Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin



Yüklə 305,41 Kb.
tarix29.11.2016
ölçüsü305,41 Kb.
#454
Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki İşlərin Təşkili Şöbəsi



ADR-nin banilərindən biri Məmmədəmin Rəsulzadənin anadan olmasının 130 illiyi münasibəti ilə metodiki vəsait.

Bir kərə yüksələn bayraq bir daha enməz.


2014

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin

Sərəncamı
2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.

Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli



gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2013-cü


Od ürəkli, od nəfəsli diyarımsan.

Ocağına canım qurban, Azərbaycan!

Əzilsən də əyilməyən vüqarımsan

Bu canına canım qurban, Azərbaycan!

Savaşlardan alnıaçıq çıxan zaman

Tarixlərə bağışladın neçə qurban.

Hər qonşuda bir parçası əsir qalan

Torpağına canım qurban, Azərbaycan!

Neçə gizli sərvət yatır qucağında

Neçə ölkə od aparır ocağından.

Azadlığın al rəmzi var bayrağında

Bayrağına canım qurban, Azərbaycan!

Başım üstə məğrur-məğrur dalğalanan

Bayrağına canım qurban, Azərbaycan!

Ruhuma büt, cismim üçün vətən olan

Torpağına canım qurban, Azərbaycan!

Ey Azərbaycan Türk Gəncliyi, sənin öhdəndə böyük bir vəzifə var, səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min əziyyətlə yüksəldərək dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz. Əlbətdə sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu şanlı bayrağı o binanın üzərinə dikəldəcək, bu müqəddəs yolda ya qalib gələcəksən və ya şəhid olacaqsan.

M.Ə. Rəsulzadə


Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərindən deyil, bütün İslam aləmində ilk respublika üsul - idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən xalqımızın ölümsüz lideri Məmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də  Bakının Novxanı  kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq  Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycanın milli istiqlal hərəkatının təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan  Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir.  1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu,  XX ci əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1904-cü ilin axırlarında "Müsəlman demokratik Müsavat" cəmiyyəti" nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski  və Məmməd Əmin Rəsulzadə olmuşlar. Məşədi Əzizbəyov,  Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmişdir. 1904-1905-ci illər arası cəmi 6 nömrə buraxmış qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur.Qəzet öz nəşrini dayandırdıqdan sonra  1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxmağa başlamışdır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır.1908 -ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. M.Ə.Rəsulzadə  Təbrizdə xalqımızın Milli Qəhrəmanı  Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane Nou" 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa etdi. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə  İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə, M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq:"Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur". M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir. 1911 -ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur.

M.Ə. Rəsulzadə çar Rusiyası tərəfindən daima təqiblərə məruz qalırdı. Bu təqiblərdən yaxa qurtarmaq üçün M.Ə.Rəsulzadə 1911-ci ilin may ayında  İstanbula gedir. O,burada həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə

başlayan "Türk yurdu” jurnalının fəal yazarlarından

biri olmuşdur.



Məhəmməd Əmin Rəsulzadənin

 Türkiyədə nəşr etdirdiyi



Azərbaycan qəzeti.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olundu və M.Ə.Rəsulzadə vətənə qayıda bildi.

1917 ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı  federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurultayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin  Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı

açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ M.Ə. Rəsulzadənin nəşr etdirdiyi

Odlar yurdu” dərgisi. şəkildə qurmaq haqqında məruzə ilə çıxış

etdi. Qurultay Əsədullayevin  Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul etdi.

Bu dövrdə M.Ə.Rəsulzadə özünün "Cəmaət idarəsi" və "Bizə hansı hökümət faydalıdır?" kitablarını çap etdirmişdir. Onun Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə "Şəkli idarə haqqında iki baxış" adı altında çap olunmuşdur.

May ayında M.Ə.Rəsulzadənin redaktorluğu ilə "Qardaş köməyi" jurnalı çap olundu, ancaq jurnalın bircə nömrəsi çıxdı.

1917-ci il iyunun ikinci yarısında "Müsəlman demokratik Müsavat partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında çıxış etməyə başladı. Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında, Rusiyanın Həştərxan,Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və  Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi  Təbrizdə İranın  Gilan vilayətinin mərkəzi  Rəştdə və Türkiyənin paytaxtı  İstanbulda təşkil olundu.

1917 ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında"Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlandı. Bu hərəkat həmin dövr tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir.  1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi.  1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə  Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu.

May ayının 30 da Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Fətəlixan Xoyski dünyanın siyasi mərkəzlərinin siyasi işlər nazirliyinə radioqramla xəbər verir:

Gürcüstan çıxandan sonra Federativ Zaqafqaziya Respublikası dağıldığı üçün Azərbaycan milli şurası 1918 ci ilin mayın 28 Azərbaycan Müstəqilliyini elan etmişdir. Mənim hökumətimin müvəqqəti məskəni Yelizavetpol(Gəncə) şəhəridir. Bu, müstəqil Azərbaycanın bütün dünyaya yayılan ilk bəyanatı, ilk sədası idi.

1918 ci il iyunun 16 da yeni hökumət Gəncəyə köçdü və onun ilk addımlarından biri də bu oldu ki, qədim Gəncənin 1804-cü ildən Yelizabetpol olmuş tarixi adı qaytarıld.

Azadləıq yolu heç də hamar deyildi. Bolşevik-erməni birləşmələri Bakıdan üzü bəri şəhər və kəndləri dağıda-dağıda gəlirdi. Məmmədəmin Rəsulzadə deyirdi: “Böylə bir təhlükə qarşısında milləti müdafiə edəcək yalnız bir Gəncə qalmışdır”.

Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.

Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad

olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı ki, edilən bütün ədalətsizliklər sona çatsın. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın

7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir:“Biz o zaman bizim üçün ən yaxşı məsələni – Azərbaycan muxtariyyətini müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz  İslamın əsasını sarsıdırsınız

Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Buna baxmayaraq Müsavat partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır."

