O zaman Qafqazda Azərbaycanın siyasi partiyası yox idi. Ermənilər ilk siyasi partiyalarını 1885-ci ildə yaradıblar (Nçaq). 1890-da Daşnaqsütun. Gürcülər də daha əvvəl yaradıblar. Azərbaycanın maraqlarını qoruyan ilk siyasi partiyası isə 1904-cü ildə (Hümmət) yaranıb.
Erməni ilk qəzetini 1797-ci ildə yaradıb, biz isə 1875-ci ildə.
Ermənilər Bakıda ilk xeyriyyə təşkilatlarını 1832-ci ildə yaradıblar, biz isə 1872-ci ildə xeyriyyə təşkilatını (Həsən bəy Zərdabi) yaratmışıq.
O dövrdə Bakıda 40-a qədər qəzet çıxırdı. 32-i rus dilində, 3-ü erməni dilində, 5-i gürcü dilində.
Rəsulzadə sosial-demokrat “Hümmət” cəmiyyətini yaratsa da sonradan o təşkilatdan uzaqlaşdı. Səbəbi onların milli məslələrə bağlı olamamağı idi. 1906-cı ildən özünün dərnəyini müsavat cəmiyyətinə çevirdi. Yaranan “Müsavat” cəmiyyəti İranda gedən Məşrutə hərakanın liderləriylə əlaqələr qurdular.
1906-cı ildə fevral ayının 20-dən “İrşad” qəzetində ilk dəfə olaraq İranla bağlı yazı yazır. Yəni Rəsulzadə həm o taylı, həm bu taylı azərbaycanlıların problemlərilə məşğul olmağa başlayır (18 – 20 yaşında).
Məhəmməd Əmin Rəsulzadə 1909-cu ildə ilk dəfə Səttar xanla (Məşrutə inqilabının lideri, xalq qəhrəmanı) Osmanlı dövlətinin konsulxanasında görüşürlər (ondan müsahibə alır, “Tərəqqi” qəzetində çap edilir). Səttar xanla Bağır xan (Səttar Xanın yaxın silahdaşı) siyasi sığınacaq istədiklərinə görə Osmanlı dövlətinin konsulxanasında qalmışdılar. Onların sağ qalmaları üçün digər diplomatik qurumlar – nə ingilislər, nə də ruslar təminat vermirdilər.
Ümumiyyətlə, İranda yaşayan azərbaycan toplumunun tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında ilk geniş məlumatı ictimaiyyətə verən Məhəmməd Əmin Rəsizadə olub.
Stalinlə əmisioğlu Məmmədəlinin vasitəsilə tanış olublar. Xatirlərində yazır: “Stalin onu Moskvaya dəvət elədi. Vaxtilə o da Stalini labüd ölümdən xilas etmişdi. Məmməd Əmin atasından xəbərsiz Stalini minbərin altında Çar pristavlarından 1 həftə gizlədib (Noxanıda, “Şahsultan Hüseyn” məscidinin minbərinin altında). Heç kimin ağlına gəlməyib ki, xaçpərəsti müsəlman minbərinin altında gizlədər.
1920-ci ildə Rəsulzadəyə görə Stalin Bakıya gəlir, onunla həbsxanada görüşür. Stalin deyir: Siz Çar Rusiyasına qarşı mübarizə aparmış ciddi və dəyərli şəxsiyyətsiniz. Siz nə həbsxanalarda çürüdüləcək, nə də öldürüləcək bir insansınız. Məncə sizə azadlıq verilməlidir. Çünki sizin xidmətləriniz var...
Onları əslində bir ideya birləşdirmişdi – çar Rusiyasını devirmək. 1906-cı ildə Stalini Lənkəranda həbsdən azad etməsi (bolşeviklərin gəmiyə hücumu olub), sonra Bayıl həbsxanasından onu xilası Rəsulzadənin sayəsində baş verib. Hətta Stalini azad etmək üçün 200 manat pulu da çıxıb.
Rəsulzadənin məqalələrindən məlumdur: “Stalin türk xalqlarının ən qəddar düşmənidir”.
1917-ci ildə Moskvada keçirilən Rusiya müsəlmanları Qurultayında 2 məsələ müstəvidə idi:
1) Əhməd bəy Salikovun mədəni muxtariyyat məsələsi,
2) Məhəmməd Əmin Rəsulzadənin ərazi muxtariyyat məsələsi (470-ə yaxın səslə qəbul olunmuşdu).
