir məsələsi varid oluyor. Milləti nə ilə
təşxis ediyoruz. Diyorlar ki, millətin dəlili-təşxisi ancaq fərdi-məlumun
öz daxili idrakıdır. Madam ki, birisi özünü müəyyən bir kütləyə
mənsub hesab ediyor, demək o millətə mənsubdur. Bu tərifdə bir qədər
həqiqət varsa da, burası şübhəsizdir ki, məzkur idrakm xarici nişanələri
lazımdır. O nişanələr olmazsa “etirafi-milliyyət” dəxi vaqe olamaz. Bu
nişanələr isə başlıca dil birligi, tarix birligi, adat və ənənat birligindən
ibarətdir.
Diyorlar ki, islamiyyət özü bir millətdir. Diyorlar ki, islamiyyət xris-
tianlığa rəğmən mütədəyyinlərini bir millət halına qoyur. Odur ki, han-
ki türkdən sorsan nə millətsən, müsəlmanam diyor. Bu nəzəriyyə yan-
lışdır. İnsanlarda hər zaman millət hissi olmuş və bu hiss cinsiyyətlə
bərabər olmuşdur. Yalnız ibtidai halə yaxın olduqları zamanlar bu hiss
din və məzhəb şəklində təcəlli etmişdir. Hər bir millətin, hər bir cin-
sin öz təbiətinə, öz dərəcəyi-tərəqqisinə, öz xüsusiyyətinə məxsus bir
din vücuda gətirməsi dəxi bunu isbat edər. İslam da sair dinlər kibi heç
şübhəsiz ki, öz mütədəyyinləri arasında bir irtibat oyatmışdır. Fəqət
bu irtibati-milliyyət degil, beynəlmiləliyyətdir (internasioanilzm).
Bu beynəlmiləliyyət xristian qövmləri arasında xristian mədəniyyəti
denilən şeyi vücuda gətirdigi kibi müsəlman milbtlərindən ötrü
də şərikli olan islam mədəniyyəti yaratmışdır. Fəqət bu bütün islam
qövmlərini bir millət etmişdir - demək degildir. Xristian m ilbti ol-
madığı kibi müsəlman milləti də yoxdur. İslam beynəlmibliyyəti bö-
yük bir evdir ki, içərisində türk, fars, orəb və sair m ilbtlərə məxsus
bölm əbr vardır. Ümumi evin təmiri, xaricdən hücuma qarşı müdafıəsi,
elektrik tənviratı və sair cəhətbrə şərik olduqları halda türk, fars və
ərəb millətləri öz bölmələrində, öz otaqlarında müstəqil və azaddır-
lar. Şərik həqqi yoxdur ki, türkün ev işinə müdaxilə etsin, öylə də türk
fars evinin bəzəginə qarışmaz. Kim nasıl istərsə öz bənligi üzrə və öz
bənliginə müvafiq gördügü kibi ötəsini bəzər, istirahətini təmin edər.
185
Əfəndilər, islam m illətbri dəxi mədəni bir federasyon vücuda
gətirmolidirlər. Çünki bu ən təbii bir ittihad yoludur. İslamm beynəl-
miləliyyətinə daxil olan millətlərin ən böyügü, ən güclüsü və əsrimizdə
ən müstəid həyatı olan bir millət vardır - türk milləti. Biz türk-tatar
övladı, o millətlərin balalarıyız. Biz türk oğlu türküz, bununla iftixar
edəriz,
Türk mədəniyyəti, türk bənligi vücuda gətirmək istəriz. Rusiyada
bulunan 30 milyonluq müsəlmanlardan qismi-əzəmi təqribən 21 milyo-
nu bu millətə mənsubdur. Türkdür əsrlərdən bəri cəhalət bəlası, məzhəb
iftiraqı üzündən biri-birindən uzaq düşən, yalnız biri-birindən degil,
kəndiligindən belə ayrı qalan bu milyonlarda imdi birləşmək meyli var
və bu meyl çox şiddətlidir. Fəqət qorxmalıdır ki, bəzi süni tədbirlər
sayəsində bu meylə qarşı bir əksüləməl çıxmasın. Əfəndilər, hər şey
təbiəto buraxılarsa və iqtizai-təbiətlə o təşəbbüsün tərəqqi və təkamülü
təmin edilərsə faidəli olur. Yoxsa cəbrlə, xilafi-təbiiyyət olaraq yapılan
hər bir əməl bir əksüləməli mucib olur.