Beləliklə, müsəlman partiyaları arasında

Azərbaycan ideyasında fikir ayrılığı yoxdur.



M.Ə Rəsulzadə yoldaşları ilə Xalqın şüurunda Azərbaycan ideyası

artıq möhkəmlənmişdir. Cümhuriyyətin Gəncə səhifələri daha bir sıra mühüm hadisələrlə əlamətdardır. Məhz Gəncədə Azərbaycan dili dövlət dili elan olundu. Məhz Gəncədə ilk dəfə üç rəngli, aylı-ulduzlu bayrağımız ucaldı, məhz Gəncədə Üzeyir Hacıbəyovun redaktorluğu ilə “Azərbaycan” qəzeti nəşrə başladı. Gəncəninn öz ulu adı özünə qaytarıldı. Məhz Gəncədə Qaryagin qəzası Cəbrayıl adlandırıldı, Ağdaşa şəhər statusu verildi. Əhalinin 1918 ci il tarixli teleqramındakı arzusu nəzərə alınaraq Zaqatala dairəsi Azərbaycan Cümhuriyyətinin tərkibinə daxil edildi. Beləcə Gəncə torpağında dirçəlib güc-qüdrət toplayan Azərbaycan Demokratik Cümhuriyyəti 1918 ci ilin sentyabr ayının 15 də real bir qüvvə kimi Bakıya köçdü.

Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o,bir neçə dəfə  Azərbaycan parlamentində  çıxış etmiş və Universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ. Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində yazır: "M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə "Müsavat" partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar. Biz öz tərəfimizdə artıq iki partiyaya malik idik "Müsavat" və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi". 1920 ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, "1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanında" qeyd edilib ki, M.Ə.Rəsulzadə  BDU nun Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixindən" dərs demişdir.O, burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı ki, "Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar". Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş, lakin geniş oxucu kütləsinə çatdırılmamış "İstiqlal" jurnalında M.Ə.Rəsulzadənin "Azərbaycan respublikası" adlı əsəri işıq üzü görmüşdür
Rəsulzadənin Türkiyədə

çıxardığı Kurtuluş dərgisi.

Əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalin ilə M.Ə.Rəsulzadənin tanışlığı olmuşdur.

İstanbulda çıxan "Dünya" qəzetindəki M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsinə görə hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər, ancaq M.Ə.Rəsulzadə onu ölümdən qurtararaq qaçırılmasının da təşkilatçısı olmuşdur.

1920-ci ilin aprel hadisələrindən sonra M.Ə. Rəsulzadə Lahıcda həbs olundu. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvələrində Vladiqafqaz (indiki Orjinikidze) şəhərində olan İ.V. Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək  XI Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova  RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad edir. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran M.Ə.Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə  Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) İnstitutunda da fars dilində dərs demişdir. RSFSR Millətlər Komissarlığının orqanı olan "Novıy Vostok" jurnalının  1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, jurnalın 2-ci nömrəsində M.Ə.Rəsulzadənin "Qədim İranın kommunistləri" adlı məqaləsi çap olunacaq. Ancaq saydakı xəbərə baxmayaraq, bu məqalə çap edilməmişdir. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çox yəqin ki, M.Ə.Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş  Əbdülvahav Yurdsevərin xatirə yazısında öz əksini tapmışdır. O yazır:

“Müsavat” partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum  Rəhimbəy Vəkilovu və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor  Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. Məmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə  Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən

üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir Rəsulzadənin Türkiyədə



çıxardığı “İstiklal" dərgisi

M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, "Müxəmməs" adlı ilk əsəri  “Şərqi rus qəzetində” çap olunmuşdur. Ə.Rəsulzadənin  Əlibəy Hüseynzadənin redaktor olduğu  “Fyuzat” həmçinin  Əhmədbəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad""Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. Müəyyən müddət o “İrşad” qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun "Türk-rusrus-türk lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun "Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan dilinə təcümə edib və "Təkamül" qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.

1908 ci il dekabrın 5-də M.Ə. Rəsulzadənin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə "Azərbaycana muxtariyyət" şüarı fikrini yaymağa başlamışdır. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də vardır. M.Ə.Rəsulzadə  Türkiyədə olarkən "Yeni lisançılar və türkçülər" məqaləsini,  Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.

Bundan başqa o proletar ədibi M.Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərcümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914 cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznimin redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan "Dirilik"-in birinci nömrəsi çapdan çıxdı. M.Ə. Rəsulzadənin "Dirilik nədir?" adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O,bu jurnalın səhifələrində çap etdirdiyi "Milli dirilik" başlığı altındakı baş məqalələrdə "Azərbaycan qayəsini" yayırdı Mirzə Davud  1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş "Müsavat" partiyası keçmişdə və bu gün" adlı kitabında yazır ki, guya 1917-ci ilə qədər Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq  “İran Azərbaycanı başa düşülürdü". Bu fikir özü-özülüyündə yanlış idi, Çünki Rəsulzadə 1911-ci ildə İstanbulda "Türk yurdu" jurnalında çap etdirdiyi "İran türkləri" məqaləsində Azərbaycan anlayışının həmçinin Qafqaz hissəsinə də aid olmasını qeyd etmişdir.

Onun "MAR", "MAR-zadə", "M.R-zadə", "Haman", "Sosialist" və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.



M.Ə.Rəsulzadə (aşağıdan mərkəzdə)

mühacir illərində
1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir.

1923-ci ildə İstanbulda M. Ə. Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" kitabı çap edilir. "Əsrimizin səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir.  1923-1927-ci illərdə onun redaktorluğu ilə İstanbulda "Yeni Qafqasya" jurnalı nəşrə başlayır, ancaq Moskvanın tələbi ilə kamalist hökümət jurnalı bağlayır və Rəsulzadə Avropaya getməyə məcbur olur, Varşava və Berlində yaşayır.

M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi.