Dövlətin adının niyə Azərbaycan qoydular? Niyə Xalq Cümhuriyyəti?
Rəsulzadə deyirdi: “Bir var Cümhuriyyəti xas, biri də var Cümhuriyyəti ənam. Yəni, biri var seçilmiş, imtiyazlı adamların dövləti, biri də var xalqın dövləti – bizə xalqın dövləti lazımdır – Cümhuriyyəti ənam”. Ona görə də idarəetmə formasının adını Xalq Cümhuriyyəti qoydular.
Lahıcdan onu tutub gətirəndən sonra xalqın narahatlığından o qədər bolşeviklər qorxurdular ki, hətta N.Nərimanov “Kommunist” qəzetində xalqa xüsusi müraciətində Rəsulzadənin sağ-salamat olması və onu qorumaq məqsədilə Bakıya gətirdikləri barədə yazı dərc etdirmişdi.
Vəzifələri və fəaliyyəti:
“Mətin” gənclər təşkilatının, sonra “Müsavat” partiyasının yaradıcısı və rəhbəri;
- “Tərəqqi” qəzetinin jurnalisti;
- “İran-no”
- 1917-ci ildə Seymin tərkibi olan Azərbaycan nümayəndə Müsavat Fraksiyasının rəhbəri;
- sonradan Müəssislər məclisinin deputatı idi;
- 1918-ci ildən Milli Şuranın rəhbəri;
- 11 komissiyadan 2-sinin üzvü idi;
- Türk ordusunun Bakıya gəlməsi ilə bağlı müqaviləni imzalayan şəxsdir.
Bolşeviklərin 20-ci ilin aprel ultimatumuna Rəsulzadə əleyhinə səs verib. O ultimatum Rusiyadan Çiçerinin vasitəsilə göndərilib (3 dəfə - yanvar, mart və aprel aylarında).
Rəsulzadənin Stalinə təşəkkür məktubu: “Ədalət naminə deyim ki, bu möcüzənin səbəbi-kəraməti sizsiz. Çünki siz keçmiş dostluğu unutmayaraq məni Bakı zindanından çıxarmağa lüzum gördünüz. Moskvada olduğum 2 il əsnasında dostluğumuzdan faydalandım. Bəzi mərhumiyyətlərə məruz qaldımsa bunlar hər kəsin, ümumiyyətlə yükləndiyi məhdudiyyətlərdən ibarət olur. Təkcə mənə aid xüsusiyyətə malik deyil, əksinə bəzən elə olurdu ki, bir sıra imtiyazlardan belə faydalanırdım. Bunun üçün sizə təşəkkür edirəm. Öz siyasi əqidəmə sadiq qalmaqla bərabər, mən eyni zamanda sizin də xeyirxahınız qalır, sizə qarşı ehtiram hissi bəsləyirəm. Mənə qarşı göstərdiyiniz əlaqəni heç bir zaman unutmayacam. Hörmətlə: Rəsulzadə Məmməd Əmin oğlu. Yanvar, 1923-cü il”.
Bu məktub vaxtilə İstambulda çıxan 23 yanvar 1923-cü il tarixli və 5 nömrəli “Yeni Qafqaziya” dərgisində nəşr olunmuşdur.
Rəsulzadə 2 ilə kimi Moskvada yaşayır. Xatirələrində yazır ki, bu qurulan rejim mənim arzu və ideyalarıma uyğun gəlmir. Həmin vaxt müsavatçı Rəhim bəy Vəzirov və doktor Dadaş Həsənzadə Moskvaya partiyanın tapşırığı ilə göndərilir. Rəsulzadəyə çatdırırlar ki, Türkiyəyə gedib orada fəaliyyətini davam etdirməli və Azərbaycandakı hadisələrə təsir etməlisən.
Sonra o Leninqrada kitabxanaya çalışmağa gedir. Orada Musa Cərulla Bigiyevin (tatar alimi) köməyi ilə Fillandiyaya keçir. Stalin bunu eşidəndə Rəsulzadənin haqqında tapşırıq verir ki, onun əleyhinə kitab yazaraq onu ifşa etsinlər (guya Şamaxı qırğınlarını o yaratmışdı, Azərbaycanın ikinci Pruşkeyeviçidir).
Stalinin tapşırığını da Əliheydər Qarayev yerinə yetirib – kitabı yazıb.
Dostları ilə paylaş: |