Biz türk-tatar millotləri bir cinsdən türk oğlu türk olmaqla bərabər
inkar etmək olmaz ki, ayrı-ayrı şivələrə, müxtəlif xüsusiyyətlərə ma-
likiz. Bu gün Volqaboyundakı tatarların kəndilərinə məxsus ədəbiy-
yatları, mətbuatı, üdəba və şairləri var. Türküstan cığataycası zəngin
bir ədəbiyyata malikdir. Qazax-qırğızlarm mətbuatı da yol almaqdadır.
Bunlardan heç biri cəbrə təslim olub dakəndi xüsusiyyətini fəda etməz
və belədə Azərbaycan türkləri öz dilinə, öz ədəbiyyatına, öz adətinc
əlvida deyəməz.
Bu xüsusiyyətlərin qaldırılması nə gərəkdir, nə də faidəlidir. Qoy
hər kəs öz yolu ilə təbii surətdə axsın, bu müxtəlif türk nəhrlərinin axıb
da nəhayət töküləcəkləri yeganə bir dəniz vardır, böyük türk dənizi,
Iştə, bunun üçün milli-məhəlli muxtariyyət əsası nöqteyi-nəzərindən
biz, Azərbaycan ilə Dağıstan, Türküstan, Qırğızıstan kibi ayrı məholli
və xüsusiyyətləro malik olan türk qövmləri üçün muxtariyyətlər istiyo-
ruz. Bu muxtariyyətlər daxildə kəndi işlərini idarə ediyorlar. Bununla
bərabər bu muxtariyyətlor bütün Rusiya türklərindən ötrü ümumimil-
li və mədəni işlərini görmək üçün bir Şurayi-Milli vücuda gətiriyorlar.
Yalnız tarixin işlədigi cinayət nəticəsində müəyyən bir mühitdən
mohrum qalan qardaşlarımız vardır. Volqa boyu tatarları ilə Krım ta-
186
tarları və sairləri bittəbii bunlardan ötrü milli-məhəlli muxtariyyət
istəmək imkan daxilində görülmüyor. Onun üçün də onlar üçün an-
caq milli muxtariyyət istənilir. Fəqət unudulmasın ki, bunlar dəxi digər
türklərlə bərabər Şurayi-Milli təşkılində iştirak ediyorlar.
Müxtəlif türk qövmlərinin təbii surətdə birləşməsi isə böylə təsəvvür
olunuyor: ibtidai təlim və xəlq üçün yazılan ədəbiyyat bir məhəllin öz
şivəsində, ana dilində olur. Orta məktəblərdə ümumi türkcə dərs ola-
raq oxudulur. Bəlkə başqa dərslərdən dəxi o dildə təlim olunuyor. Ali
moktəblordə isə bütün tədrisat ümumi türkcə üzrə olur. Bu vasitə ilə
heç bir cəbr və təzyiq görmədən baxarsan ki, arzu olunan ittihadi-li-
san da hasil olur.
Başqa vasitə ilə ittihadi-lisan mümkün olsaydı velikoruslar müvəffəq
olarlardı. Əgər velikoruslar maloruslara cəbr etməsələr və onları öz hal-
larma buraxıb Şevçenkoyu oxumaqdan mən etməsəydilər Ukrayna te-
atrosunu qapatmasa idilər heç şübhəsiz ki, bugünki seperatizm halına
gələn Ukrayna hərəkəti də vaqe olmazdı.
Milli-mədəni işlərin təsviyəsi üçün bir Şurayi-Milli lazım olduğu
kibi bütün müsəlman millətlərinə məxsus olmaq üzrə dini-mədəni ehti-
yaclara baxmaq üçün bir də Şurayı-Dini vücuda gətirmək mümkündür.
İşto, bu surətlə biz türkləşir, islamlaşır və müasirləşiriz.