1933 cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun 1936-cı ildə  Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz. O,  1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar  1940-cı ildən  Ruminiyada yaşamışdır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi çap edilmişdir.  1947  Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kültür kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun “Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951 -ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.

1955 ci ilin martın 6-da Azərbaycan... Azərbaycan... Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadəni vəfat

etdiyini təssüflə bildirdi. O, Ankarada Əsri məzarlığında dən olunub.

Məhəmməd Əmin Rəsulzadənin 110

illiyinə həsr olunmuş marka
Məhəmməd Əmin Rəsulzadənin həyatı və

fəaliyyətinin əsas tarixləri.

1902 “Müsəlman Gənclik Təşkilat”ını yaradıb.

1903 İlk məqaləsi "Şərqi-Rus" qəzetində çap edilib.

1903  “Azərbaycanlı Gənc İnqlabçılar Komitəsi ni qurub

1906 "Təkamül" proqramını yazıb.

1907 Siyasi fəaliyyətinə görə təqib olunub.

1908  İranda çalışıb ( 1908-1911)  Səttərxan hərəkatın-

da yaxından iştirak edib.

1910  İran Demokrat Partiyasını yaradıb.

1911 Rusiya səfirliyinin tələbi ilə İrandan qovulub.

1911-1913 İstanbul Türk Ocağında çalışıb və  Əhməd bəy

Əli oğlu,  Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə

birgə " Türk yurdu“dərgisində maraqlı

məqalələrlə çıxış edib.

1913 Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı

verilən ümumi əfvdən sonra  Bakıya qayıdıb

və siyasi fəaliyyətlə məşğul olub.

1917 Müsavat partiyasının sədri olub.

1918 28-də  Azərbaycan İstiqlal Bəyənnamısi elan

olunandan sonra Azərbaycan Milli Şurasının

sədri seçilib. ADR-i ( Azərbaycan demokratik

Respublikası – Müsəlman Şərinqdə ilk

demokratik dövlət) qurub.

1919 Bakı Dövlət Universiteti yaradıb və burada

Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib.

1920 27 aprel işğalından sonra həbs edilib,

Moskvaya aparılıb, bir müddət orada

yaşayıb, az sonra  Müsavat partiyasının

tapşırığı ilə  Leninqrada gedərək, oradan

Finlandiya daha sonra Türkiyə ərazisinə keçib.

1922 Mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə

Türkiyədə Almaniyada, Ruminiyada Azərərbay-

canın istiqlalı uğrunda mübarizəsini davam

etdirib.


1923 İstanbula qayıdıb.

1937 Sovet rejimi oğlu Rəsulu güllələyib, ailəsini

Qazaxıstana sürgün edib.

1938 Polşada (1938-1940);

1940 Rumuniyada olub (1940-1943)

1947 Ankaraya qayıdıb

1952 Ankarada "Azərbaycan" dərgisini yaradıb.

1955 Mart ayının 6-da  Ankarada dünyasını dəyişib

və  Ankara Əsri qəbiristanlığında dəfn edilib.


Məmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinin

kitabxanalarda təbliği
Azərbaycan Milli İstiqlal hərəkatının liderlərindən biri M.Ə Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Bu sərəncama əsasən MKS-nin şöbə və filiarında tədbirlər planı hazırlamışdır, bütün il ərzində yubiley tədbirlərinin keçirilməsi davam etdiriləcəkdir.

M.Ə. Rəsulzadənin yubileyi ilə əlaqədar olaraq kitabxanalar

da müxtəlif formada tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bu tədbirlərə kitab sərgiləri, dəyirmi masalar, şeir gecələri, mövzu gecələri, ədəbi-bədii gecələr, söhbətlər və s. daxildir .

İlk növbədə kitabxanalarda yubileylə bağlı sərgi tərtib olunması vacibdir.

Məmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı tərtib

olunmuş sərginin nümünəsi:


1




2

3




4

5

6




7

8

9

10


11

12

13

14




15

16

17

18

1. Başlıq: Məhəmməd Əmin Rəsulzadə - 130

2. M.Ə. Rəsulzadənin şəkli

3. Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası I cild

“Lider Nəşruyyat”, Bakı-2004, 439 səh.

4. Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası, “Lider

Nəşriyyat”, Bakı-2005, 469 səh.

5. Azər Almas. “Azərbaycan”da M.Ə. Rəsulzadə (ədəbi

düşüncələr. Bakı, Azərnəşr, 2003, 53 səh. 276 səh.

6. Hüseyn Baykara. Azərbaycan İstiqlal Mübarizəsi tarixi.

Bakı, Azərbaycan Dövlət Nəşriyyatı 1992, 276 s.

7. Hacıyeva M. Ədəbi düşüncələr Bakı, 2003, 252 səh.

8. Hacı Hacıyev. İstiqlalın Əzablı Yolu. Bakı, Azərbaycan

Yurnalistlər İttifaqı, 1991, 32 səh.

9. M.Ə. Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. Bakı “Elm”

1990, 116 səh.

10. Lətif Şüküroğlu Cümhuriyyət hökuməti represiya

məngənəsində Bakı, “Şirvannəşr”, 2000, 294 səh.

11. Yaqublu H. Məmməd Əmin Rəsulzadə Bakı, “Gənclik”,

1991,308 səh.



Dövrü mətbuat:

12. Dünyaminqızı Qərənfil.

O, həm də ədəbiyyatşünas alim idi // Kaspi.- 2013.- 25

may.- № 93.- s.22-23.- Azərbaycanın görkəmli dövlət

və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisist

M.Ə. Rəsulzadə haqqında


13. Dünyamalıqızı Qərənfil. Amalına və əməlinə sadiq insan: Milli

müstəqilliyimizin istiqlalımızın bayraqdarı //Kaspi.-2013.- 31

yanvar.- N17.- s 12.

14. Əliyev Əlvan.

Yad olunmaq səadəti //Gəncəbasar.- 2012.- 22

yanvar- 5 fevral.- N 27-28.- s. 2.


15. Hüseynov Şirməmməd.

Məmməd Əmin. Rəsulzadə // 525-ci qəzet.- 2012.-

20 yanvar.- n.-11 s.26-27.
16. Uzaq diyarlarda qərib Azərbaycan...

Bolşevik istilasından sonra qürbət ellərdə. //Azadlıq.-

2012.-28 dekabr.- N 303.- s.14.- Azərbaycan Xalq

Cümhuriyyətinin banilərindən biri M.Ə. Rəsulzadə

haqqında
Sitatlar:

Milli şüur toxumları səpildi,



İslatdı torpağı axan qızıl qan.

Bu əkilən sabahkı bir baharda,

Əlbət bitər yeni bir Azərbaycan.

Şiddətliysə əyər mövsümün qışı,

Yeni bahar demək parlaq olacaq.

Verdiyimiz qurbanların bahası

Bizə yalnız hürriyyətlə dolacaq.”

M.Ə. Rəsulzadə

İnsanlara hürriyyət, millətlərə istiqlal”

M.Ə. Rəsulzadə

1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik



Cümhuriyyəti tariximizin parlaq səhifəsidir”

Heydər Əliyev

“Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”

Heydər Əliyev

Kitabxanalarda çox sayda oxucunu əhatə edən maraqlı tədbirlərdən biri də ədəbi-bədii gecədir.



“Bir kərə yüksələn bayraq bir daha enməz” adlı ədəbi-bədii gecənin ssenarisini sizə təqdim edirik:
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanır. Aparıcı səhnəyə daxil olur və tədbir iştirakçılarını salamlayır .

Hörmətli tədbir iştirakçıları və qonaqlar Azərbaycan milli istiqlal hərəkatının öncüllərindən biri Məhəmməd Əmin Rəsulzadənin bu il yanvarın 31-də anadan olmasının 130 illiyi tamam olur. M.Ə.Rəsulzadə həm də Azərbaycan Xalq Cümhuriyyətinin təməl daşlarını qoyanlardan biridir. Azərbaycan dövləti və Azərbaycan xalqı vətənimizin azadlığı və istiqlaliyyəti yolunda fədakarlıq göstərmiş insanları heç vaxt unutmur, belə şəxslərin adları həmişə uca tutulur, yubileyləri geniş qeyd olunur. M.Ə. Rəsulzadə bütün həyatı boyu Azərbaycanın müstəqilliyi, azadlığı və xalqının, millətinin xoşbəxtliyi uğrunda çalışmışdır. Azərbaycan respublikasının Prezidenti İlham Əliyev cənabları M.Ə. Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Biz də bu sərəncama əsasən bütün il boyu şöbə və filiallarımızda yubiley tədbirlərinin keçirilməsini nəzərdə tutmuşuq. Keçiriləcək tədbirlərdə sizi də fəal olmağa çağırırıq.



Aparıcı:

Sözü Gəncə şəhər Mədəniyyət və Turizm idarəsini baş inspektoru Bəxtiyar Muradova verək.



Aparıcı:

Beş saylı orta məktəbin IX-cu sinif şagirdi Günay Əsədova C. Cabbarlının Azərbaycan bayrağına şeirini söyləyəcək.



Kölgəsində ay əyilib bir gözəli qucmada,

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada

Şu görünüş bir ananın şəfqətinə oxşayor.

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, ulduz, boyaların qurultayı nə demək?

Bircə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,ürəklərə dolmalı.

Şu al boya azadlığın,təcəddüdün fərmanı

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu ulduz da səkkiz hərfli od yurdu

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

Şəhərlərə uçmuşdur.

Şu hilal da türk bilgisi,düzgün sevda nişanı,

Yurdumuzu qucmuşdur!

Allah əməllərim edib şu bayrağı intiqal,

Bir ad almış: İstiqlal!

Ürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə alışsın.
Tədbirin bu yerində şəhər beş saylı müsiqi məktəbinin muğam şöbəsinin şagirdi Əli Əsgərovun ifasında “Azərbaycan”mahnısını dinləyək.

Aparıcı:

"Bir kərə yüksələn bayraq, bir daha enməz!"  bu cümlə hər bir Azərbaycanlıya tanışdır. Bu fikir istər xalqımız, istərsə də milli dövlətçilik məfkurəmiz üçün bir mayak rolunu oynamışdır. Dünyanın hər bir yanına səpələnmiş azərbaycanlılar bu kalamı duyduqda şübhəsiz ki, ilk növbədə M.Ə. Rəsulzadəni və Azərbaycan milli bayrağını xatırlayırlar.
II Oxucu:

Türküstan elləri öpüb alnını,

Söyləyir dərdini sana , bayrağım!

Üç rəngli əksini Quzğun dənizdən,

Ərmağan yolla sən yara, bayrağım!

I Oxucu: Köksümdə tufanlar gəldim irəli,

Öpdüm kölgən düşən mübarək yeri.

Allahın yildızı, o gözəl pəri,

Sığınmış qoynunda aya, bayrağım!

Aparıcı:

Çıxış üçün sözü GDU nin tarix kafedrasının baş müəllimi

Yahya Süleymanova verək...

Aparıcı:

Sözü musiqiyə verək: “Azərbaycan əsgəri” mahnısını

dinləyək...
I Oxucu:

Oxu, dodağım mənim!!!

Alış ocağım mənim!!!

İstiqlal havasını,

Xoşbəxtlik nəğməsini,

Ürəkdə yanan işıq,

Damarda qan oxusun!

Ölməz Əhməd Cavadın

Azərbaycan” şeirini



Ölməz Səməd Vurğunun

Azərbaycan” şeirini



Azərbaycan oxusun!!!

Azərbaycan oxusun!!

II Oxucu:
Torpağına can demişəm,

Suyuna mərcan demişəm,

Canımı qurban demişəm,

Canım-gözüm, gözüm-canım,

Azərbaycanım!