Bəzi əsasən bu fıkirlə iştirak edənlər vardır ki, türk qövmlərini
özlərini idarəyə hazır görmədiklərindən həlolik bu fikirdən vaz keçi-
yor da mərkəziyyəti mənfəətimizə daha müvafiq görüyorlar. Əfəndilər,
bən türk milləti həqqində böylə bədbinanə bir fikirdə bulunmaq
istəmiyoram. İstəməgə nə özümü, nə də kimsəni həqli görüyoram.
Bizim parlaq mazimiz, imdiki halımız var. Mədəniyyətimizə əlamət
olan ədəbiyyatımız, sənayei-nəfisəmiz, mədəniyyətimiz vardır. Bu
modoniyyətin qonşularımıza belə təsiri-nüfuzu olmuşdur. Bizdə bəlkə
bir şey azdır - müasirlik. Əsri-funun və sənaye ilə mücəhhəz adam-
larımız yoxdur. Fəqət bu da az bir zamanda hasil olur, yetişir. Sonra
bən heç təsəvvür edəmiyorum ki, rus mujiki bir türküstanlı mujikdən
idarəyə daha hazır olsun. Mərkəzdəki hazır adamlar o qədər də bol
degildirlər ki, özlərindən artıq qalıb bizə pay versinlər. Kəndi etimadi-
nəfsinə güvənməyib də qonşuya ümidvar olan millət əfəndilər, qorxa-
rız ki, “şamsız yatar”.
187
Əfondilər, hazırsızhğımızdan qorxmayalım, türk istedad və ləya-
qətinə inanahm vo biləlim ki, böylə tarixi bir zamanda öz həqqimizi
istəməsək və yüksək bir səslə bizi milli idealımıza yaxmlaşdıran şüarı
ortaya atmasaq nəsl-ati hüzurunda xəcil oluruz.
İştə, əfəndilər həm mədəniyyəti-bəşəriyyənin xatiri, həm Rusiyanm
səadəti, həm də türk millətinin faidəsi üçün Rusiyanm milli-məhəlli
muxtariyyətlər əsası üzərinə qurulu cümhuriyyəti-ənam şəklində idarə
olunması lüzumuna qərar verəlim.
Nəticədə bunu dəxi ərz edəlim ki, bu məsələ əfəndilər, Qafqasiya
qurultayında (biz o məclisimizə türk ənənəsindən çıxan qurultay ismi-
ni verdik, çünki bu ism tariximizi göz qabağma gətirib canlandırıyor.
Bəzilərimiz də islam ənənəlorino riayətlə müsəlman sözüylə ahəngdar
ərəb ənənatmdan çıxma nəduvə sözünü işlətdilər. Fəqət “syezd” demə-
gə kimsənin dili varmadı) bir çox müzakirə edildikdən sonra milliyyət
məhfumu üstündə ixtilafi-ara hasil olduğuna nəzərən güzəştli (kompro-
misnı) bir qətnamə almdı ki, bunu sizo elan ediyorum. İştə, o qətnamə:
Siyasi-milli m əqsədlər həqqində
a) Qafqasiya müsəlman qurultayı, milli-siyasi məqsədlər həqqindəki
məsələyi müzakirə edərək müsəlman qövmlərinin mənafeyini ən
ziyadə təmin edən Rusiya şəkli-idarəsinin məhəlli muxtariyyət əsası
üzərinə qurulacaq ciimhuriyyəti-müctomeyi-onam olduğunu qəbula
qərar verdi.
b) İslam dinində olan bütün qövmlər arasındakı ruhani vo mədəni
irtibatı nəzərə alaraq Qafqasiya müsəlman qurultayı bütün Rusiya
müsəlmanlarmdan ötrü qanun qoymaq səlahiyyətinə malik ümumi bir
idarə təşkilini lazım görür.
Üçüncü məclis gurultulu alqışlarla qarşılanan yuxarıkı nitqlə ta-
mam olmuş və natiq syezd əksəriyyəti tərəfindən səmimiyyətlə təbrik
edilmişdir.
Dostları ilə paylaş: |