Can,can,can Azərbaycan!

Gəlib qızıl vaxtın sənin,

Açılıbdır baxtın sənin,

Gəncəm taxtın, tacın sənin

Canım-gözüm, gözüm-canım,

Azərbaycanım!

Can,can,can Azərbaycan! (Ə.Cavad)
I Oxucu:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən.

Anam, doğma Vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan! Azərbaycan!
Mən bir uşaq, sən bir ana ,

Odur ki, bağlıyam sana .

Hankı səmtə,hankı yana,

Hey uçsam da yuvam sənsən

Elim,günüm obam sənsən. (S.Vurğun)

Aparıcı:

Təbii sərvətləri talanmış, torpağında yadellilər at oynatmış, ikiyə bölünüb parçalanmış, ona mənliyini ifadə etməyə imkan verilməmişdir. Amma azadlıq elə bir sehirli məfhumdur ki, cazibəsinə düşən ona nail olana qədər rahatlıq tapa bilməz.

“Bir gün azad yaşamaq yüz il əsarətdə qalmaqdan yaxşıdır” deyimi hər azərbaycanlının beynində, şüurunda kök saldıqca istiqlala gedən məsafə də azalmışdır. Həqiqətən də, xalqın milli şüurunda yaranmış inqilabın və ölkəni hərtərəfli bürümüş milli-azadlıq hərəkatının qanunauyğun nəticəsi olaraq 1918-1920 ci illərdə Azərbaycan bütün müsəlman şərqində ilk parlamentli, demokratik respublika formasında dünyəvi dövlət qurmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev öz çıxışlarında deyirdi:

“Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

I Oxucu:

Azərbaycan - qayalarda

bitən bir çiçək,

Azərbaycan – çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı

vəsf eləyərək,

Azərbaycan dünyasından

baxar dünyaya.

Azərbaycan – mayası nur,

qayası nur ki...

Hər daşından alov dilli ox ola bilər.

Azərbaycan!” - deyiləndə ayağa dur ki,



Füzülinin ürəyinə toxuna bilər.

Aparıci:

İndi qonaqlardan birinə söz verək.



Aparıcı:

Azərbaycan Xalq Cümhuriyyətinin çox gərgin, çətin ictimai-siyasi şəraitdə 23 ay müddət yaşamasına baxmayaraq nəsillərin yaddaşında tariximizin ən parlaq səhifəsi kimi qalacaqdır.

Onu da qeyd etməliyik ki, 1991 ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Amma yenə də əldə edilən bu nailiyyətlər asanlıqla başa gəlmədi. Azadlıq yüzlərlə, minlərlə qurbanlar bahasına əldə olundu. Müstəqilliyimizin ilk illərində xalqımız çox ağır məşəqqətli illər yaşadı. Vətənimizdə gedən müharibə minlərlə vətəndaşımızın yurd-yuvalarından didərgin düşməsinə səbəb olmuşdur.

I Oxucu:

Müstəqillik bayramım,


Dalğalanan bayrağım,
Erməniyə elə dağ çək,
Daşnakları sən dara çək,
Qoy qalmasın məndə bir pək!
Yubileyin yubansa da,
Azərbaycan torpağında,
Yerdə - göydə, səmasında
Haqq, ədalət zəfər çalsın,
Səhərlərə sülh tumu ək.
Dərd – azar səndən qaçsın,
Sevincin aşsın – daşsın,
Xalqın xoşbəxt yaşasın.

Aparıcı:

Musiqiçilərin ifasında “Qarabağ” mahnısını dinləyək.



Aparıcı:

Məmməd Əmin Rəsulzadə son nəfəsinə qədər Azərbaycan istiqlalının yenidən doğacağına inamını itirmədi. Böyük fədainin azadlıq arzuları gec də olsa həqiqətə çevrildi. İyirminci yüzilliyin



əvvəllərində yazıb-yaradan ziyalılarımızın böyük əksəriyyəti xalqı maarifləndirmək, milli azadlığına qovuşdurmaq kimi müqəddəs idealogiyanı həyata keçirmək üçün çox çətinliklərə sinə gərməklə istəklərinə nail olaraq ölkədə azad, demokratik dövlətin əsasını qoydular. Ona görə də illər, əsrlər keçsə də onların bu böyük xidmətləri, mübarizələri Azərbaycan xalqı tərəfindən unudulmur, əksinə böyük ehtiramla, xoş duyğularla yad edilir.

II Oxucu:

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır,

Şam, əgər yanmırsa, yaşamır demək

Onun yaşamağı-yanmağındadır.

II Oxucu:

Azadlığı istəmirəm zərrə-zərrə,

qram-qram

Qolumdakı zəncirləri qıram gərək!

Qıram! Qıram!

Azadlığı istəmirəm bir həb kimi,

dərman kimi

İstəyirəm səma kimi

Günəş kimi!

Cahan kimi!

Çəkil, çəkil ey qəsbkar;

Çəkil, çəkil ey qəsbkar;

Mən bu yurdun gur səsiyəm
Lazım deyil sısqa bulaq,


Mən ümmanlar təşnəsiyəm.

Aparıcı:

Həyatımızda heç vaxt unudulmayan ilklər... M.Ə. Rəsulzadənin qurduğu ilk müstəqil demokratik dövlət Azərbaycan sevgisindən doğulmuşdur. Bu Azərbaycan xaqlqının azadlıqla ilk görüşü ilk təması idi. Bu şərq dünyasında atılan ilk cəsarətli addım idi. Bu tarixi addım Azərbaycan adlı məmləkətin gələcək yolunu müəyyənləşdirdi. Buna görə həyatı boyu Azərbaycan sevdasından ötrü dünya ilə savaşmağa hazır olan Məmməd Əmin Rəsulzadəyə borcluyuq.

Bu gün onun məzarı hələ də qürbətdədir, adı da özü kimi yenə də Azərbaycanda qəribdir. Milyonlarla həmvətəni istərdi ki, o, öz varlığını, həyatını qurban verdiyi Vətənində rahatlıq tapsın, özü əbədiyyətə qovuşduğu kimi adı da əbədiyaşarlıq qazaqnsın. Bu gün dünyanın bütün dövlətlərində üç rəngli bayrağımız əzəmətlə dalğalanır. Bu bayraq bütün dünya Azərbaycanlıla- rının həmrəylik və birlik bayrağıdır. İstiqlal döyüşlərində şəhid olmuş qəhrəman vətən oğullarının qanı bahasına qazanılmış azadlığımızın, müstəqilliyimizin simvolu olan bayrağımız hər zaman yüksəklərdə dalğalanacaqdır.
Aparıcı:
Üçrəngli bayrağımız tədbirin keçirildiyi zala gətirilir. Bu gün dünyanın bütün dövlətlərində üç rəngli bayrağımız əzəmətlə dalğalanır. Bu bayraq bütün dünya Azərbaycanlıla- rının həmrəylik və birlik bayrağıdır. İstiqlal döyüşlərində şəhid olmuş qəhrəman vətən oğullarının qanı bahasına qazanılmış azadlığımızın, müstəqilliyimizin simvolu olan bayrağımız hər zaman yüksəklərdə dalğalanacaqdır.
Aparıcı:
Üçrəngli bayrağımız tədbirin keçirildiyi zala gətirilir.
I Oxucu:

Göylərə yüksəlib üçrəngli bayraq,

Onu ucalardan enməyə qoyma!

Qəlbimin başında qığılcım yanar,

Ey Vətən, sən onu sönməyə qoyma!

Oğullar sıyrılsın qınından yenə.
I Oxucu:

Keçsinlər ürəklə canından yenə,

İçsinlər düşmənin qaqnından yenə,

Alçağı qalxmağa, dinməyə qoyma!

Göylər mavi rəngli tül, ipək olsun,

Dünya al geyinsin, gül çiçək olsun!

Ömür yaşıl dönlu gələcək olsun,

Milləti bu yoldan dönməyə qoyma!

Sınmarıq milləti sındıranlara,

Qəhr olsun ümidi donduranlara!

Eşq olsun gur işıq yandıranlara,

İşığı zülmətə enməyə qoyma!
SON



Əsərləri
1910 - “Etidaliyyun” Partisinin Tenkiti Tehran (fars)

1911 - Seadeti-Beşer,Ardebil. (fars)

1912 - Acı bir həyat, Bakı.

1917 - Şekili-İdare Hakkında iki bakış (Ahmetbey Salikovla

birlikdə), Moskva

1917 - Bizə hansı hökumət yararlıdır. Bakı.

1923 - Azərbaycan Cumhuriyeti Keyfiyet-i Teşekkülü ve indiki veziyyeti, İstanbul

1925 - Esrimizin Siyavuşu, İstanbul.

1925 - İstiqlal Mefkuresi ve Genclik.

1928 - Kafkasiya Türkleri, İstanbul.

1927 - Azerbaycan Mısak-ı Millisi

1928 - Milliyetçilik ve Bolşevizm.

1930 - Kafkaz Problemi ile Elakedar Olaraq Panturanizm,

Paris. (rus)

1933 - Azerbaycan Cümhuriyyeti Hakkında, Berlin. (alm)

1938 - Azerbaycan Problemi, Berlin.(alm)

1939 - Azerbaycanın Hürriyyet Savaşı, Varşava. (pol)

1949 - Azerbaycanın Kültür Gelenekleri, Ankara.

1950 - Çağdaş Azerbaycan Edebiyatı, Ankara.

1951 - Çağdaş Azerbaycan Tarihi, Ankara.

1951 - Azərbaycan şairi Nizami (Nizaminin 800 illiyk yubileyi

(1141-1941) münasibətiylə), Ankara.

1941 - Azərbaycan Cümhuriyyəti Tarixi. Bakı.

1993 - İran Türkleri, İstanbul.


İstifadə olunmuş ədəbiyyat
1.Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası. II cilddə, II-ci cild, Bakı, “Lider Nəşriyyatı”, 2005, 469 s.

2. Fərrux Əhmədov. Gəncənin tarixi yaddaşı,Bakı, “Şirvannəşr”,1998,196 s.

3. Nəsiman Yaqublu. Məmməd Əmin Rəsulzadə, Bakı “Gənclik”, 1991,308 s.

4. Əsrimizin Səyavuşu, Bakı,”Gənclik”,1991,112 s.

5. Azərbaycan Xalq Cümhuriyyəti, Bakı,”Elm” Nəşriyyatı, 1998, 297 s.

6. Hüseyn Baykara. Azərbaycan İstiqlal Mübarizəsi Tarixi, Bakı,”Azərbaycan Dövlət Nəşriyyatı”, 1992, 276 s.

7. M.Ə. Rəsulzadə. Cümhuriyyət, Bakı,”Elm” Nəşriyyatı, 1990, 116 s.

8. Lətif Şüküroğlu. Cümhuriyyət hökuməti represiya məngənəsində, Bakı,”Şirvannəşr”, 2000, 296 s.

9.Ə. İsayev. Gəncədən ucalan yol, Gəncə “Gəncə və gəncəlilər cəmiyyəti, 1992,32 s.

10.Hacı Hacıyev. İstiqlalın əzablı yolu. Bakı, Azərbaycan Jurnalistlər İttifaqı,1991, s 32.



Dövrü mətbuatda


  1. Məhəmməd Əmin Rəsulzadə-130

Azərbaycan Dövlətçilik tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri // Azərbaycan.-


  1. Kəngərli Rauf.

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi

ölkəmizdə geniş qeyd olunur // Xalq qəzeti.- 2014.-25 yanvar.- №15.- S .5.


Mustafa Əziz.

Məhəmməd Əmin Rəsulzadə : Azadlıq və müstəqillik aşiqi

// Zaman.- 2014.- 23 yanvar.- S. 12.- Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illil yubileyi keçiriləcək.
4. Hüseynov Şirməmməd.

M.Ə. Rəsulzadənin vətənində yazdığı son vida məqaləsi

//525-ci qəzet.- 2014.- 18 yanvar.- № 09.- S.11.- Azərbaycan xalq Cümhuriyyətinin lideri Məmməd Əmin Rəsulzadə -130

5.Dünyamalıqızı Qərənfil.

O, həm də ədəbiyyatşünas alim idi // Kaspi.-2013.-25 may.- № 93.- S. 22-23.- Azərbaycanın görkəmli dövlət və ictimai xadimi dahi mütəfəkkiri, siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə haqqında
6.Dünyamalıqızı Qərənfil.

Amalına və əməlinə sadiq insan: Milli müstəqilliyimizon istiqlalımızın bayraqdarı Məmməd Əmin Rəsulzadənin anadan olmasından 129 il ötür. // Kaspi.- 2013.-31 yanvar.- № 17.- s.12.


7. Uzaq diyarlarda qərib Azərbaycan... Bolşevik istilasından sonra qürbət ellərdə.- // Azadlıq.- 2012.-28 dekabr.- № 14.- azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məmməd Əmin Rəsulzadə haqqında
8.Əliyev Əlvan

Yad olunmaq səadəti // Gəncəbasar.- 2012.- 22 yanvar

5 fevral.- № 27/28.-S.2.
9. Hüseynov Şirməmməd.

Məhəmməd Əmin Rəsulzadə// 525-ci qəzet.- 2012.- 20 yanvar.- № 11.- S. 26-27.


10. Özcan, Ömər.

Azərbaycan mühacirət mətbuatından:

M.Ə. Rəsulzadənin mühacir dövr yaradıcılığı // 525-ci qəzet.-

2011.-12 fevral.- № 27.- S.14

Tərtib edən:
Əhmədova Şahnaz.

Metodiki İşlərin Təşkili Şöbəsinin böyük metodisti.


Redaktorlar:
Qədimova Fəridə.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini.


Abbasova İradə:

Metodiki İşlərin Təşkili Şöbəsinin müdiri.



Bizim ünvan:

Gəncə şəhəri Nizami küçəsi-91

Mərkəzləşdirilmiş Kitabxana Sistemi.

Metodiki İşlərin Təşkili şöbəsi.

*****************




Sitatlar


1. Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcək.

2. Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan

müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

3. Müstəqil Azərbaycan on ildir yaşayır və bundan sonra on illər də yaşayacaq, əbədiyyətə qədər yaşayacaqdır.

4. Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir.

Heydər Əliyev Ümumilli lider


5. İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan sözün əsl mənasında, artıq tam müstəqil ölkədir.



İlham Əliyev.

AzərbaycanRespublikasının Prezidenti

6. Bizim dövlətçilik tariximiz, dövlətçilik ənənələrimiz çox qədim və

zəngindir. Ona görə də müstəqil dövlətimizi qurarkən biz dünya

təcrübəsindən, ümumbəşəri dəyərlərdən bəhrələnməklə yanaşı öz dövlətçilik ənənələrimizə söykənmiş, ondan istifadə etmişik. Bu ənənələr bu gün Azərbaycanda yaşadılır, təkmilləşdirilir və inkişaf etdirilir.

Seyfəddin Qəndilov Tarix elmləri doktoru, professor
1. 18 oktyabr ölkəmizdə hansı gün kimi qeyd olunur?

Cavab: 18 oktyabr ölkəmizdə müstəqillik günü kim qeyd olunur.

2. Müstəqil Azərbaycan Dövləti nə vaxt yaradılmışdır?

Cavab: Müstəqil Azərbaycan dövləti ilk dəfə 1918-ci il mayın 28-də

yaradılmışdır.

3. Müstəqil Azərbaycan dövləti neçə ay yaşadı?

Cavab: Müstəqil Azərbaycan dövləti təəssüf ki, cəmi 23 ay yaşadı.

4. Müstəqillik deyəndə nəyi başa düşürsünüz?

Cavab: Müstəqillik deyəndə azadlıq, müstəqillik, suverenlik başa

düşülür.

5. Azərbaycan Xalq Cumhuriyyətinin Dövlət Rəmzləri hansılardır?

Cavab: Azərbaycan Xalq Cumhuriyyətinin əsas dövlət atributları-Dövlət 10

bayrağı, Dövlət gerbi, Dövlət himni və Dövlət möhürüdür.

6. Azərbaycan Respublikasının Dövlət bayrağı nəyin rəmzidir?

Cavab: Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan

dövlətinin suverenliyinin rəmzidir.

7 . Azərbaycan Respublikasının Dövlət Bayrağının üzərində hansı

təsvirlər vardır?

Cavab: Bayrağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz vardır.

8. Bayrağın üzərində hansı rənglər var və bu rənglər nəyi ifadə edir?

Cavab: Azərbaycan bayrağının yuxarı hissəsində göy zolaq, aşağı

hissəsində yaşıl zolaq, orta hissəsində isə qırmızı zolaq vardır.

Bu rənglər ayrı-ayrılıqda hər biri bir məna ifadə edir.

Mavi rəng-Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası

ilə bağlıdır.

Qırmızı rəng-müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək,

bir sözlə müasirləşməni ifadə edir.

Yaşıl rəng-islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.

9. Azərbaycan Dövlət Himninin musiqisi və sözləri kimə aiddir?

Cavab: Azərbaycan Dövlət Himninin musiqisi Üzeyir Hacıbəyov, sözləri

Əhməd Cavada aiddir.

10. Dövlət bayrağı günü nə vaxtdan elan olunub?

Cavab: 9 noyabr 2010-cu il.

7. Azərbaycan Respublikasının Dövlət Bayrağının üzərində hansı

təsvirlər vardır?

Cavab: Bayrağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz vardır.

8. Bayrağın üzərində hansı rənglər var və bu rənglər nəyi ifadə edir?

Cavab: Azərbaycan bayrağının yuxarı hissəsində göy zolaq, aşağı

hissəsində yaşıl zolaq, orta hissəsində isə qırmızı zolaq vardır.

Bu rənglər ayrı-ayrılıqda hər biri bir məna ifadə edir.

Mavi rəng-Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası

ilə bağlıdır.

Qırmızı rəng-müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək,

bir sözlə müasirləşməni ifadə edir.

Yaşıl rəng-islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.

9. Azərbaycan Dövlət Himninin musiqisi və sözləri kimə aiddir?

Cavab: Azərbaycan Dövlət Himninin musiqisi Üzeyir Hacıbəyov, sözləri

Əhməd Cavada aiddir.

10. Dövlət bayrağı günü nə vaxtdan elan olunub?

Cavab: 9 noyabr 2010-cu il.


Ədəbiyyat[redaktə]





  • "Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar". Xəzər Universiteti Nəşriyyatı, Bakı, 2005. ISBN 9952-20-028-5.

  • Şamil Qurbanov. Məhəmməd Əmin Rəsulzadə. Bakı, 2001.

  • Tadeuş Svyataçovski. Rusiya və Azərbaycan. Sərhədyanı bölgə keçid dövründə.Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2000. ISBN 5-7843-0015-6

  • Janet Afary. The Iranian Constitutional Revolution, 1906-1911. Columbia University Press, 1996.

  • "Məhəmməd Əmin Rəsulzadə – 1884-1955" Aydın Balayev. Moskva, 2009.

  • Nəsiman Yaqublu, "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası", Kitab Klubu MMC, 2013, 506 səh. ISBN 978-9952-8202-2-5

Həmçinin bax[redaktə]

  • Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar

  • Məhəmməd Əmin Rəsulzadənin büstü (Ağcabədi)

İstinadlar[redaktə]

  1. Jump up Bakinskiy Raboçiy qəzeti N60, 18 mart, 1923-cü il

  2. Jump up "Sühən" jurnalı, Tehran, 1955-ci il, №4

  3. Jump up Məhəmməd Əmin Rəsulzadə. "Müsavat" partiyasının quruluşu, "Azərbaycan", Ankara, №15 (167), 1966-cı il, səh. 12-18

  4. Jump up "Açıq söz qəzeti", №431, 1917-ci il

  5. Jump up "Açıq söz" qəzeti, №501, 18 iyun, 1917-ci il

  6. Jump up "Azərbaycan" qəzeti, №41, 1918-ci il

  7. Jump up "Azərbaycan" (rusca) qəzeti, No59, 13 dekabr 1918-ci il

  8. Jump up Bakı Dövlət Universitetinin xəbərləri, №2, 1922-ci il

  9. Jump up "Açıq söz" qəzeti №549, 24 avqust 1917-ci il

  10. Jump up Dünya qəzeti, 23 may 1954-cü il

  11. Jump up "Azərbaycan" jurnalı, Ankara, №3, 1955-ci il

  12. Jump up Şərqi-Rus qəzeti. Bakı, 1903-cü il. №20

  13. Jump up "Sühən" jurnalı, tehran, No4, 1955-ci il

  14. Jump up Azərbaycan Respublikasının Prezidentinin 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı

  15. Jump up Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı

  16. Jump up Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az (azərb.)

Xarici keçidlər[redaktə]

Məqalə ilə əlaqəli digər Vikimedia səhifələri:



   

Wikimedia Commonsda Məhəmməd Əmin Rəsulzadə ilə əlaqəli mediafayllar var.



   

Vikisitatda Məhəmməd Əmin Rəsulzadə ilə əlaqəli məlumatlar var.


  • M.Ə.Rəsulzadənin "Amerikanin səsi" radiosu ilə xalqa müraciəti (azərb.)

  • Həyatı (ing.)

  • Mehmet Emin Resulzade (Türk Dünyasından İzler) - 1. YouTube.com (türk.)

  • Mehmet Emin Resulzade (Türk Dünyasından İzler) - 2. YouTube.com (türk.)

[göstər]

b·m·r

 Azərbaycan Xalq Cümhuriyyəti rəhbərləri 

Kateqoriyalar

  • Vikipediya:Məqalə laboratoriyası

  • 31 yanvarda doğulanlar

  • 1884-cü ildə doğulanlar

  • 6 martda vəfat edənlər

  • 1955-ci ildə vəfat edənlər

  • Məmməd Əmin Rəsulzadə

  • Azərbaycan siyasətçiləri

  • Müsavat Partiyası başqanları

  • Publisistlər

  • Azərbaycanlı tərcüməçilər

  • Bakıda doğulanlar

  • Ankarada vəfat edənlər

  • Azərbaycanlı dövlət xadimləri

  • Poçt markalarında şəxslər

Naviqasiya menyusu

  • Yeni hesab aç

  • Daxil ol

  • Məqalə

  • Müzakirə

  • Oxu

  • Redaktə

  • Tarixçə

Начало формы

Конец формы



  • Ana Səhifə

  • Kənd meydanı

  • Güncəl hadisələr

  • Son dəyişikliklər

  • Təsadüfi səhifə

Keyfiyyətli səhifələr

  • Seçilmiş portallar

  • Seçilmiş siyahılar

  • Seçilmiş məqalələr

  • Yaxşı məqalələr

Xüsusi

Alətlər sandığı

Başqa dillərdə

  • Català

  • Deutsch

  • English

  • فارسی

  • Suomi

  • Français

  • Bahasa Indonesia

  • İtaliano

  • 한국어

  • Polski

  • Português

  • Română

  • Русский

  • Svenska

  • Türkçe

  • Winaray

  • Edit links

  • Bu səhifə sonuncu dəfə 13:39, 21 dekabr 2013 tarixində redaktə edilib.

  • Mətn

Yüklə 305,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin